Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ratmanov adası (çuk. Имэлин, iny. Imaqliq) — Diomid adalarının tərkibinə daxil olan, Berinq boğazında yerləşən ada. Rusiya Federasiyasının ən ucqar şərq nöqtəsi

Ratmanov adası

  • Ana Səhifə
  • Vikipediya
  • Ratmanov adası

Ratmanov adası (çuk. Имэлин, iny. Imaqliq) — Diomid adalarının tərkibinə daxil olan, Berinq boğazında yerləşən ada. Rusiya Federasiyasının ən ucqar şərq nöqtəsini təşkil edir.

Ratmanov adası
çuk. Имэлин, iny. Imaqliq
Ümumi məlumatlar
Sahəsi 29 km²
Hündür nöqtəsi 505 m
Əhalisi 0 nəfər (2012-ci il)
Yerləşməsi
65°46′52″ şm. e. 169°03′25″ q. u.HGYO
Ölkə  Rusiya
Region
  • Çukot Muxtar Dairəsi
Akvatoriya
  • Şimal Buzlu okean
Ratmanov adası xəritədə
Ratmanov adası
Ratmanov adası
Ratmanov adası xəritədə
Ratmanov adası
Ratmanov adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İnzibati cəhətdən Çukot Muxtar Dairəsinin Çukot rayonu ərazisinə daxildir. Adada Rusiyaya məxsus sərhəd zastavası vardır.

Rus dənizçisi Makar İvanoviç Ratmanovun şərəfinə adlandırılmışdır.

Mündəricat

Coğrafiyası

Ən hündür nöqtəsi Krışa dağıdır (505 m). Adanın mərkəzində yerləşir.

Şelf zonasının tərinliyi 43 metrdir.

Sahilləri qayalıqdır. Nisbətən şimalı dayazdır. Burada Qütb stansiyası fəaliyyət göstərir. Burada bir necə çay axır. Şimaldan cənuba 8,7 km, şərqdən qərbə isə 4,7 km təşkil edir. Çukot yarımadasından 35,68 km aralıda yerləşir. Ucqar nöqtəsi şimalda Vsadnik burnu, şərqdə Dkalistıy burnu, cənubda isə Yujnıy burnudur.

Ratmanov adasından 3,76 km aralıda Kruzenştern adası yerləşir. Ada Amerikaya məxsusdur.

İnfrasktrukturu yaxşı inkişaf etmişdir.

Tarixi

Adanı ilk kəşf edən avropalı Semyon Dejnyov olmuşdur. 15 aprel 1655-ci il məruzəsində bu təstiqlənmişdir.

1728-ci ildə adada olan Vitus Berinq onu Böyün Diomid adlandırmışdır. Dörd ildən sonra İ. Fyodrov və Mixail Qvozdov adanın xəritəsini tərtib edirlər. Buna qədər yerli eskimoslar adanı İmaklik adlandırırdılar— «dənizlə əhatələnmiş». Burada Kunqa və İmaklik qəsəbələri mövcud olmuşdur. Ümumilikdə burada 400 nəfər yaşayırdı. .

1816-ci ildə rus qütb araşdırmacısı Otto Kosebu Berinq boğazını araşdırarkən səhvən adanı aşkarladığı zənn edir və onu həmkarı zabit Makar Ratmanovun şərəfinə adlandırır.

1916-ci ildə zəif mühafizə ilə əlaqədar adada qanunsuz amerikan faktoriyası fəaliyyət göstərmişdir. 1925-ci ilin sentyabrında adaya Sovet «Voronski» gəmisi yan alır. Bununla da amerikanlılar adanı tərk edirlər. 1941-ci ildə isə adada sərhəd zastavası təşkil edir.

1905-1933 illərdə yerli əhali arasında miqrasiya güclənmişdir. Soyuq Müharibə dönəmində ada əhalisi materikə köçürülür.

2005-ci ildə adanın ən hündür nöqtəsində pravoslav xaçı yerləşdirmişdir.

Bəzi zamanlarda bölgədən tunelin tikintisi planlaşdırılırdı.

Fauna

Adada 11 növ dəniz quşuna rast gəlinir. Onların ümumi sayı 4 milyonu keçir.

Sahil ərazisində böyük Morj yerləşim yerləri vardır. Üstəlik adanın sahili Boz balinanın əsas miqrasiya yolu üzərində yerləşir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ratmanov adası haqqında məlumat. Ratmanov adası nədir? Ratmanov adası nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Araş (müğənni)

  • Fevral 27, 2026

    Siciliya dili

  • Fevral 27, 2026

    Arif Əsədov

  • Fevral 27, 2026

    Xosrov Məlik

  • Fevral 27, 2026

    Flare (astronomiya)

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst