Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Pol Antoni Samuelson (15 may 1915[…], Geri, İndiana – 13 dekabr 2009[…], Belmont[d], Massaçusets[…]) — amerikalı iqtisadçı. 1970-ci ildə İqtisadiyyat üzrə Nobel

Pol Samuelson

  • Ana Səhifə
  • Vikipediya
  • Pol Samuelson

Pol Antoni Samuelson (15 may 1915[…], Geri, İndiana – 13 dekabr 2009[…], Belmont[d], Massaçusets[…]) — amerikalı iqtisadçı. 1970-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.

Pol Samuelson
ing. Paul Anthony Samuelson
Doğum tarixi 15 may 1915(1915-05-15)[…]
Doğum yeri
  • Geri, Leyk Kaunti[d], İndiana, ABŞ
Vəfat tarixi 13 dekabr 2009(2009-12-13)[…] (94 yaşında)
Vəfat yeri
  • Belmont[d], Midlseks[d], Massaçusets, ABŞ[…]
Elm sahəsi makroiqtisadiyyat
Elmi dərəcəsi
  • fəlsəfə doktoru (1941)
İş yerləri
  • Massaçusets Texnologiya İnstitutu,
  • Çikaqo Universiteti
Təhsili
  • Çikaqo Universiteti (–1935),
  • Harvard Universiteti (1935–1936),
  • Harvard Universiteti (1936–1941)
Elmi rəhbərləri Yozef Şumpeter, Vasili Leontyev
Tanınmış yetirməsi Robert Merton
Üzvlüyü
  • ABŞ Milli Elmlər Akademiyası,
  • Amerika İncəsənət və Elmlər Akademiyası,
  • Amerika İqtisadiyyat Assosiasiyası,
  • Ekonometrik Cəmiyyət (1944),
  • Amerika Fəlsəfə Cəmiyyəti[d] (1958),
  • London Kral Cəmiyyəti,
  • Dei Linçei Akademiyası (1978)
Mükafatları İqtisadiyyat üzrə Nobel mükafatı — 1970
ABŞ Milli Elmlər medalı — 1996
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Pol Samuelson 1915-ci ildə İndiana ştatıda anadan olub. Çikaqo Universitetini bitirib (1935), Harvard Universitetində magistr və doktorluq elmi dərəcəsi alıb (1941). 1940-cı ildə Massaçusets Texnologiya İnstitutunun müəllim heyətinin tərkibinə daxil olub. Pol Samuelson Con Kennedi və Lindon Conson kimi prezidentlərin müşaviri olub. Uzun illər "News week" jurnalında köşə yazıları ilə çıxış edib. 1947-ci ildə Amerika İqtisadi Dərnəyinin Con Beyts Klark medalı ilə mükafatlandırılıb. 1951-ci ildən Amerika İqtisadi Dərnəyinin rəhbərliyinə yüksəldi və həmin dərnəyin nəşr etdiyi "İqtisadiyyat" jurnalına (ing. Economics) redaktor seçildi. Bu dövrdən sonra yazdığı məqalələrdə iqtisadi problemlərin həlli yollarını göstərdi. Dövlətin biliyinə önəm verdiyi biri kimi tanındı.

Pol Samuelson iqtisadiyyat üzrə Nobel mükafatını almış ilk amerikalı olub. Nobel mükafatı ona 1970-ci ildə — mükafat təsis olunandan 1 il sonra təqdim edilib. O, XX əsrin ikinci yarısında iqtisadiyyat elminin aparıcı nümayəndələrindən biri kimi tarixə düşüb. İqtisadi tarixçi Rendal Parker onu "Çağdaş İqtisadiyyatın atası" adlandırıb. O, The New York Times qəzeti tərəfindən "XX əsrin ən böyük iqtisadçıları" arasında daxil edilib.

Fəaliyyəti

Onun əsas nailiyyətlərindən biri kimi qiymətin formalaşması, tələb və təklif arasında qarşılıqlı əlaqənin analizinə riyazi metodları tətbiq etməsi olub. Samuelson riyaziyyatın iqtisadi analiz üçün əhəmiyyətini dəfələrlə qeyd edirdi. Özünün 1947-ci ildə yazdığı "İqtisadi təhlilin əsasları" (ing. Foundations of Economic Analysis) işində Samuelson bu peşənin sahiblərini "ən eybəcər şəkildə beyin idmanı" vərdişinə görə tənqid edirdi və onları "heç bir yarışda iştirak etməyən idmançı" ilə müqayisə edirdi.

Samuelson Massaçusets Texnologiya İnstitutunun iqtisadi təmayül statusunun müasir səviyyəyə çatdırılmasında əvəzedilməz rol oynayıb. FES rəhbəri Ben Bernanke, İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Pol Kruqman, ABŞ prezidentinin iqtisadi müşavirlər qrupunun sədri Kristina məhz həmin məktəbin məzunları olublar.

Samuelsonun vizit kartı olan "İqtisadiyyat: təhlilə giriş" (ing. Economics: An Introductory Analysis) dərsliyi ilk nəşrindən — 1948-ci ildən bəri 40 dilə tərcümə olunub və 4 milyon nüsxədən çox sayda satılıb.

Ölümü

Pol Samuelson 13 dekabr 2009-cu ildə qısa çəkən xəstəlikdən sonra 94 yaşında vəfat etmişdir.

Önəmli əsərləri

  • Multiplikar təhlil və onun sürətlənməsi qanunu arasında qarşılıqlı əlaqə — İqtisadiyyat və Statistikaya baxış (1939).
  • İqtisadi təhlilin əsasları (1947).
  • İqtisadiyyat: təhlilə giriş (1948). Dəfələrlə redaktə olunaraq təkrar çap olunmuşdur. Sonuncu dəfə 2004-cü ildə 18-ci dəfə redaktə olunub (ISBN 0-07-074741-5).
  • Tarazlı artıma əsaslanan sabit hasilat şkalası (R.M.Solov ilə birlikdə) (1953).
  • Ekonometrika (1953).
  • İqtisadi oxular (1955).
  • Linear proqramlaşdırması və iqtisadi təhlili (R.Dorfman və R.M.Solov ilə birlikdə) (1958).
  • Neoklassik nəzəriyyədə Pasinetti paradoksu və bir sıra əsas modellər (1966).
  • İqtisadiyyat və Statistikaya baxış (1966).

Həmçinin bax

  • İqtisadiyyat üzrə Nobel mükafatı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, pol samuelson sözünün mənası, pol samuelson haqqında məlumat. pol samuelson nədir? pol samuelson nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Santa-Katarina

  • Fevral 26, 2026

    Matenadaran

  • Fevral 27, 2026

    Monastır

  • Fevral 27, 2026

    Alabama Universiteti

  • Fevral 27, 2026

    Hemiprocnidae

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst