Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hovard Hyuz (24 dekabr 1905[…], Hyuston, Texas, ABŞ – 5 aprel 1976[…], Hyuston, Texas, ABŞ) amerikalı iş adamı, aviator, kinorejisor, kino prodüseri və 1960-cı

Hovard Hyuz

  • Ana Səhifə
  • Vikipediya
  • Hovard Hyuz

Hovard Hyuz (24 dekabr 1905[…], Hyuston, Texas, ABŞ – 5 aprel 1976[…], Hyuston, Texas, ABŞ) amerikalı iş adamı, aviator, kinorejisor, kino prodüseri və 1960-cı illərdə dünyanın ən varlı insanlarından biri idi.

Hovard Hyuz
ing. Howard Hughes
Doğum tarixi 24 dekabr 1905(1905-12-24)[…]
Doğum yeri
  • Hyuston, Texas, ABŞ
Vəfat tarixi 5 aprel 1976(1976-04-05)[…] (70 yaşında)
Vəfat yeri
  • Hyuston, Texas, ABŞ
Vəfat səbəbi ürək tutması, böyrək çatışmazlığı[d]
Partnyorları
  • Ketrin Hepbern (1937–1938)
Atası Hovard Robard Hyuz
Təhsili
  • Kaliforniya Texnologiya İnstitutu,
  • Rays Universiteti
Fəaliyyəti film prodüseri, kinorejissor, pilot, hərbi uçuş mühəndisi[d], sahibkar, ixtiraçı
Fəaliyyət illəri 1926–1976
İmza
hhmi.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hovard Robard Hyuz (böyük) oğlu olan Hyuz on doqquz yaşında neft qazma maşınları istehsal edən bir fabrikin rəhbəri olmuşdur. Bir neçə il ərzində əhəmiyyətli qazanclar əldə edərək 1930-cu ildə kinoya, 1931-ci ildə isə içki sənayesinə daxil olmuşdur. Daha sonra aviasiyaya üz tutmuşdur. 1938-ci ildə o, öz ideyasına müvafiq olaraq hazırlanmış olan təyyarə ilə dünyanı rekord qıracaq müddətdə (3 gün, 19 saat) dövr etmişdir. TWA Aviasiya Şirkətinin səhmlərinin dörddə üçünü almaqla bu sahədə söz sahibi olmuşdur.

H-4 Hercules

İkinci Dünya müharibəsi illərində toplar və hərbi təyyarələr hazırlamışdır. O, öz zamanında dünyanın ən böyük təyyarəsi olan Hughes H-4 Herculesi düzəltmiş və bir dəfə də olsa uçurmuşdur. Təyyarə İkinci Dünya müharibəsində alüminiuma qoyulan məhdudiyyətlərə görə, əsasən ağacdan istifadə edilərək hazırlanmışdır. Təyyarənin qanadlarının uzunluğu 97,54 metrdir və 8 mühərrikli konstruksiyası onun möhtəşəmliyinin empirik göstəricisidir.

Xeyli sərvət xərclədiyi "Cəhənnəm mələkləri" filminin çəkilişləri uzun illər davam etmiş və filmin çəkilişləri başa çatdıqdan sonra böyük rəğbət qazanmışdır. 1948-ci ildə yenidən kinoya qayıtmışdır. 1953-cü ildə tibb sahəsində elmi-tədqiqatlar aparan institut təsis etmişdir. Ətraf aləm ilə bütün münasibətlərini kəsərək qapalı həyat sürməsi və ölənə qədər heç kimə görünməməsi onun maraqlı cəhətlərdən bəziləridir.

Obsesif kompulsif pozğunluğu olan Howard Hughes, ətrafındakılarla sosial münasibətlərdə həmişə problemlər yaşayırdı.

1950-ci ildə Hovard Robard Hyuz (kiçik) dünyanın ən zəngin insanı olmuşdur. Onun sərvətinin bugünkü pulla 12,8 milyard dollar olduğu məlum olmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, hovard hyuz sözünün mənası, hovard hyuz haqqında məlumat. hovard hyuz nədir? hovard hyuz nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Cinsi çoxalma

  • Fevral 28, 2026

    Pavel Bajov

  • Fevral 27, 2026

    Avstraliya İttifaqı

  • Mart 01, 2026

    Sancaqbəyi

  • Mart 04, 2026

    Padarqışlaq

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst