Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Xəzər qızılbalığı (lat. Salmo caspius) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin qızılbalıqkimilər dəstəsinin qızılbalıqlar fəsiləsinin qız

Xəzər qızılbalığı

  • Ana Səhifə
  • Vikipediya
  • Xəzər qızılbalığı

Xəzər qızılbalığı (lat. Salmo caspius) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin qızılbalıqkimilər dəstəsinin qızılbalıqlar fəsiləsinin qızılbalıq cinsinə aid heyvan növü. Nəsli kəsilmək üzrədir, pərakəndə yayılmış yarımnövdür.

Xəzər qızılbalığı
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Amorphea
Klad:
Obazoa
Klad:
Opisthokonta
Klad:
Holozoa
Klad:
Filozoa
Klad:
Choanozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Tipüstü:
Sonağızlılar
Tip:
Xordalılar
Klad:
Olfactores
Yarımtip:
Onurğalılar
İnfratip:
Ağızçənəlilər
Klad:
Eugnathostomata
Klad:
Teleostomi
Klad:
Sümüklü balıqlar
Sinif:
Şüaüzgəclilər
Ranqsız:
Actinopteri
Yarımsinif:
Neopterygii
İnfrasinif:
Sümüklü balıqlar
Klad:
Euteleostei
Dəstəüstü:
Protacanthopterygii
Dəstə:
Qızılbalıqkimilər
Fəsilə:
Qızılbalıqlar
Yarımfəsilə:
Salmoninae
Cins:
Qızılbalıq
Növ:
Xəzər qızılbalığı
Beynəlxalq elmi adı
  • Salmo caspius Karl Fedorovich Kessler, 1877
Vikianbarın loqotipi
Şəkil
axtarışı
NCBI  602068
EOL  1230025

Mündəricat

Morfoloji əlamətləri

Bədənləri qara bozdur və bədənlərinin ön qisimi və başlarının üstündə olan tünd ləkələr göy rəngə çalan halqalarla sarılmışdır. Yan xəttləri boyunca və alt tərəflərində qırmızı xalları və qəlsəmə qapaqlarının ön tərəfi üzərində bir ləkə və kürək üzgəclərindədə ləkələr vardır. Yüngül girintili bir quyruq üzgəcləri vardır. Kür qızılbalığı qızılbalıqkimilərin ən irisidir. Əvvəllər onun bədəninin uzunluğu 133 sm-ə, kütləsi 51 kq-a çatırdı. İndi isə ovun 86.7%-ni 70-96 sm uzunluğunda fərdlər təşkil edir.

Yayılması

Kür-Terek və Samur çaylarında, habelə Cənubi və Orta Xəzərin əsaən qərb və cənub sahillərinin kiçik çaylarında çoxalır. Azərbaycan ərazisindən Xəzərə tökülən nisbətən sulu çayların (Kür, Araz, Lənkərançay, Astaraçay, Drud, Xudat-Yalama çayları, Samur çayı, eləcə də Gilan və Mazandaran çayları) hamısında bu qızılbalığa rast gəlinir. Bu çaylarda onlar müstəqil sürülər əmələ gətirirlər. Bu sürülər içində ən böyük ölçüyə və kütləyə malik olan Kür populyasiyasıdır.

Yaşayış yeri və həyat tərzi

Keçici balıqdır. Dənizdə cavan balıqların əsas qidasını xərçəngkimilər (yanüzərlər, mizidlər, krevetlər), yaşlılarınkını isə kilkələr (adi və ançousabənzər), aterinlər və körpə siyənəklər təşkil edir. Kür qızılbalığı keçmişdə çoxsaylı balıqlardan olub. Kür çayı axınının tənzim olunmasından sonra ehtiyatı kəskin surətdə azalmışdır, təbii çoxalması praktiki olaraq baş vermir və ehtiyatı yalnız süni artırma yolu ilə saxlanılır.

Çoxalması

Balıq çayda qidalanmır və birdəfə kürüsünü tökdükdən sonra tələf olur. Kür qızılbalığının cinsi yetkinliyi 3 yaşından 7 yaşınadək baş verir. Yaxşı inkişaf etmiş cinsi məhsullarla payızda çaylara girən fərdlər elə həmin il kürü tökürlər. Zəif inkişaf etmiş cinsi vəziləri olan yetişməmiş qızılbalıqlar kürü tökməyə az qala bir il qalmış çaylara girirlər və növbəti ildə kürü tökür. Artıma zamanları oktyabr ayından fevral ayına qədər sürər.

Məhdudlaşdırıcı amillər

Kür-Araz çayı axınları tənzim edildikdən sonra təbii kürüləmə yerlərinin sıradan çıxması, son illərdə qeyri qanuni ovun intensiv aparılması, eləcə də süni artırılmasının miqyasının azalması, Xəzərə tökülən çayların və dənizin çirkləndirilməsi.

Tətbiq olunmuş və lazımi mühafizə tədbirləri

Ehtiyatını bərpa etmək üçün iki süni balıqartırma zavodu təşkil olunmuşdur – Çaykənd və Qəbələ zavodları. Süni artırmanın miqyası genişləndirilməli, bu məqsədlə Kür populyasiyasından törədici kimi istifadə olunmalı, mühafizə tədbirləri gücləndirilməlidir. Hal-hazırda Azərbaycan Respublikasının Qırmızı kitabına daxil edilmişdir.

Təsərrüfat əhəmiyyəti

Qızılbalıq ətinin keyfiyyətinə görə ən qiymətli balıqlardan biridir. Mühüm vətəgə balığıdır, payızda və qışın birinci yarısında çaya gələn zaman tutulur. Kür axının təmizlənməsinə qədər onun illik ovu 1814 sentnere (1952-ci il) çatmışdı.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Xəzər qızılbalığı haqqında məlumat. Xəzər qızılbalığı nədir? Xəzər qızılbalığı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Rodium

  • Mart 01, 2026

    Coystik

  • Fevral 27, 2026

    Flensburq hökuməti

  • Fevral 27, 2026

    Büt

  • Fevral 27, 2026

    Diskriminasiya

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst