Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tofiq Mahmud oğlu Mehdiyev (6 noyabr 1931, Şahbuz, Naxçıvan MSSR – 4 aprel 1997, Bakı) — şair, nasir, tərcüməçi, publisist, 1958-ci ildən Azərbaycan Yazıçılar B

Tofiq Mahmud

  • Ana Səhifə
  • Vikipediya
  • Tofiq Mahmud

Tofiq Mahmud oğlu Mehdiyev (6 noyabr 1931, Şahbuz, Naxçıvan MSSR – 4 aprel 1997, Bakı) — şair, nasir, tərcüməçi, publisist, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR Lenin komsomolu mükafatı mükafatı laureatı (1984).

Tofiq Mahmud
Tofiq Mahmud oğlu Mehdiyev
Doğum tarixi 6 noyabr 1931(1931-11-06)
Doğum yeri
  • Şahbuz, Şahbuz rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 4 aprel 1997(1997-04-04) (65 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Fəaliyyəti yazıçı, şair, tərcüməçi
Üzvlüyü
  • Azərbaycan Yazıçılar Birliyi
Mükafatları Azərbaycan Lenin komsomolu mükafatı — 1984

Mündəricat

Həyatı

Tofiq Mahmud 1931-ci il noyabrın 6-da Naxçıvan MSSR Şahbuz rayonunda anadan olmuşdur. O Bakıda 31 saylı məktəbi bitirmişdir. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində 1949–1954-cü illərdə bakalavr təhsili alıb.

Fəaliyyəti

Əmək fəaliyyətinə Azərbaycan Mədəniyyət Nazirliyinin Mədəni-Maarif Müəssisələri İdarəsində metodiki kabinetin metodisti kimi başlamışdır (1954). Sonra "Azərbaycan müəllimi" qəzeti redaksiyasında xüsusi müxbir (1958–1961), "Göyərçin" jurnalı redaksiyasında ədəbi işçi olmuşdur (1961).

Yaradıcılığı

İlk şeri "Kəsməsəm də, görməsəm də" 1953-cü ildə "İnqilab və mədəniyyət" jurnalında dərc olunmuşdur. 1976-cı ildən "Göyərçin" jurnalının redaktoru vəzifəsində işləmişdir. Bədii tərcümə ilə də məşğul olmuşdur. Onun tərcüməsində Xuta Berulavanın "Quş südü", İsabəy İshaqovun "Hər şeyi öyrənmək istəyən" kitabları işıq üzü görmüşdür. Əsərləri xarici ölkə xalqlarının dilinə tərcümə olunmuşdur. Azərbaycan Respublikası Uşaq Fondunun Bakı şöbəsinin sədri, həm də rəyasət heyətinin üzvü olmuşdur (1989-cu ildən). Azərbaycan Yazıçılar Birliyi uşaq və gənclər ədəbiyyatı şurasının sədri, keçmiş SSRİ Yazıçılar İttifaqı uşaq və gənclər ədəbiyyatı şurasının üzvü seçilmişdir. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilmişdir.

Tofiq Mahmud 1997-ci il aprelin 4-də Bakıda vəfat etmişdir.

Şairin adına "Tofiq Mahmud mükafatı" (hər il ən yaxşı uşaq şeirlərinin müəlliflərinə təqdim olunur) təsis edilmişdir.

Kinorejissor Hüseyn Mehdiyevin qardaşı, bəstəkar Azər Hacıəsgərlinin babasıdır.

Əsərləri

  • Yola çıxıram. Bakı: Uşaqgəncnəşr, 1959, 36 səh.
  • Mənim kürəkənim. Bakı: Xalq yaradıcılıq evi, 1959, 12 səh.
  • Dibçək. Bakı: Uşaqgəncnəşr, 1962, 16 səh.
  • Buzovna qayaları. Bakı: Azərnəşr, 1963, 52 səh.
  • Utancaq oğlan. Bakı: Uşaqgəncnəşr, 1964, 16 səh.
  • Açıqdır pəncərəm. Bakı: Azərnəşr, 1966, 106 səh.
  • Alpinistlər. Bakı: Gənclik, 1967, 62 səh.
  • Meşədə səs. Bakı: Gənclik, 1969, 70 səh.
  • Ana qucağı. Bakı: Gənclik, 1971, 72 səh.
  • Qızımın sualları. Bakı: Gənclik, 19 səh.
  • Dalğalar. Bakı: Gənclik, 1976, 135 səh.
  • Ulduzlar, düşüncələr. Bakı: Azərnəşr, 1977, 111 səh.
  • Pəncərəyə toxunan budaq. Bakı: Gənclik, 1978, 134 səh.
  • Kəpənək gözəlliyi. Bakı: Gənclik, 1980, 178 səh.
  • Məhəbbətim sirr deyil. Bakı: Yazıçı, 1981, 215 səh.
  • Yerə dağılan muncuqlar. Bakı: Gənclik, 1983, 271 səh.
  • Şən şerlər. Bakı: İşıq, 1983,
  • Bu işıqla qalacağam (şerlər, poemalar). Bakı: Yazıçı, 1985, 256 səh.
  • Yağış yağır dənizə. Bakı: Gənclik, 1985, 175 səh.
  • Gecə qapı döyülür. Bakı: Gənclik, 1988, 366 səh.
  • Uzaqda ucalan dağlar. Bakı: Yazıçı, 1991, 310 səh.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, tofiq mahmud sözünün mənası, tofiq mahmud haqqında məlumat. tofiq mahmud nədir? tofiq mahmud nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Xəzər qızılbalığı

  • Fevral 26, 2026

    Raşidi xəlifələr

  • Mart 01, 2026

    1974-cü il

  • Mart 01, 2026

    Termosfer

  • Fevral 27, 2026

    Trasimaxus

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst