Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Diomid adaları (ing. Diomede Islands) (həmçinin Qvozdev adası) — Berinq boğazının mərkəzində, təxmini olaraq Çukot Muxtar Dairəsi və Alyaskadan 35 km aralıda ye

Diomid adaları

  • Ana Səhifə
  • Vikipediya
  • Diomid adaları

Diomid adaları (ing. Diomede Islands) (həmçinin Qvozdev adası) — Berinq boğazının mərkəzində, təxmini olaraq Çukot Muxtar Dairəsi və Alyaskadan 35 km aralıda yerləşir.

Diomid adaları
rus. Острова Диомида, ing. Diomede Islands
Ümumi məlumatlar
Adaların sayı 3
Ən böyük adası Ratmanov adası
Ümumi sahəsi 37 km²
Hündür nöqtəsi 505 m
Əhalisi 137 nəfər (2011-ci il)
Yerləşməsi
65°46′ şm. e. 169°00′ q. u.HGYO
Ölkələr
  •  Rusiya
  •  ABŞ
Region
  • Alyaska
Akvatoriya
  • Şimal Buzlu okean
Diomid adaları xəritədə
Diomid adaları
Diomid adaları
Diomid adaları (Alyaska)
Diomid adaları
Diomid adaları, Alyaska
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Coğrafiyası

Qərbində Ratmanov adası (Eskimosca İmaklik — «su ilə əhatələnmiş») 29 km² əraziyə malikdir və Rusiyaya məxsusdur. Ada Rusiyanın ucqar şərq nöqtəsidir. Ada dənizçi zabit olan Makar Ratnanovun şərəfinə adlandırılmışdır.

Şərqinndə yerləşən (7 km²) Kruzenştern adası (ing. Little Diomede — «Kiçik Diomid», Eskimosca «İnqalık» — «Əks tərəfdə». Amerikaya məxsusdur.

Arxipelaqın 4160 metr ərazisindən Rusiya ABŞ sərhədi keçir. Adalar arasında 4 km uzaqlıq olsa da, müəyyən edilmiş vaxt dilimlərinə görə iki ada arasında 21 saat vaxt fərqi var. Buna görə də bəzən bu iki adanı Sabah adası və Dünən adası adlandırırlar.

Arxipelaqın cənub-şərqində Feruey (ing. Fairway Rock) adacıqları yerləşir. Onlar ABŞ-yə məxsusdur.

1989-ci ildə ABŞ SSRİ arasında sərhəd anlaşması izmalandıqdan sonra arxipelaqın əhalisi bir-biri ilə sərbəst gəliş-gediş əlaqəsi qura biləcəklərini təstiqlənir. Hazırda isə ruslar öz tərəflərindəki əhalini materikə köçürmüş və burada hərbi hissə qurmuşlar. Kruzenştern adasında 2011-ci ilə olan məlumata görə 135 nəfər yaşayır. Burada Diomid qəsəbəsi vardır ki, orada mağaza, məktəb və poçt fəaliyyət göstərir.

Tarixi

Arxipelaqa mənsub olan adalardan biri 1728-ci ildə Vitus Berinq tərəfindən Müqəddəs Diomid günündə aşkarlanmışdır. Adalar ilk dəfə xəritəyə 1732-ci ildə salınıb. Adaların hazırkı adlarını 1815-ci ildə Otto Kosebu vermişdir. 1867-ci ildı Alyaska Amerikaya satıldıqdan sonra buradan iki ölkə arasında sərhəd keçir.

5 noyabr 1933-cü ildə Çelyuskin gəmisi Berinq boğazında buzlar arasında sıxılıb qalmışdır. Sonra isə Diomid adaları ətrafı ilə dreyf etmişdir.

Şəkillər

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, diomid adaları sözünün mənası, diomid adaları haqqında məlumat. diomid adaları nədir? diomid adaları nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Vitis

  • Fevral 27, 2026

    Grumman

  • Fevral 27, 2026

    Aşağı Qaramanlı

  • Fevral 27, 2026

    Faiq Bağırzadə

  • Fevral 27, 2026

    Dürranilər imperiyası

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst