Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

"Yuventus Futbol Klubu" (it. Juventus Football Club) — İtaliyanın Turin şəhərində yerləşən peşəkar futbol klubu. İtaliyanın ən üst səviyyəli liqası olan Seriya

Yuventus FK

  • Ana Səhifə
  • Vikipediya
  • Yuventus FK

"Yuventus Futbol Klubu" (it. Juventus Football Club) — İtaliyanın Turin şəhərində yerləşən peşəkar futbol klubu. İtaliyanın ən üst səviyyəli liqası olan Seriya A-da mübarizə aparır. 72 rəsmi çempionat kuboku ilə digər bütün İtaliya klublarından daha çox kuboka sahibdir. Bu kubokların 61-i İtaliyada qazanılmışdır. FİFA tərəfindən Avropanın ən uğurlu üçüncü, dünyanın isə altıncı klubudur. Adının mənası Latın dilində gənclik deməkdir. "Yuventus" İtaliyada ən böyük azarkeş kütləsinə sahibdir. Dünyadakı azarkeş sayı isə 10,5 milyonun üstündədir. G-14-ün dağılmasından sonra elit klublarr tərəfindən yaradılan Avropa Klublar Assosiasiyasının qurucu üzvüdür. Matçlarını 41.507 tutumlu "Juventus Arenada" oynayır. İtaliya A Seriyasının 36 dəfə qalibi olmuşdur..

Yuventus FK
Juventus Football Club
Loqonun şəkli
Klubun rəsmi loqosu
Klubun tam adı Juventus Football Club S.p.A
Ölkə İtaliya İtaliya
Ləqəb(lər) La Vecchia Signora (Qoca qadın)
I Bianconeri (Ağ-qaralar)
Le Zebre (Zebralar)
La Fidanzata d'Italia (İtaliyanın sevgilisi)
Madama (Xanım)
Le Ghebua (Donqar)
Kodu Yuve
JUV
Rəng(lər)          Ağ-qara
Yaranma tarixi 1 noyabr 1897 (128 il əvvəl) (1897-11-01)
Stadionu Juventus Stadium
Tutumu 41.507
Sahibi İtaliya Aqnelli ailəsi
Prezidenti İtaliya Gianluca Ferrero
Baş məşqçisi Xorvatiya İqor Tüdor
Kapitanı İtaliya Manuel Lokatelli
Liqa İtaliya A Seriyası
2023/24 3
Ev forması
Səfər forması
Üçüncü forma
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Vecchia Signora" (yəni "Yaşlı Xanım") ləqəbi ilə tanınan "Yuventus", 36 rəsmi çempionat tituluna, 15 Coppa Italia kubokuna və doqquz İtaliya Superkubokuna sahibdir və bu yarışlarda ən çox mükafata sahib olan klubdur; həmçinin iki Qitələrarası kubok, iki Avropa kuboku/Çempionlar liqası bir UEFA Kuboklar Kuboku, üç UEFA Kuboku (İtaliya rekordu), iki UEFA Superkuboku və bir UEFA İntertoto Kuboku (İtaliya rekordu) qazanıb. Bu səbəbdən "Yuventus" tarixi Federazione Italiana Giuoco Calcio (FIGC) reytinqində birinci yeri tutur, beynəlxalq arenada isə Avropada altıncı, dünyada isə ən çox konfederasiya titulu qazanan klub olaraq on bir mükafatla on ikinci yerdədir. Eyni zamanda, UEFA tarixində ən yüksək koeffisient ballarını qazandığı yeddi mövsüm ərzində ən yaxşı nəticəyə sahib olan İtalyan klubudur və bu halda ümumilikdə ikinci sıradadır.

Mündəricat

Tarixi

1904-05 mövsümündə "Yuventus" heyəti

1897-ci ildə lisey tələbələri tərəfindən qurulan klub, 1926-ci ildə, "FIAT"-ın da sahibi olan Agnelli ailəsinin nəzarətinə keçmişdir. 1931-ci ildən başlayaraq 5 il üst-üstə çempionluq əldə etmişdir. Əfsanəvi Şirea Qaetano, Dino Zoff, Mişel Platini, Antonio Kabrini, Marko Tardelli, Paolo Rossi, Boniek ve Covanni Trapattoni öndərliyində dünyanın görmüş olduğu ən müdhiş heyət quraraq Avropanın 3 böyük kubokunu qazanan ilk komanda oldu.

1935-ci il "Yuventus"un tarixinə qara hərflərlə düşdü. Həmin il iyulun 14-də klub prezidenti Eduardo Anyelli Genuyada təyyarə qəzasında həlak oldu. Bu hadisə və Çezarini və Ferrarinin komandanı tərk etməsi kluba güclü təsir etdi. Həmin 1935-1936-ci il mövsümündə klub yalnız 5-ci yeri tutdu.

Müharibə illərində "Yuventus" klub prezidenti Petro Duzio sayəsində məcbur olaraq adını "Yuve-Çizitaliya" qoydu. Ancaq 1946-cı ildə sülh bərqərar olanda klub öz tarixi adını geri qaytardı.

"Yuventus"un müharibədən sonrakı ilk uğuru 1950-ci ilə təsadüf etdi. Belə ki, "Yuve" çempionatda vurduğu yüz qolla nəticə etibarilə böyük uğura imza atdı. Həmin il klubda danimarkalılar Con Hansen və Karl Aaqe, həmçinin "Yuventus"un bütün dövrlər üçün 2-ci bombardiri Campyero Boniperti parlayırdı.

1954-1955-ci il mövsümündə komanda 7-ci yeri tutmaqla iflasa uğradı ki, bundan sonra Canni Anyelli istefa verdi. Onun yerini 22 yaşında klubun tarixinə ən cavan prezident kimi düşən qardaşı Umberto tutdu. Onunla komandanın yeni qələbə dövrü başladı.

1966-1967-ci il mövsümöncəsi "Yuventus" səhmdar cəmiyyəti oldu, amma mövsümün sonucu "Yuventus üçün möhtəşəm alındı. Klub sonuncu turda növbəti "skudetto"nu qazandı.

13 İyul 1973-cü ildə "Yuventus"da yeni prezident – Canpyero Boniperti peyda oldu. Onun gəlişi ilə "Qoca sinyora" çiçəklənməyə başladı. İlk idarəçilik qərarı məşqçilik postuna vəfat etmiş Armando Pikkinin yerinə klubun keçmiş oyunçusu, hazırda isə gənclərdən ibarət komandanın məşqçisi Çestmira Vıçpalekanın gətirilməsi oldu. Bu qərar özünü doğrultdu, klub Vıçpaleka, Şirea Qaetano, Roberto Betteqa və Fabio Kapello ilə birlikdə çempion oldu.

Stadion

Allianz Stadium
"Juventus Stadium"-un açılış mərasimi (8 sentyabr 2011)
Yerləşmə Turin, İtaliya
Açılış 8 sentyabr 2011
Tutum 41,507
Səth Təbii ot
Ölçülər 105 × 68 m
Sahibi Juventus F.C.
Tikinti dəyəri 155 milyon avro
Əvvəlki adı Juventus Stadium (2011–2017)
Memarlar Hernando Suarez, Gino Zavanella
Vebsayt Juventus.com

Yuventus Stadionu və ya sponsorluqdan sonra Allianz Stadionu. 2011-12 mövsümünün başlanğıcında, Juventus, 8 Sentyabr 2011 tarixində Notts Countye qarşı stadionda ilk matçını oynadı. Bu dostluq oyunu 1-1 bərabərliklə başa çatdı. Stadion, 2013-14 UEFA Avropa Liqası Finalına ev sahibliyi etdi. Yuventusun oyunlarını oynadığı Delle Alpi stadionu, bu yeni stadion layihəsində memarlıq baxımından çox köhnə olduğundan, dünya səviyyəsinin inkişafından sonra futbolun sənayeləşdirilməsindən sonra doldurulmadığı və nəticəsi olaraq qərar verildi.Yuventus Stadionunun, yaxın zamanda Avropada qurulmuş olan Donbass Arena, Türk Telekom Arena və Emirates Stadionu kimi yüksək tutuma malik olmamasına baxmayaraq, Avropanın rahatlıqlı texniki imkanları və gəlir maddələrinə əsaslanan aparıcı stadionlardan biri olacaq.Tutumu 41 507 tamaşaçı.

Nailiyyətləri

"Yuventus" klubunun muzeyi və kuboklar

Milli titullar:

  • 38 dəfə İtaliya çempionu – 1905, 1925-26, 1930-31, 1931-32, 1932-33, 1933-34, 1934-35, 1949-50, 1951-52, 1957-58, 1959-60, 1960-61, 1966-67, 1971-72, 1972-73, 1974-75, 1976-77, 1977-78, 1980-81, 1981-82, 1983-84, 1985-86, 1994-95, 1996-97, 1997-98, 2001-02, 2002-03, 2004-05 (İtaliya futbol qalmaqalı nəticəsində əlindən alınmış və heç kimə verilməmişdir), 2005-06 (İtaliya futbol qalmaqalı nəticəsində əlindən alınmış və "İnter"ə verilmişdir),2011-12, 2012-13, 2013-14, 2014-15, 2015-16, 2016-17, 2017-18, 2018-19, 2019-20
  • 19 dəfə İtaliya çempionatının gümüş mülafatçısı – 1903, 1904, 1906, 1937-38, 1945-46, 1946-47, 1952-53, 1953-54, 1962-63, 1973-74, 1975-76, 1979-80, 1982-83, 1986-87, 1991-92, 1993-94, 1995-96, 1999-00, 2000-01, 2008-09
  • 14 dəfə İtaliya kubokunun qalibi – 1937-38, 1941-42, 1958-59, 1959-60, 1964-65, 1978-79, 1982-83, 1989-90, 1994-95, 2014-15, 2015-16, 2016-17, 2017-18, 2020-21
  • 5 dəfə İtaliya kubokunun finalçısı – 1972-73, 1991-92, 2001-02, 2003-04, 2011-2012
  • 9 dəfə İtaliya superkubokunun qalibi – 1995, 1997, 2002, 2003, 2012, 2013, 2015, 2018, 2020
  • 1 dəfə İtaliya B seriyasının qalibi – 2006-07
  • 10 dəfə Berluskoni Kubokunun qalibi – 1991, 1995, 1998, 1999, 2000, 2001, 2003, 2004, 2010, 2012

Avropa titulları:

Klubun forması Avropa Liqası Muzeyində
  • 2 dəfə UEFA Çempionlar Liqasının qalibi – 1984/85, 1995/96
  • 7 dəfə UEFA Çempionlar Liqasının finalçısı – 1972/73, 1982/83, 1996/97, 1997/98, 2002/03, 2014/15, 2016/17
  • 1dəfə UEFA Kuboklar kubokunun qalibi – 1983/84
  • 3 dəfə UEFA kubokunun qalibi – 1976/77, 1989/90, 1992/93
  • 1 dəfə UEFA kubokunun finalçısı – 1994/95
  • 2 dəfə Avropa superkubokunun qalibi – 1984, 1996
  • 1 dəfə UEFA İntertoto kubokunun qalibi – 1999

Qitələrarası titullar:

  • 2 dəfə Qitələrarası kubokun qalibi – 1985, 1996
  • 1 dəfə Qitələrarası kubokun finalçısı – 1973

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yuventus FK haqqında məlumat. Yuventus FK nədir? Yuventus FK nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İstridyə

  • Fevral 27, 2026

    Tufan

  • Fevral 27, 2026

    Yaponlar

  • Fevral 27, 2026

    Helikopter heroqlifləri

  • Fevral 26, 2026

    Seçki sistemi

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst