Müqəddəs Nikolay Möcüzəyaradan (rus. Николай Чудотворец; yun. Άγιος Νικόλαος; III əsr – IV əsr, Mira, Likiya, Qədim Roma) — tarixi kilsələrdə müqəddəs şəxs, Likiyada (Bizans) arxiyepiskop. Xristianlıqda o, möcüzəyaradan kimi hörmətlə qarşılanır, Şərqdə səyahətçilərin, məhbusların və yetimlərin himayədarı, Qərbdə - cəmiyyətin demək olar ki, bütün təbəqələrinin, lakin əsasən uşaqların himayədarı kimi tanınır.
| Müqəddəs Nikolay | |
|---|---|
| yun. Άγιος Νικόλαος | |
| |
| Doğum tarixi | III əsr |
| Vəfat tarixi | IV əsr |
| Vəfat yeri |
|
| Xatirə günü | 6 dekabr, 19 dekabr, 22 may, 11 avqust |
O, həm başındakı yepiskopluğunun simvolu olan mitra ilə, həm də onsuz təsvir edilmişdir. Santa-Klaus personajı məhz Müqəddəs Nikolaydan götürülmüşdür. Müqəddəs Nikolayın müflis bir zənginin üç qızına cehiz hədiyyə etməsindən bəhs edən həyatının əsasında Milad hədiyyələri yarandı.
Mirlikiyalı Nikolayın qədim tərcümeyi-hallarında müqəddəslərin tərcümeyi-hallarının oxşar təfərrüatlarına görə onları adətən Nikolay Pinar (Sion) ilə qarışdırırdılar: hər ikisi Likiyadan, arxiyepiskoplardan, hörmətli müqəddəslər və möcüzəyaradanlardır. Bu təsadüflər əsrlər boyu mövcud olan yanlış təsəvvürə səbəb oldu ki, kilsənin tarixində yalnız bir Müqəddəs Nikolay Möcüzəyaradan olmuşdur.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Müqəddəs Nikolay haqqında məlumat. Müqəddəs Nikolay nədir? Müqəddəs Nikolay nə deməkdir?
