Ağbil — Azərbaycan Respublikasının Quba rayonunun Vladimirovka kənd inzibati ərazi dairəsində kənd. Eyniadlı bələdiyyənin tərkibindədir.
| Ağbil | |
|---|---|
| 41°25′ şm. e. 48°34′ ş. u.HGYO | |
| Ölkə | |
| Rayon | Quba rayonu |
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 432 m |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi | 5783 (2023) nəfər |
![]() Ağbil | |
Toponimikası
Ağbil oyk., mür. Qusar maili düzənliyindədir. XVI əsrə aid Ağbil türbələri bu kəndin ərazisindədir. Yerli əhali bu türbələri Dörd Ağbil adlandırır. Hazırda üçü qalmaqda olan həmin türbələr Şeyxlər üçün tikilmişdir. XIX əsrdə Zeyid kəndindən köçüb gələnlər tərəfindən məskunlaşmış Ağbil kəndi bir müddət Ağbil Zeyid adlandırılmışdır. Oykonim ağ (kiçik) və bil (qəd. bulqar dilində "türbə, məzar daşı") komponentlərindən düzəlib, "kiçik türbə, məzar daşı" deməkdir. Xorasan ərazisində qeydə alınmış Akməzar toponimi ilə sinonimdir.
Əhalisi
- 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1036 nəfər əhali yaşayır.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ağbil sözünün mənası, ağbil haqqında məlumat. ağbil nədir? ağbil nə deməkdir?
