Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Robert Kirşner – (15 avqust 1949) — amerikalı astronom, kosmos tədqiqatçısı. Harvard Universitetinin professoru, ABŞ Milli Elmlər Akademiyasının və Amerika Fəls

Robert Kirşner

  • Ana Səhifə
  • Vikipediya
  • Robert Kirşner

Robert Kirşner – (15 avqust 1949) — amerikalı astronom, kosmos tədqiqatçısı. Harvard Universitetinin professoru, ABŞ Milli Elmlər Akademiyasının və Amerika Fəlsəfə Cəmiyyətinin üzvü. Volf mükafatının qalibi. (2015-ci il)

Robert Kirşner
Doğum tarixi 15 avqust 1949(1949-08-15) (76 yaş)
Elmi dərəcəsi
  • fəlsəfə doktoru
İş yerləri
  • Harvard Universiteti,
  • Miçiqan Universiteti
Təhsili
  • Kaliforniya Texnologiya İnstitutu (–1975),
  • Harvard Universiteti,
  • Harvard Kolleci
Üzvlüyü
  • ABŞ Milli Elmlər Akademiyası,
  • Amerika İncəsənət və Elmlər Akademiyası,
  • Beynəlxalq Astronomiya İttifaqı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyat yolu

Robert Kirşner 1970-ci ildə Harvard Universitetinin astronomiya ixtisasını yüksək dərəcə ilə bitirmişdir. 1975-ci ildə isə Kaliforniya Texnologiya İnstitutunda astronomiya üzrə fəlsəfə doktoru dərəcəsini almışdır. 1974-1976-cı illərdə Kitt Pik Milli Rəsədxanasında işləmişdir. Doqquz il Miçiqan Universitetində dərs demişdir: 1976-1981-ci illərdə dosent, 1981-ci ildən 1985-ci ilə qədər professor və astronomiya kafedrasının müdiri kimi fəaliyyət göstərmişdir.

1985-ci ildə Harvard Universitetinin Astronomiya kafedrasına keçmiş və bu günə kimi kafedranın professoru kimi fəaliyyət göstərir. 1990-1997-ci illərdə Astronomiya kafedrasının rəhbəri, 1997-ci ildən 2003-cü ilə qədər Harvard-Smitson Astrofizika Mərkəzinin Optika və IR şöbəsinin müdiri olmuşdur.

1992-ci ildə Amerika İncəsənət və Elmlər Akademiyasına, 1998-ci ildə ABŞ Milli Elmlər Akademiyasına və 2005-ci ildə Amerika Fəlsəfə Cəmiyyətinə üzv seçilmişdir.

O, astronomik jurnallarda 250-dən çox resenziyalı məqalə dərc etmişdir ki bunlara "Ekstravaqant Kainat: Partlayan Ulduzlar, Qaranlıq Enerji və Sürətlənən Kosmos" (Princeton University Pres), 2002) aiddir.

Onun tələbələri Brayan Şmidt və Adam Riess "Fövqəladə uzaq ulduzların  müşahidələri vasitəsilə Kainatın sürətlənən genişlənməsini kəşf etdiklərinə görə" 2011-ci ildə Fizika üzrə "Nobel" mükafatına (Sol Perlmutter ilə bərabər) layiq görülmüşdürlər.

Mükafatları

  • 2004-cü il — Caltech Görkəmli Məzunlar Mükafatı
  • 2007-ci il — Qruber Mükafatı
  • 2010-cu il — Çikaqo Universitetinin fəxri doktoru
  • 2011-ci il — Denni Hayneman Mükafatı (Amerika Fizika İnstitutundan Astrofizika üzrə)
  • 2012-ci il — Guggenhaym Təqaüdü
  • 2014-cü il — ABŞ Milli Elmlər Akademiyasının Ceyms Kreyqa Uotson Medalı
  • 2015-ci il — Fundamental Fizika Mükafatı
  • 2015-ci il — Fizika üzrə Volf Mükafatı (Ceyms Byorken ilə birlikdə)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, robert kirşner sözünün mənası, robert kirşner haqqında məlumat. robert kirşner nədir? robert kirşner nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    İncəsənət jurnalistikası

  • Fevral 27, 2026

    Yaqub Mahmudov

  • Fevral 27, 2026

    Atropin

  • Fevral 27, 2026

    İslam Dövləti

  • Mart 01, 2026

    Fransisko Qoya

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst