Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qalxanqız və ya Skyaldmö (q.skan. skjaldmær) — Skandinaviya folkloru və mifologiyasında qadın döyüşçü. Onları adları adətən «Hervör və Heydrekin saqası» və «Dan

Qalxanqız

  • Ana Səhifə
  • Vikipediya
  • Qalxanqız

Qalxanqız və ya Skyaldmö (q.skan. skjaldmær) — Skandinaviya folkloru və mifologiyasında qadın döyüşçü. Onları adları adətən «Hervör və Heydrekin saqası» və «Danların əməlləri» kimi saqalarda çəkilir. Qalxanqızlar digər german xalqlarında (qotlar, kimvrlar, markomanlar) da mövcud idilər. Mifik valkiriyaların qalxanqızlara əsaslanmaları ehtimal olunur.

Hervör qotlar və hunların döyüşündən sonra ölməsi. Peter Nikolay Arbo tərəfindən təsvir edilmişdir.

Mündəricat

Tarixi mövcudluq

Qalxanqızların tarix mövcud olmaları sərt şəkildə mübahisəlidir. Nil Prins kimi alimlər onların mövcud olduqlarını irəli sürür, Yudif Ceş kimi tarixşünaslar isə təlim almış və ya nizamlı qadın döyüşçülərin olması barədə yetərli dəlilin olmadığını iddia edir.

Tarixi mənbələr

Vikinqlər dövründə qadınların döyüşdə iştirakı barədə az sayda attestasiya var. Buna baxmayaraq, Bizans tarixçisi İohann Sklitsa I Svyatoslav 971-ci ildə indiki Bolqarıstan ərazisində bizanslara hücum edən zaman qadınların da döyüşlərdə iştirak etdiyi barədə məlumat verir. Varyaqlar Dorostolonun mühasirəsində məğlubiyyətə uğrayan zaman qaliblər həlak olmuş döyüşçülər arasında qadınların da olduğunu öyrənəndə təəccüblənmişdilər.

Qrenlandların saqasında Leyf Erikssonun hamilə olan ögey bacısı Freydis Eyriksdottir Vinlandda olarkən əlinə qılınc alıb skrelinqləri qovduğu barədə məlumat verilir, ancaq burada Eyriksdottirə qalxanqız olaraq müraciət edilmir.

Sakson Qrammatik qalxanqızların 750-ci ildə gerçəkləşən Brovalla döyüşündə danların tərəfində vuruşduqları barədə məlumat verir.

Arxeologiya

Arxeoloqlar tərəfindən qadın kəndçilərin içərisində silahlar olan məzarları tapılmışdır, ancaq tarixşünaslar bunu necə qəbul etməli olduqları barədə bir-birləri ilə razı deyillər. Skandinaviyalı köçkünlərin İngiltərədəki məzarları və qalıqların kimyəvi təhlili ər və arvadların, eləcə də bəzi qadınların məzarlarında bərabər şəkildə silah yerləşdirildiyini sübut edir. Nil Prins qalxanqızların varlığını sübut etmək üçün Birka şəhərində tapılan və 1970-ci illərdə üzərində qazıntı işləri aparılan bir məzarın içərisində çoxlu silahın və iki atın sümüklərinin olduğunu nümunə olaraq göstərmişdir. 2017-ci ildə aparılan bir DNT analizində bu fərdin qadın olduğu (Birka qadın vikinq döyüşçüsü) sübut edilmişdir. Yudif Ceş kimi vikinqlər üzrə ixtisaslaşan tarixşünasların qərarın çox tez alındığına inanır.

Populyar mədəniyyətdə

Qadın döyüşçülərə fentezi janrında tez-tez rast gəlinməsinə baxmayaraq, onlara adətən qalxanqız deyə müraciət edilmir. Bəzi qalxanqızlara C.R.R. Tolkinin "Üzüklərin hökmdarı" əsərindəki Eovin və Nensi Farmerin "Trollar dənizi" trilogiyasındakı Torgil personajı aiddir.

İlk dəfə 2013-cü ildə yayımlanan Vikinqlər teleserialında əfsanəvi vikinq qalxanqızı olan Lagerta rolunu Ketrin Vinnik canlandırır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, qalxanqız sözünün mənası, qalxanqız haqqında məlumat. qalxanqız nədir? qalxanqız nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Realizm

  • Fevral 24, 2026

    11 iyul

  • Mart 01, 2026

    Telia Company

  • Fevral 27, 2026

    Butik otel

  • Mart 02, 2026

    Qəşəm Nəcəfzadə

Trend Mahnılar
  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst