Şuşikənd və ya bəzən Şuşakənd — Azərbaycan Respublikasının Xocalı rayonunun Şuşikənd kənd inzibati ərazi dairəsində kənd.
| Şuşikənd | |
|---|---|
![]() Xocalı rayonunun Şuşakənd kəndi, 2025-ci ilin sentyabr ayı | |
| 39°46′19″ şm. e. 46°47′08″ ş. u.HGYO | |
| Ölkə | |
| Rayon | Xocalı rayonu |
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 1.024 m |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi |
|
![]() Şuşikənd | |
Tarixi
1992-ci ildən 2020-ci ilin noyabr ayının əvvəlinə qədər Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. 2020-ci il 9 noyabrda Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur.
İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Şuşikənd kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir.
19–20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır.
14 sentyabr 2025-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyev kəndə səfər edib, görülmüş işlər barədə məlumatlandırılmışdı, həmçinin kəndə köçmüş sakinin evində olub, ailə üzvləri ilə söhbət etmişdi.
Toponimikası
Şuşikənd kəndi Qarabağ silsiləsindədir. Tədqiqatçılara görə, oykonim eranın əvvəllərində Şimali Qafqaz çöllərində yaşamış türkdilli tayfaların özləri ilə gətirdikləri addır. II əsr müəllifi Tatsit Şimali Qafqazda dondarların mərkəz şəhərinin şoşu (latın dilində ş səsi olmadiğına görə müəllif onu Sosu kimi qeyd etmişdir) adlandığını yazmışdır. III-IV əsrlərdə şərqdən Cənubi Avropa çöllərinə gəlmiş hunlar dondarları da özlərinə tabe etmişlər. Ehtimal ki, dondarlar hunlarla birlikdə Azərbaycana gəlib məskunlaşdıqda yaratdıqları bəzi yaşayış məntəqələrinə şoşu şəhərinin adını vermişlər. 1727-ci ilə aid bir mənbədə Qarabağ düzündə (indiki Ağcabədi rayonunun ərazisində) Şuşi, Zəngəzurun Çulundur mahalında Şoşu, dağlıq Qarabağda Şuşaluqışlaq, XIX əsrdə şimali Qafqazda Şuşi, Şuşanova və Şuşanay adlı kəndlər vardı.
Əhalisi
2005-ci ildə Dağlıq Qarabağda separatçı rejim tərəfindən keçirilən əhalinin siyahıyaalmasına əsasən, Şuşikənd kəndinin mövcud əhalisinin sayı 527 nəfər, daimi əhalinin sayı 544 nəfər təşkil edirdi.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Şuşakənd haqqında məlumat. Şuşakənd nədir? Şuşakənd nə deməkdir?

