Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Astrobiologiya (yunan dilindən tərcümədə "astron" – ulduz) – kainatda həyatın təzahür formalarını öyrənən elm sahəsi. Kosmik tədqiqatların vüsət aldığın dövrdə

Astrobiologiya

  • Ana Səhifə
  • Vikipediya
  • Astrobiologiya

Astrobiologiya (yunan dilindən tərcümədə "astron" – ulduz) – kainatda həyatın təzahür formalarını öyrənən elm sahəsi. Kosmik tədqiqatların vüsət aldığın dövrdə astrobiologiya kosmik biologiya və kosmik tibbin nailiyyətlərindən geniş istifadə edir. Astrobiologiya Yer kürəsinin inkişafının ilkin mərhələlərində həyatın onda necə yarandığını tədqiq edir. Belə ehtimal olunur ki, ultrabənövşəyi şüalanma və elektrik boşalmaları Yerdə üzvi maddələrin yaranmasına səbəb olmuşdur. Fotosintezin yaranması, atmosferdə tədricən O2-nin toplanması həyatın inkişafı üçün şərait yaratmışdır. Astrobiologiya Günəş sistemi yaratmışdır. Astrobiologiya Günəş sistemi planetlərində həyatın olub-olmaması problemləri ilə məşğul olur. XX əsrin kosmik tədqiqatları göstərdi ki, Ayda, Merkuridə, Venerada həyat yoxdur. Marsın tədqiqi onda primitiv həyat elementlərinin mövcudluğu ehtimalını yaradır. Astrobiologiyanın əsas vəzifələrindən biri Günəş sistemindən kənarda həyatın olub-olmamasını öyrənməkdir.

Tarixi

1959-cu ildə NASA ekzobiologiya üzrə ilk layihəsini qurdu, 1960-cı ildə isə ekzobiologiyanın öyrənilməsi üçün proqram hazırladı. 1971-ci ildə Yerdənkənar həyat axtaracaq SETI layihəsinin təməli qoyuldu. Bu layihə Yerdən kənar radiosiqnalların dinlənilməsi və yaddaşda saxlanılması ilə məşğul idi. 1976-cı ildə qurulan Vikinq layihəsi Marsda yadplanetli həyat əlamətlərini axtaran 3 bioloji tədqiqatdan ibarət idi. 1997-ci ildə Marsa eniş edən Mars Pathfinder aparatı isə Mars səthindəki qayalıqlarda bakteriya qalıqlarını tapmalı idi.

Gənc və təsdiqlənməmiş sahə olmasına baxmayaraq, XXI əsrin başlanğıcından bəri NASA və Avropa Kosmik Agentliyi kimi digər elmi akademiyalar astrobiologiyanın öyrənilməsi və araşdırmaları üçün daha çox maraq göstərir. Bir çox universitetlər astrobiologiyanı təhsil proqramına əlavə edirlər. ABŞ-nin Arizona, Pensilvaniya, Montana və Vaşinqton universitetləri, Böyük Britaniyanın Kardiff və Avstraliyanın Yeni Cənubi Uelz universitetləri artıq bu yeni sahəni təhsil proqramına daxil etməklə birlikdə, həm də universitet daxilində Astrobiologiya Mərkəzləri yaradırlar.

Hal-hazırda bu sahə üzrə ən çox araşdırılan planet Yerə yaxın və Yerin səthinə oxşar səthə sahib olan, həmçinin Yerlə oxşar geoloji tarixə malik olan Marsdır. Alimlər hər gün daha da böyük əminliklə Marsda bir vaxtlar bol miqdarda su olduğunu açıqlayırlar, hansı ki Yerdəki kimi, Yerdən kənarda da həyat üçün ən əhəmiyyətli maddələrdən biri hesab olunur.

2011-ci ilin noyabr ayında NASA Marsda həyat aşkar etmə tədqiqatlarının davam etməsi üçün marsoxod Curiosity aparatını qırmızı planetə yolladı. Avropa Kosmik Agentliyinin açıqlamasına görə, hal-hazırda hazırlanan və 2018-ci ildə Marsa göndəriləcək marsoxod ExoMars aparatı da həmçinin bu tədqiqatların davamı olacaq. Bir sözlə, alimlər Marsa digər planetlərdən daha çox inanırlar.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Astrobiologiya haqqında məlumat. Astrobiologiya nədir? Astrobiologiya nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Ekipaj

  • Fevral 27, 2026

    Ceyson Steytem

  • Fevral 27, 2026

    Qəmərşah Cavadov

  • Fevral 27, 2026

    Zəncəfil

  • Fevral 27, 2026

    Amelius

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst