Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Lindon Beyns Conson (ing. Lyndon Baines Johnson; 27 avqust 1908, Stonuoll, Texas, ABŞ — 22 yanvar 1973, Stonuoll, Texas, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 36

Lindon Conson

  • Ana Səhifə
  • Vikipediya
  • Lindon Conson

Lindon Beyns Conson (ing. Lyndon Baines Johnson; 27 avqust 1908, Stonuoll, Texas, ABŞ — 22 yanvar 1973, Stonuoll, Texas, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 36-cı prezidenti (1965–1969) və 37-ci vitse-prezidenti (1961–1963).

Lindon Beyns Conson
ing. Lyndon Baines Johnson
Amerika Birləşmiş Ştatlarının 36-cı prezidenti
22 noyabr 1963 – 20 yanvar 1969
Vitse-prezidentolmayıb (1963-1965)
Hyubert Hamfri (1965-1969)
ƏvvəlkiCon Ficerald Kennedi
SonrakıRiçard Nikson
Amerika Birləşmiş Ştatlarının 37-ci vitse-prezidenti
20 yanvar 1961 – 22 noyabr 1963
PrezidentCon Ficerald Kennedi
ƏvvəlkiRiçard Nikson
SonrakıHyubert Hamfri (1965-dən)
Şəxsi məlumatlar
Doğum tarixi 27 avqust 1908
Doğum yeri Stounvol, Texas, ABŞ
Vəfat tarixi 22 yanvar 1973 (64 yaşında)
Vəfat yeri Stounvol, Texas, ABŞ
Partiya Demokrat partiyası
İxtisası Müəllim
Fəaliyyəti siyasətçi, müəllim, dövlət xadimi
Atası Samuel Conson
Anası Rebekka Beyns
Həyat yoldaşı Klaudiya Alta Conson (1912-2007)
Uşaqları Linda Börd Conson Rob
Lüsi Beyns Conson Tarpin
Dini Protestant/İsa Məsih kilsəsi
Hərbi xidmət
Qoşun növü ABŞ hərbi donanması
Döyüşlər
  • Vyetnam müharibəsi,
  • İkinci Dünya müharibəsi
Elmi fəaliyyəti
Elm sahəsi siyasət, hökumət

Təltifləri American Campaign Medal İkinci dünya müharibəsi Zəfər medalı Silver Star Prezidentin "Azadlıq" medalı — 1980 Asiatic-Pacific Campaign Medal
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Lindon Beyns Conson 27 avqust 1908-ci ildə fermer ailəsində anadan olmuşdur. O, 1930-cu ildə Müəllimlər kollecini bitirmiş, bir müddət dərs demişdir. 1939–1948-ci illərdə ABŞ Demokratlar Partiyasından Nümayəndələr palatasının üzvü, 1949–1961-ci illərdə Texas ştatından senator, 1953–1960-cı illərdə Senatda demokratların lideri olmuşdur.

Prezidentliyi

1960-cı ildə partiyadaxili ilkin seçiklərdə ABŞ prezidentliyinə namizədliyini irəli sürmüş, lakin Con Kennediyə məğlub olmuşdur. Kennedi onun cənublu olmasını nəzərə alaraq, seçkilərdə cənub ştatlarının dəstəyini almaq məqsədilə Consona vitse-prezident postunu təklif edir və bu cütlük seçkilərdə qələbə qazanır. 1961-ci il yanvarın 20-də səlahiyyətlərinin icrasına başlayan Lindon Conson 1963-cü il 22 noyabr tarixində Con Kennedinin öldürülməsindən dərhal sonra and içərək prezident vəzifəsini tutmuşdur.

Onun hakimiyyət dövrü cənub ştatlarında hökm sürən irqi ayrı-seçkiliyin aradan qaldırılması, ümumi tibbi sığortanın (Medicare, Medicaid) tətbiqi, "Yoxsulluğa qarşı mübarizə" proqramının qəbulu və ABŞ-nin Vyetnamdakı hərbi iştirakının artması və müharibənin qızışması ilə xarakterizə olunur.

Conson 22 yanvar 1973-cü ildə keçirdiyi sayca üçüncü infarktdan vəfat etmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Lindon Conson haqqında məlumat. Lindon Conson nədir? Lindon Conson nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Zöhrəvi xəstəliklər

  • Fevral 25, 2026

    Riyaziyyatçı

  • Fevral 24, 2026

    Kitabi-Dədə Qorqud

  • Fevral 21, 2026

    Ruslana

  • Fevral 14, 2026

    Milton Fridmen

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst