Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ağa Mehdiyev (21 mart 1920, Lahıc, AXC – 15 may 2003, Bakı) — azərbaycanlı peyzaj, portret rəssamı, Azərbaycan Respublikasının xalq rəssamı (2002).

Ağa Mehdiyev

  • Ana Səhifə
  • Vikipediya
  • Ağa Mehdiyev

Ağa Mehdiyev (21 mart 1920, Lahıc, AXC – 15 may 2003, Bakı) — azərbaycanlı peyzaj, portret rəssamı, Azərbaycan Respublikasının xalq rəssamı (2002).

Ağa Mehdiyev
Ağa Cəfər oğlu Mehdiyev
Doğum tarixi 21 mart 1920(1920-03-21)
Doğum yeri
  • Lahıc, Şamaxı qəzası, Bakı quberniyası, AXC, Azərbaycan
Vəfat tarixi 15 may 2003(2003-05-15) (83 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Uşağı
  • Yaqub Mehdiyev
Fəaliyyəti rəssam
Təhsili
  • Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi
Mükafatları Azərbaycan SSR əməkdar rəssamı — 1988 Azərbaycan Respublikasının xalq rəssamı — 2002

Həyatı

Ağa Cəfər oğlu Mehdiyev 21 mart 1920-ci il İsmayıllı rayonunun Lahıc kəndində dünyaya gəlib. Əzim Əzimzadə adına Rəssamlıq Texnikumuna daxil olub. 1938-ci ildə Azərbaycan Rəssamlıq Texnikumunu bitirdikdən sonra Azərbaycanda və SSRİ-də bir çox sərgidə iştirak edib. O, yaradıcılığında peyzaj, portret janrlarından geniş istifadə etməklə yanaşı, hərbi-vətənpərvərlik mövzusunda da çalışıb. Rəssamın ilk böyük əsəri "Mənzərə" (1946) peyzaj əsəri hesab olunur. "Savadlılar ailəsi", "Köhnə neft mədənlərində", ""Qudok" qəzeti redaksiyasında", "Qatır Məmmədin dəstəsi", "Balaca çoban" kimi digər ilk əsərlərində xalqın həyatı, keşməkeşli tarixinin bu günü ilə əlaqəsi təsvir olunmuşdur. Onun əsərlərində uydurma süjetlərə yol verilməmişdir. Rəssamın tarixi-inqilabi tabloları və Azərbaycan ədəbiyyatı klassiklərinə həsr olunmuş əsərləri mənbələrin dərindən öyrənilməsinə əsaslanmışdır.

Türkiyəyə səfəri Ağa Mehdiyevin yaradıcılığında xüsusi iz qoymuşdur. Bu səfərin təəssüratları onun "Türkiyə səfəri" (1962) adlı fərdi sərgisində, eləcə də "Xarici ölkələr Azərbaycan rəssamlarının gözü ilə" (1964) adlı sərgidə öz əksini tapmışdır. Bu silsilədən olan bir çox əsərlər muzey ekspozisiyalarına daxil olub. "İstanbul duman içində" (1960), "Bosfor yağışdan sonra" (1960), "Axşama doğru. İstanbul" (1961) və s. rəssamın səfərinə aid edilən əsərlərdəndir.

A. Mehdiyevin janrlı səhnələrində sadə adamların iş günü, əmək və istirahəti poetikləşdirilmişdir. Rəssam 1987-ci ildə "37-ci il" tablosunu yaratmışdır. Azərbaycan rəssamları arasında repressiya ilə bağlı ilk tablonu Ağa Mehtiyev ərsəyə gətirib.

Ağa Mehdiyev 1994-cü ildə SSRİ Rəssamlar İttifaqına üzv qəbul edilmişdir.

Onun süjetli tablolarına "İntizar" (1975), "Xalq bayramı" (1976), "Günəşli gün" (1976), "Eyvanda" (1977), "Yaylaqda" (1977), "Analıq" (1977), "Güləş" (1979), "Xalçaçı" (1979), "Lahıc qadınları" (1979), "Tikişçi" (1982), "Nar yığımı" (1984), "37-ci il" (1987), "Səhər" (1987), "Bahar" (1987), "Təndir başında" (1988), "Qaçaq Nəbi və Həcər" (1988), "Şərq" (1989), "Ailə" (1989), "Bazar günü" (1990), "Qanlı gecə" (1990) və başqalarını misal göstərmək olar. A. Mehdiyev eyni zamanda portretlər qalereyası da yaratmışdır: "Qoca kişi başı" (1975), "Avtoportret" (1979), "Lahıclı qız" (1980), "Qız surəti" (1980), "Çobanın portreti" (1982), "İki ay" (1984), "Kamança çalan" (1984), "Qoca qadın" (1984), "Dağlı qadın" (1985) və s. Mənzərə əsərlərinə "Qayıqlar" (1966), "Mənzərə" (1976–1946-cı ildə çəkdiyi ilk böyük əsərinin yenidən işlənməsi), "Bürkü" (1977), "Qızmar gün" (1977), "Qayıq" (1978), "Keçid" (1978), "Abşeron" (1979), "Dağlar" (1979), "Dağlarda" (1980), "Günorta. Lahıc" (1982), "Köhnə həyət" (1982), "Uca dağlarda" (1985), "Kiçik həyət" (1985), "Yağışdan sonra" (1985), "Sakitlik" (1985), "Şər qarışanda" (1986), "Payız" (1989) və başqalarını aid etmək olar.

Rəssamın 1961, 1970, 1981 və 1988-ci illərdə Bakı şəhərində əsərlərindən ibarət fərdi sərgiləri təşkil olunub. Ağa Mehdiyevin əsərləri Almaniya, Macarıstan, Rumıniya, Bolqarıstan, İtaliya, İsveç, Avstriya, Kanada, Fransa, Yaponiya, Polşa, İspaniya, Türkiyə, Rusiya, ABŞ, Misir, İraq və digər ölkələrdə nümayiş etdirilmişdir.

Ağa Mehdiyev və Yaqub Mehdiyev

Xalq rəssamı 2003-cü il mayın 15-də Bakıda vəfat etmişdir.

Mükafatları

  • Azərbaycan SSR əməkdar rəssamı — 7 may 1988
  • Azərbaycan Respublikasının xalq rəssamı — 30 may 2002
  • Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002-ci ildən

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ağa Mehdiyev haqqında məlumat. Ağa Mehdiyev nədir? Ağa Mehdiyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İran–İraq müharibəsi

  • Mart 01, 2026

    Kripto-İslam

  • Fevral 27, 2026

    Buynaksk

  • Fevral 27, 2026

    Hipofiz

  • Fevral 27, 2026

    Bığlı şəbpərə

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst