Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Herbert Marşall Maklyuen (ing. Herbert Marshall McLuhan; 21 iyul 1911[…], Edmonton – 31 dekabr 1980[…], Toronto, Ontario, Kanada) — kanadalı filosof, media nəzə

Marşall Maklyuen

  • Ana Səhifə
  • Vikipediya
  • Marşall Maklyuen

Herbert Marşall Maklyuen (ing. Herbert Marshall McLuhan; 21 iyul 1911[…], Edmonton – 31 dekabr 1980[…], Toronto, Ontario, Kanada) — kanadalı filosof, media nəzəriyyəçisi, kommunikasiya sahəsində qabaqcıl düşüncə adamı və informasiya dövrü anlayışının əsasını qoyan mütəfəkkirlərdən biri. O, "medium is the message" (vasitə mesajdır) aforizmi və qlobal kənd konsepsiyası ilə tanınır. Maklyuenin ideyaları XX əsrin ikinci yarısında informasiya, texnologiya və mədəniyyət arasındakı qarşılıqlı təsirlərin anlaşılmasına dərin təsir göstərmişdir.

Marşall Maklyuen
ing. Herbert Marshall McLuhan
Doğum tarixi 21 iyul 1911(1911-07-21)[…]
Doğum yeri
  • Edmonton, AB, Kanada
Vəfat tarixi 31 dekabr 1980(1980-12-31)[…] (69 yaşında)
Vəfat yeri
  • Toronto, Ontario, Kanada
Uşağı 6 (Eric McLuhan daxil olmaqla)
Elm sahələri sənətşünaslıq, ədəbiyyatşünaslıq, kulturologiya, semantika[d], fəlsəfə, dinşünaslıq, jurnalistika, Media ekologiyası, dilçilik
Elmi dərəcəsi
  • doktorluq dərəcəsi[d]
İş yerləri
  • Toronto Universiteti,
  • Fordhem Universiteti[d]
Təhsili
  • Triniti Holl[d],
  • Manitoba Universiteti
Mükafatları "Kanada" ordeninin üzvü
marshallmcluhan.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Bioqrafiyası

Marşall Maklyuen 1911-ci il iyulun 21-də Kanadanın Alberta əyalətinin Edmonton şəhərində anadan olmuşdur. O, Manitobadakı Vinnipeq Universitetində ingilis dili üzrə təhsil almış, daha sonra Kembric Universitetində doktorantura səviyyəsində təhsilini davam etdirmişdir. Burada o, yeni retorika və şifahi/yazılı mədəniyyət arasında fərqlər üzərində tədqiqat aparmışdır.

Maklyuen müxtəlif illərdə ABŞ və Kanadada bir çox ali məktəblərdə dərs demişdir. 1946-cı ildə Toronto Universitetində Media və Texnologiya mərkəzini quraraq akademik fəaliyyətini burada davam etdirmişdir.

Fəlsəfəsi və əsas ideyaları

Maklyuenin ən məşhur tezisi “medium is the message” ifadəsidir. O, bu fikirlə mesajın özündən daha çox onun təqdim olunduğu vasitənin insan düşüncəsinə, cəmiyyətin strukturlarına və mədəniyyətə daha dərin təsir etdiyini irəli sürmüşdür. Onun fikrincə, yeni texnologiyalar yalnız informasiyanı ötürmək vasitəsi deyil, həm də insan duyğularını və sosial münasibətləri yenidən formalaşdıran qüvvədir.

Maklyuen "qlobal kənd" (global village) anlayışını irəli sürərək, texnoloji vasitələrin dünyanı informasiyanın ani paylaşımı nəticəsində kiçildiyini və insanları daha sıx şəkildə birləşdirdiyini qeyd etmişdir. Xüsusilə televiziya və daha sonra internetin ortaya çıxması bu nəzəriyyəni aktuallaşdırmışdır. Onun fikrincə, informasiya texnologiyaları fərdlər arasında fiziki məsafələri əhəmiyyətini itirir və “planetar ölçülü bir kənd” təcrübəsi yaradır.

Maklyuen media vasitələrini "isti" və "soyuq" olaraq təsnif etmişdir. "İsti media" yüksək detallılıq təqdim edir və iştirakçının az fəallığını tələb edir (məsələn, kino, radio), "soyuq media" isə daha az məlumat təqdim edir, lakin daha çox iştirak və interpretasiya tələb edir (məsələn, televiziya, telefon, karikatura).

Maklyuenin nəzəriyyələri həm akademik mühitdə, həm də populyar mədəniyyətdə böyük təsir yaratmışdır. Onun ideyaları sonradan media tənqidi, kütləvi kommunikasiya, kibermədəniyyət, internet fəlsəfəsi və postmodernizm sahələrində geniş şəkildə müzakirə edilmişdir. 1960–1970-ci illərdə o, geniş ictimaiyyət arasında tanınırdı və tez-tez televiziya proqramlarına dəvət edilirdi.

Maklyuen, xüsusilə internet və rəqəmsal informasiya texnologiyalarının inkişafı kontekstində, bir çox mütəxəssis tərəfindən "gələcəyi görən" şəxs kimi qiymətləndirilir. Onun düşüncələri Nikolas Kar, Manuel Kastells, Nil Postman və Lev Maneviç kimi tədqiqatçılara təsir göstərmişdir.

Marşall Maklyuen 31 dekabr 1980-ci ildə Toronto şəhərində vəfat etmişdir. Onun ideyaları bu gün də müasir informasiya cəmiyyətinin anlaşılmasında aktual olaraq qalır.

Seçilmiş əsərlərin biblioqrafiyası

Onun əsərləri eksperimental üslubda yazılmış, tez-tez vizual və konseptual oyunlarla müşayiət olunmuşdur. Bu yanaşma onun media vasitələrinin forması ilə məzmun arasında əlaqənin necə işlədiyini nümayiş etdirmək cəhdidir.

  • 1951. The Mechanical Bride: Folklore of Industrial Man (1st ed.). New York: Vanguard Press.
    • reissued by Gingko Press, 2002. ISBN 978-1-58423-050-2.
  • 1962. The Gutenberg Galaxy: The Making of Typographic Man. (1st ed.). Toronto: University of Toronto Press.
    • reissued by Routledge & Kegan Paul. ISBN 978-0-7100-1818-2.
  • 1964. Understanding Media: The Extensions of Man (1st ed.). New York: McGraw-Hill Education.
    • reissued by MIT Press, 1994, with introduction by Lewis H. Lapham; reissued by Gingko Press, 2003. ISBN 978-1-58423-073-1.
  • 1967. The Medium Is the Massage: An Inventory of Effects (1st ed.), with Quentin Fiore, produced by Jerome Agel. Random House.
    • reissued by Gingko Press, 2001. ISBN 978-1-58423-070-0.
  • 1968. War and Peace in the Global Village (1st ed.), with design/layout by Quentin Fiore, produced by Jerome Agel. New York: Bantam Books.
    • reissued by Gingko Press, 2001. ISBN 978-1-58423-074-8.
  • 1970. From Cliché to Archetype, with Wilfred Watson. New York: Viking Press. ISBN 978-0-670-33093-5.
  • 1988. Laws of Media, edited by Eric McLuhan. Toronto: University of Toronto Press. ISBN 978-0-8020-5782-2.
  • 2016 The Future of the Library: From Electronic Media to Digital Media, edited by Robert K. Logan. Peter Lang. ISBN 978-1-4331-3264-3.

Həmçinin bax

  • Kütləvi kommunikasiya
  • Mediada determinizm
  • Rəqəmsal mədəniyyət
  • Informasiya cəmiyyəti

Ədəbiyyat

  • McLuhan, M. (1964). Understanding Media: The Extensions of Man. McGraw-Hill.
  • Federman, M. (2004). "What is the Meaning of The Medium is the Message?" University of Toronto.
  • Levinson, P. (1999). Digital McLuhan: A Guide to the Information Millennium. Routledge.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, marşall maklyuen sözünün mənası, marşall maklyuen haqqında məlumat. marşall maklyuen nədir? marşall maklyuen nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Böyük Pirəli

  • Fevral 27, 2026

    Con Byufort

  • Fevral 27, 2026

    Yəhər

  • Mart 01, 2026

    1201-ci il

  • Mart 04, 2026

    Şahmalı Kürdoğlu

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst