Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bicapur sultanlığı — 1490–1686-cı illərdə cənubi Hindistanın Dekan regionunun qərbində Bicapurda mövcud olmuş Bayandur müsəlman dövləti.

Bicapur

  • Ana Səhifə
  • Vikipediya
  • Bicapur

Bicapur sultanlığı — 1490–1686-cı illərdə cənubi Hindistanın Dekan regionunun qərbində Bicapurda mövcud olmuş Bayandur müsəlman dövləti.

Mündəricat

Ümumi məlumat

Hindistanda Dekan yaylasının qərb hissəsində mövcud olmuş dövlət (1489–1686). Banisi Adil şah Yusifdir. Bəhməni sultanlığının parçalanması zamanı Bicapur müstəqilliyini elan etmişdi (1489). Adil şah Bicapur da qala tikdirmiş və şəhəri dövlətin paytaxtına çevirmişdi. Onun oğlu İsmayıl Adilşah Qoa limanını işğal edən Portuqaliyaya qarşı mübarizə aparmış (1510), Rayçur vadisi uğrunda Vicana yaqara qarşı baş verən döyüşdə (1521) geri çəkilməyə məcbur olmuş, Bərid şahlar, Nizamşahlar və İmad şahların müttəfiq ordusu ilə vuruşaraq onları məğlubiyyətə uğratmışdır (1525). O, 1514-cü ildə Səfəvi hökmdarı şah I İsmayıl tərəfindən Bidara göndərilən və burada həbs olunan elçinin azadlığa buraxılmasına vasitəçilik etmişdir. 1535-ci ildə hakimiyyətə gələn I İbrahimin türksoylu dövlət xadimlərini hindlilərlə əvəz etməsi ordunun zəifləməsinə və xarici basqınların artmasına gətirib çıxarmışdı. I Əli Adilşah Bicapuru istehkamlarla möhkəmləndirmiş, əhalinin rifah səviyyəsini yüksəltməyə çalışmışdır. Onun hakimiyyəti illərində Bicapur sultanlığı ilə bölgədəki müsəlman dövlətlərinin ittifaqı qurulmuş, Vicanayaqar dövlətinə son qoyulmuşdur (1564). II İbrahim Adilşahın (1579–1626) hakimiyyət illəri Bicapur sultanlığının ən qüdrətli dövrü olmuşdur. O, Böyük Moğollarla dostluq munasibətləri yaratmış, Bəridşahlar dövlətinə son qoymuşdur (1612). II Əli Adilşahın hakimiyyəti illərində Marath dövlətinin və Böyük Moğollar imperiyası qoşunlarının hücumlarına məruz qalan Bicapur sultanlığı tənəzzülə uğradı (bax həmçinin Adilşahlar). Bicapur sultanlığını I Aləmgir istila etmişdir. Bicapur şəhərinın memarlığı 15,17-ci əsrlər islam memarlığının parlaq nümunəsidir: istehkamlarla möhkəmləndirilmiş, 5 darvazası olan qala (16-cı əsr); iç qalada məscid (14-cü əsr), saray (təqribən 1646, sonralar yenidən tikilmişdir); Asari-Şərif (divanxana, 16-cı əsrin sonu — 17-ci əsrin 1-ci rübü; divar rəsmlərinin fraqmentləri); nəhəng günbəzi (diametri 44 m), 7 yaruslu bürcləri olan Məhəmməd Adilşahın məqbərəsi (Gül Günbəz, 1656–1660); Cümə məscidi (təqribən 1570–1686) və s.

Ölkə

Bicapur sultanlığı 1490–1686-cı ilərdə Hindistanda (Bicapur) mövcud olmuşdur. Sultanqlı adilşahlar sülaləsi tərəfindən idarə edilmişdir.

Banisi

Sultanlığın banisi Bəhməni sultanlığının görkəmli sərkərdələrindən olan Yusif Adilxan idi. O, 1489-cu ildə yeni müstəqil sultanlıq yaratdığını elan etdi. Bicapur sultanlığını 1686-cı ildə Aləmgir işğal etdi.

Şahları

  • Yusif Adil şah (1490–1510)
  • İsmayıl şah (1510–1534)
  • Mallu şah (1534)
  • I İbrahim Adil şah (1534–1558)
  • I Əli Adil şah (1558–1580)
  • II İbrahim Adil şah (1580–1626)
  • İsgəndər Adil şah (?-1686)

Həmçinin bax

  • Bəhməni sultanlığı
  • Hindistan
  • Bicapur

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, bicapur sözünün mənası, bicapur haqqında məlumat. bicapur nədir? bicapur nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Dəyanət Rzayev

  • Mart 01, 2026

    Müqəddəs Nikolay

  • Fevral 27, 2026

    Haqqə surəsi

  • Mart 01, 2026

    Şuşakənd

  • Fevral 27, 2026

    Zəlləq döyüşü

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst