Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

1930-cu il aprelin 12 də Ağdamın Qiyaslı kəndində dünyaya göz açıb. Atası, əslən Dərələyəz mahalından Mirsəqulu Fətəliyev qaçaq olub. Daha sonra Qarabağa üz tut

Şahmalı Kürdoğlu

  • Ana Səhifə
  • Vikipediya
  • Şahmalı Kürdoğlu

Şahmalı Mirsəqulu oğlu Hacıyev (12 aprel 1930, Ağdam rayonu – 6 noyabr 1992) — azərbaycanlı xanəndə

Şahmalı Hacıyev-Kürdoğlu
Ümumi məlumatlar
Doğum adı Hacıyev Şahmalı Mirsəqulu oğlu
Doğum tarixi 12 aprel 1930
Doğum yeri Qiyaslı, Ağdam, Azərbaycan
Vəfat tarixi 6 noyabr 1992 (şəhid olmuşdur) (62 yaşında)
Dəfn yeri Ağdam rayonu
Vətəndaşlığı Azərbaycan Azərbaycan SSR—>Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Musiqiçi məlumatları
Fəaliyyəti Xanəndə
Janr muğam

Mündəricat

Həyatı

1930-cu il aprelin 12 də Ağdamın Qiyaslı kəndində dünyaya göz açıb. Atası, əslən Dərələyəz mahalından Mirsəqulu Fətəliyev qaçaq olub. Daha sonra Qarabağa üz tutub. Ağdamın Qiyaslı kəndinə sığınıb Ermənilərin onu tanımaması üçün özünə "kürd" ləqəbi götürüb. Təqiblərə məruz qalmamaqdan ötrü anası oğlunun soyadını "Hacıyev" yazdırıb. Buna baxmayaraq atasının adına uyğun olaraq Şahmalı Kürdoğlu kimi tanınıb.

Şahmalı Kürdoğlu Ağdam pedaqoji institutunu (indiki Şuşa Pedaqoji Texnikumu) Aşqabad Universitetinin hüquq fakültəsini, Asəf Zeynallı adına musiqi texnikumunu, Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Asəf Zeynallı adına Musiqi Kollecində Seyid Şuşinskidən muğam təhsili alıb. İslam Abdullayev, Xan Şuşinski, Seyid Şuşinski kimi xanəndələrin davamçısı hesab olunurdu.

Atasına görə Sovet hökuməti onu ixtisası üzrə işləməyə qoymamışdı. Bir müddət rayon məktəblərindən birində müəllim kimi fəaliyyət göstərib. Fikrət Əmirov Ağdama "Leyli və Məcnun"da oynaya bilən xanəndə tapmaq üçün gəldikdə Şahmalı Kürdoğlunu Bakıya dəvət edir. Şahmalı Kürdoğlu bundan sonra filarmoniyada konsertlər verir.

1978-ci ildə həbs olunub. Yeddi il Şuşa türməsində məhbus həyatı yaşayıb. "Şur" ansamblının yaradıcılarından biri olub.

Şahmalı Kürdoğlu 1992-ci ildə Ağdamda həyətlərində 8 yaşlı oğlu Şahiməli ilə birlikdə nar yeyərkən həyətə düşən "qrad" qəlpəsinin partlaması ilə həlak olub.

Ailəsi

İki dəfə ailə həyatı qurub. Şahmalı Hacyevin 6 övladı var. Vaqif, Afət, Ceyhun, Seyhun, Tərxun və Şahiməlı.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, şahmalı kürdoğlu sözünün mənası, şahmalı kürdoğlu haqqında məlumat. şahmalı kürdoğlu nədir? şahmalı kürdoğlu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Sultan Babur

  • Fevral 27, 2026

    Milton Berl

  • Fevral 27, 2026

    Baterst

  • Mart 01, 2026

    Cerolamo Kardano

  • Fevral 16, 2026

    Misir gerbi

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst