Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Luici Riva (it. Luigi Riva; 7 noyabr 1944, Lecuno, Lombardiya – 22 yanvar 2024, Kalyari) — İtaliyalı futbolçu. Mövqeyi hücumçu olub. Karyerasının çox hissəsini

Luici Riva

  • Ana Səhifə
  • Vikipediya
  • Luici Riva

Luici Riva (it. Luigi Riva; 7 noyabr 1944, Lecuno, Lombardiya – 22 yanvar 2024, Kalyari) — İtaliyalı futbolçu. Mövqeyi hücumçu olub. Karyerasının çox hissəsini Kalyari klubunda keçirib. Luici Kalyarinin komanda tarixində bombardiridir. Onun şərəfində Kalyari klubunda, onun oynaığə 11 nömrəli forma əbədiləşdirilib və heç bir oyunçuya verilmir. 35 qol ilə İtaliya millisi tarixinin ən yaxşı bombardiridir . İFFHS-ə görə 20-ci əsrin ən yaxşı Avropa futbolçuları arasında 42-ci yerdədir. "Dünya Futbolu" jurnalına görə dünyanın ən yaxşı oyunçuları arasında 74-cü, Placara jurnalına görə isə 20-ci əsrin 100 ən yaxşı futbolçusu arasında 33-cü sırada yer alıb. Kalyari şəhərinin fəxri vətəndaşıdır.

Luici Riva
it. Gigi Riva
Ümumi məlumatlar
Doğum tarixi 7 noyabr 1944(1944-11-07)
Doğum yeri
  • Lecuno, Vareze əyaləti, Lombardiya, İtaliya krallığı
Vəfat tarixi 22 yanvar 2024(2024-01-22) (79 yaşında)
Vəfat yeri
  • Kalyari, Sardiniya, İtaliya
Vətəndaşlığı
  •  İtaliya
Boyu 180 sm
Çəkisi 78 kq
Mövqeyi cinah yarımmüdafiəçisi[d]
Karyerası
Klub karyerası
1962–1963 Legnano soccer team 22 (6)
1963–1976 Kalyari 315 (164)
Milli yığma
1965–1974 İtaliya 42 (35)
İmzası
İmza

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Biqorafiya

Luici, Lombardiyanın Varese əyalətindəki Lecuno şəhərində anadan olub.

Karyera

Klub karyerası

Karyerasına 1962-ci ildə Lenyano klubunda başlamışdır. Orada bir mövsüm keçirdikdən sonra Kalyari klubuna transfer edilir və karyerasının sonuna qədər orada oynayır . Kalyarinin heyətində A Seriyasında debutu 13 sentyabr 1964-cü ildə Roma ilə oyunda baş tutub. 1966/67, 1968/69 və 1969/70 mövsümlərində A Seriyasında bombardir olur. Həmçinin Kalyarinin 1969/70 mövsümündə, klub tarixindəki yeganə çempionluğu qazanmasına kömək müstəsna rol oynayır. 1968/69 və 1969/70 mövsümlərində Frans Futbol jurnalının tərtib etdiyi Qızıl Top mükafatında ikinci və üçüncü yerləri tutur . 1973-cü ildə Yuventus Luiciyə transfer təklifi göndərsədə Luici bu təklifə yoc deyir və Sardiniyalılarda oynamağa davam edir.

Milli komanda

İtaliya milli komandasına 1965-ci ildə dəvət olunur. Millidə 42 oyun keçirib 35 qol vurur. Luici 1974-cü ilə kimi İtaliya Millisində oynayayır və millinin 23 qələbə qazanmasında iştirak edir. İtaliya millisi Luici ilə 15 dəfə heç-heçə oynayır, 4 dəfə isə məğlub olur.

Titullar

Komanda

İtaliya Millisi
  • Avropa çempionu : 1968 .
  • Vitse Dünya Çempionu : 1970 .
Kalyari
  • İtaliya çempionu (1): 1969/1970 .

Şəxsi

  • İtaliya çempionatının bombardiri (3): 1967 (18 qol), 1969 (20 qol), 1970 (21 qol).
  • Cagliari tarixinin ən yaxşı bombardiri: 207 qol.
  • İtaliya millisinin tarixinin bombardiri: 35 qol.

Titullar

  • İtaliya Respublikasının Xidmət Xidməti Ordeninin Böyük Məmuru : 12 iyul 2000
  • İtaliya Respublikasının xidmətlərinə görə ordeni komandiri: 30 sentyabr 1991

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, luici riva sözünün mənası, luici riva haqqında məlumat. luici riva nədir? luici riva nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Azərbaycan universitetləri

  • Fevral 27, 2026

    Buenos-Ayres

  • Fevral 27, 2026

    Aleksandr Kosmodemyanski

  • Mart 02, 2026

    Quru tısbağaları

  • Mart 02, 2026

    Hapıtlı (İsmayıllı)

Trend Mahnılar
  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst