Yanıqpəyə (1978-ci ildən Meşəkənd, 1991-ci ildən Antarameq) — Qaraqoyunlu mahalında kənd.
| Yanıqpəyə | |
|---|---|
| 40°41′ şm. e. 45°08′ ş. u.HGYO | |
| Ölkə | |
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 1.567 ± 1 m |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi |
|
| Rəsmi dili | |
![]() Yanıqpəyə | |
Toponimikası
Kəndin adı Yanıqpəyə olmuşdur. 1978-ci ildən Meşəkənd, 1991-ci ildən isə Antarameq adlandırılmışdır.
Tarixi
Yanıqpəyə kəndi Qafqaz və Zaqafqaziya diyarı idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında yaradılmış Yelizavetpol quberniyasının Qazax qəzasına aid olmuşdur. 1918-ci ildən 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi daxilində mövcud olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Qazax qəzasında hərbi inqilab komitəsi yaradıldı. Ermənistanda sovet hökuməti qurulduqdan (29 noyabr 1920) sonra Qazax qəzası ərazisinin 44,5%-i, o cümlədən 1874-cü il inzibati bölgüsünə görə Azasu, Qaradaş, Qılınc kənd, Uzuntala, Baranin, Qalaçı, Kötikənd, Qoşqotan Külpi, Yeni Dilican, Köhnə Dilican, Karvansara, Qaraqoyunlu, Polad-Ayrım, Xaştar, Başkənd, Küləli, Mixaylovsk, Tatlıkənd, Tovuzqala kəndləri Ermənistanın tərkibində qaldı. Qazax qəzasının Azərbaycanın tərkibində qalan torpaqlarında Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şamxor rayonları, Ermənistana verilmiş torpaqlarda isə Karvansara (İcevan), Çəmbərək (Krasnoselsk), Şəmşəddil, Dilican rayonları yaradıldı.
Coğrafiyası
Yanıqpəyə Çəmbərək rayonunun mərkəzindən 33 km şimal-qərbdə azərbaycanlılar yaşamış kənd olub.
Əhalisi
1931-ci ildə burada 197 nəfər azərbaycanlı yaşayıb. 1988-ci ildə ermənilər tərəfindən törədilən soyqırım siyasəti nəticəsində azərbaycanlılar qovulmuşlar.
| |||||||||||||||||||||||||||||||||||||||
Tanınmışları
- Zakir Sərdarov — Azərbaycanlı ictimai-siyasi və dövlət xadimi; tarix elmləri doktoru.
- Qafar Ramazanov — dosent.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, yanıqpəyə (qaraqoyunlu) sözünün mənası, yanıqpəyə (qaraqoyunlu) haqqında məlumat. yanıqpəyə (qaraqoyunlu) nədir? yanıqpəyə (qaraqoyunlu) nə deməkdir?
