Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Avropa, Yupiter II — Yupiter planetinin Qaliley peykləri arasındaki ən kiçiyi. Günəş sisteminin ən böyük altıncı təbii peyki. Avropa 1610-cu ildə Qalileo Qalile

Avropa (peyk)

  • Ana Səhifə
  • Vikipediya
  • Avropa (peyk)

Avropa, Yupiter II — Yupiter planetinin Qaliley peykləri arasındaki ən kiçiyi. Günəş sisteminin ən böyük altıncı təbii peyki. Avropa 1610-cu ildə Qalileo Qaliley tərəfindən kəşf edilmişdir. Yunan mifologiyasındakı ekvivalenti Zevs olan Roma tanrısı Yupiter tanrısının məşuqəsi Europa şərəfinə adlandırılmışdır. Aydan bir qədər kiçik olan peyk əsasən silikat daşdan, səthdə su-buz qarışıq qabıqdan və böyük ehtimalla dəmir-nikel nüvədən ibarətdir. Çoxu oksigendən ibarət seyrək atmosferə sahibdir. Avropanın səthi çat və cızıqlarla örtülmüşdür. Kosmosdaki əksər qatı planetlərin əksinə kraterleri çox azdır. Günəş sistemində bilinən obyektlər içərisində ən hamar səthə sahib olan kosmik obyektdir.

Avropa
Avropa təbii rəngləri ilə.
Kəşfi
Kəşf edən Qalileo Qaliley
Simon Marius
Kəşf yeri İtaliya İtaliya, Padua Universiteti
Kəşf tarixi 8 yanvar 1610
Təyinlər
Şərəfinə adlandırılıb
Avropa (mifologiya)
Alternativ adlar
Yupiter II
Orbital xarakteristikaları
Perisentri 664 862 km
Aposentri 676 938 km
Böyük yarımoxu
671 100 km
Orbitinin ekssentrisiteti 0,009
Siderik dolanma dövrü
3,551 Yer günü
Orbital sürəti
13,740 km/saat
Orbitin meyli Yupiterin ekvatoruna 0,470° dərəcə
Nəyin peykidir Yupiter
Fiziki xarakteristikaları
Orta radiusu
1 560,8±0,5 km
Böyük dairəsinin çevrəsi 9807±3 km
Səthinin sahəsi
3,09×107 km2
Həcmi 1,593×1010 km3
Kütləsi (4,799844±0,000013)×1022 kq
Orta sıxlığı
3,013±0,005 q/sm3
Sərbəstdüşmə təcili
1,314 m/san2
İkinci kosmik sürəti
2,026 km/san
Albedo 0,67 ± 0,03
Temperatur min 50 K orta 102 K (−171.15°C) max 125 K
Görünən ulduz ölçüsü
5,29
Atmosfer
Atmosfer təzyiqi
0.1 µPa (10−12 bar)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Avropa'nın Qanimed və İo ilə Laplas rezonansı

Aparıcı bir nəzəriyyəyə görə Yupiterin nəhəng cazibə qüvvəsi altında Avropa dövri deformasiyaya uğrayır. Günəşdən çox uzaq olmağına baxmayaraq bu proses nəticəsində yaranan istilik ilə Avropanın okeanı maye halda qalır. Bu qüvvə eyni zamanda Yer kürəsinin tektonik hərəkətlərinə bənzər şəkildə Avropanın buz kütlələrini yerindən oynadaraq həm səthdəki quruluşları, çatları əmələ gətirir, həm də buz layından kimyəvi maddələri qoparıb dərindən okean sularına qarışdırır.

Həyat ehtimalı

Avropa peyki Günəş sistemində Yer kürəsindən kənarda canlı həyatın mümkün olması ehtimal edilən yerlərin başında gəlir. Beləliklə, Yupiterin bu təbii peykinə astrobioloqların marağı son illərdə artmışdır. 1996-cı ildə Yupiter planetini tədqiq etmək üçün göndərilən Qalilley kosmik gəmisi Avropanın arxa tərəfinin şəklini yerə göndərmişdir. Bu şəkildə buzla örtülü okeanın olduğu aydın görünürdü. Avropanın səthində temperatur Yerdəkinə bənzər həyat forması üçün çox aşağı olmağına baxmayaraq, astrobioloqlar həmin okeanın canlılar üçün həyat məskəni olabiləcəyini söyləyirlər. Yerin özündə bəzən canlıların elə ekosistemlərini aşkar edilmişdir ki, həyatın yalnız Yerdə mümkün olmasını bir daha şübhə altına alır. Məsələn, Yerin çox dərin qatlarında, suxurlarda yalnız silisium elementı ilə qidalanan və inkişaf edən bakteriyalar tapılmışdır. Burada şərait elədir ki, bizə məlum olan canlının varlığı bu süxurlarda qeyri-mümkündür. Başqa bir misal, vulkanoloqlar bəzi hallarda vulkanların kraterlərindən götürülmüş nümunələrdə bakteriyaların olduğunu kəşf edirlər, nüvə reaktorlarında, çox yüksək radiasiyanın olmasına baxmayaraq, bəzi bakteriyaların yaşadığını müəyyən etmişlər. Həyatın Avropa peykinin buzaltı okeanlarında, Yer kürəsinin okean dərinliklərindəki hidrotermal bacaların ətrafında olduğu kimi mövcud olma ehtimalı var. İndi NASA Kaliforniya dağlarında, Ames Tədqiqatlar mərkəzinə məxsus Astrobiologiya İnstitutu təsis etmişdir. NASA-nın digər 11 institutları ilə sıx əməkdaşlıq edən bu institutun alimləri bu yeni sahəni inkişaf etdirmək fikrindədirlər.

Həmçinin bax

  • Yupiterin peykləri

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, avropa (peyk) sözünün mənası, avropa (peyk) haqqında məlumat. avropa (peyk) nədir? avropa (peyk) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Günəşin doğması

  • Mart 04, 2026

    Doğuş

  • Fevral 26, 2026

    Səmədabad (Biləsuvar)

  • Fevral 27, 2026

    Hafiz Məmmədov

  • Fevral 28, 2026

    Levaşi

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst