Düzkənd (1991-ci ildən Alvar) — Ermənistanın Şirak mərzinin Amasiya bələdiyyəsində yerləşən kənd. Tarixən Qars vilayətinin Qars qəzasına, 1930–1995-ci illərdə isə Amasiya rayonuna tabe olmuşdur.
| Kənd | |
| Düzkənd | |
|---|---|
| 41°03′03″ şm. e. 43°44′57″ ş. u.HGYO | |
| Ölkə | |
| Mərz | Şirak |
| Tarixi və coğrafiyası | |
| Sahəsi |
|
| Mərkəzin hündürlüyü | 1.980 m |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi |
|
| Rəsmi dili | |
![]() Düzkənd | |
Tarixi
Rayon mərkəzindən 13 km şimalda, Arpaçayın sağ sahilində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Amasiya rayonunda tarixən Düzkənd adında iki kənd olmuşdur: Böyük Düzkənd, Kiçik Düzkənd. XIX əsrin əvəllərində Böyük Düzkənd və Kiçik Düzkənd kəndləri birləşdirilərək Düzkənd kəndi kimi rəsmiləşdirilmişdir.
Toponimi
Toponim Azərbaycan dilində "düzən, çöl, düzənlik", "eniş, yoxuşu, çuxuru olmayan yer" mənasında işlənən düz sözü ilə qədim türk dilində "yaşayış yeri, şəhər" mənasında işlənən kənd sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Ermənistan prezidentinin 19aprel 1991-ci il fərmanı ilə adı dəyişdirilib "Alvar" qoyulmuşdur.
Əhalisi
Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. Erməni mənbələrində kənddə qarapapaqların yaşadığı göstərilir. Kənddə 1886-cı ildə 348 nəfər, 1897-ci ildə 520 nəfər, 1908-ci ildə 636 nəfər, 1914-cü ildə 722 nəfər azərbaycanlı yaşamışdır. 1916-cı ildən başlayaraq azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. İndiki Ermənistanda Sovet hökuməti qurulandan sonra azərbaycanlılar ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 359 nəfər, 1926-cı ildə 402 nəfər, 1931-ci ildə 468 nəfər, 1970-ci ildə 516 nəfər, 1987-ci ildə 580 nəfər yalnız azərbaycanlılar yaşamışdır. 1988-ci ilin noyabr-dekabr, 1989-cu ilin yanvar aylarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. 1988-ci ildə əhalisi tamamilə Azərbaycana qovulmuşdur. İndi ermənilər yaşayır. Arpaçayın sahilində düzənlikdə yerləşdiyinə görə Düzkənd adını almışdır.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, düzkənd (amasiya) sözünün mənası, düzkənd (amasiya) haqqında məlumat. düzkənd (amasiya) nədir? düzkənd (amasiya) nə deməkdir?
