Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Quba məsələsi — Dağlılar Respublikası hökumətinin bəzi üzvlərinin Quba qəzası ilə bağlı Azərbaycan Xalq Cümhuriyyətinə əsassız ərazi iddiası.

Quba məsələsi

  • Ana Səhifə
  • Vikipediya
  • Quba məsələsi

Quba məsələsi — Dağlılar Respublikası hökumətinin bəzi üzvlərinin Quba qəzası ilə bağlı Azərbaycan Xalq Cümhuriyyətinə əsassız ərazi iddiası.

Mündəricat

Hadisələr

Dağlılar Respublikası 1918-ci ilin payızında Şimali Qafqazda öz mövqelərini möhkəmləndirmek üçün müəyyən tədbirlər görməklə yanaşı, bəzi addımları ilə Azərbaycan və Gürcüstanla münasibətlərdə problemlər yaratdı. Dağlı hökumətinin bəzi üzvləri Quba qəzası ilə bağlı Azərbaycana, Cənubi Osetiya və Abxaziya ilə əlaqədar isə Gürcüstana qarşı ərazi iddiası qaldırdılar. Dağlı Respublikası rəhbərliyinin ayrı-ayrı üzvləri Quba qəzası ilə bağlı ərazi iddiası irəli sürərkən, həmin bölgədə ləzgilərin də yaşamasını əsas gətirirdilər.

Yalama dəmir yolu stansiyasının ələ keçirilməsi

Dağlı hərbçiləri bu əsassız iddianı həyata keçirmək məqsədilə, hətta, Quba qəzası ərazisinə müdaxilə etmiş, Yalama dəmir yolu stansiyasını ələ keçirmişdilər. Azərbaycan sərhəd keşikçiləri 1918-ci il dekabrın 24-də onları bu ərazidən çıxarmış, şimal sərhəddini keçmiş Bakı quberniyası hüdudları boyunca bərpa etmişdilər. Dağlı hökumətinin Bakıdakı nümayəndəsi Əlixan Qantəmir bu münaqişə ilə bağlı Azərbaycan hökumətinə etirazını bildirmiş, "mübahisəli" sərhəd məsələlərinin həlli üçün xüsusi orqan yaradılması, ona qədər isə Quba qəzasının idarə olunmasında hər iki tərəfi təmsil edən müştərək qrupun fəaliyyət göstərməsi təklifini irəli sürmüşdü.

Sonrakı proseslər

Dağlı hökumətinin bəzi nümayəndələri bu cür əsassız hərəkətləri ilə ən yaxın müttəfiqləri olan qonşu dövlətlərlə münasibətlərdə soyuqluq yaradırdılar. Lakin hökumətin əksər üzvləri Azərbaycan və Gürcüstana qarşı ərazi iddiaları qaldırılmasına qəti etiraz etdilər. Xarici işlər naziri Heydər Bammatovun başçılıq etdiyi bu qrup Qafqazda ərazi mübahisələrinin həlli zamanı Azərbaycanın təklif etdiyi prinsipləri dəstəklədi. Həmin prinsiplər bunlar idi:

  • Ərazi məsələlərinin həllində mübahisəli bölgədə yaşayan əhalinin öz iradəsini azad surətdə bildirməsi əsas götürülməlidir.
  • Ərazi mübahisəsi yalnız əhalinin qarışıq yaşadığı bölgələrə aid edilməlidir.
  • Əhalinin rəyi yekdil olmadığı halda bölgənin iqtisadi-təsərrüfat əlaqələrinə üstünlük verilməlidir.

Quba qəzası əhalisi və Quba Müsəlman şurası bu ərazinin Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu qəti şəkildə bəyan etdi. Quba nümayəndəsi Murtuza Axundzadə Azərbaycan Parlamentində bu məsələ ilə bağlı 1919-cu il fevralın 5-dəki çıxışında bildirdi:

" Qubada kasıb, dövlətli - hər kəsin ipək parçadan tikilmiş üçrəngli bayrağı var. "

Quba Müsəlman şurası Dağlı hökumətinə göndərdiyi məktubda onun bəzi üzvlərinin ərazi iddiasının ümummüsəlman mənafeyini müəmmalı məqsədlərə qurban vermək kimi qiymətləndirdi. "Quba məsələsi" Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qətiyyətli mövqeyi, Quba qəzası əhalisinin öz iradəsini birmənalı şəkildə bildirməsi və Dağlı hökumətində sağlam düşüncənin üstün gəlməsi nəticəsində qısa müddətdə həll edildi.

Həmçinin bax

  • Azərbaycan Xalq Cümhuriyyətinin keçirdiyi döyüş əməliyyatları

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Quba məsələsi haqqında məlumat. Quba məsələsi nədir? Quba məsələsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Aşxaratsuyts

  • Fevral 27, 2026

    Diametr

  • Fevral 27, 2026

    Diplomatiya

  • Fevral 24, 2026

    Fransızlar

  • Fevral 28, 2026

    Nəmin

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst