Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ayaz Salayev (1 avqust 1960, Bakı) — Azərbaycan kinorejissoru və kinoşünası, ssenaristi, televiziya aparıcısı və kino redaktoru, pedaqoq, "Azərbaycanfilm" kinos

Ayaz Salayev

  • Ana Səhifə
  • Vikipediya
  • Ayaz Salayev

Ayaz Salayev (1 avqust 1960, Bakı) — Azərbaycan kinorejissoru və kinoşünası, ssenaristi, televiziya aparıcısı və kino redaktoru, pedaqoq, "Azərbaycanfilm" kinostudiyasının baş redaktoru, Azərbaycanın əməkdar incəsənət xadimi (2000).

Ayaz Salayev
Ayaz Ramiz oğlu Salayev
Doğum tarixi 1 avqust 1960(1960-08-01) (65 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti kinorejissor, ssenarist, pedaqoq, televiziya aparıcısı, aktyor
Təhsili
  • Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universiteti
Üzvlüyü
  • Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı
Mükafatları "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 20002000
"Tərəqqi" medalı — 20232023
IMDb ID0757656
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Ayaz Salayev 1960-cı ilin 1 avqustunda Bakıda anadan olub. 1977–1982-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinoşünaslıq fakültəsində təhsil alıb. 1983–1985-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasında və "Azərbaycanfilm"də redaktor vəzifəsində çalışıb. 1986–1988-ci illərdə ÜDKİ-nin aspiranturasında oxumaqla bərabər, həmin təhsil ocağında "müasir film" fənnindən dərs deyib. 1995-ci ildə çəkdiyi "Yarasa" filmi Fransa, Almaniya, İspaniya, Yunanıstan, Belçika, İsveçrə, İsveç, Finlandiya, ABŞ, Kanada, Rusiya, Bosniya və Herseqovina, Misir, Türkiyə, Monqolustan və digər ölkələrdə keçirilən otuza yaxın müsabiqədə iştirak edib. Film Fransanın Anje şəhərində keçirilən beynəlxalq Avropa kinosu festivalında Qran-priyə və digər nüfuzlu mükafatlara layiq görülüb. Sovet dövründə AzTV-də yayımlanan məşhur "Retro" verilişinin aparıcısı olub.

18 dekabr 2000-ci ildə Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.

Müxtəlif ali və orta təhsil ocaqlarında kino tarixindən dərs deyib. "İnternyus-Azərbaycan"da rejissor kimi fəaliyyət göstərdiyi müddətdə bir neçə sənədli film və sosial məzmunlu rolik çəkib.

13 dekabr 2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə "Tərəqqi" medalı ilə təltif edilmişdir.

Filmoqrafiya

  1. Qız qalası əfsanəsi (film, 1923) (bərpanın redaktor-eksperti)
  2. Retro (veriliş, 1979) — aparıcı.
  3. Ordubad (film, 1983)
  4. Evlənmək istəyirəm (film, 1983)
  5. Bir dəfə görmək... (film, 1984)
  6. Təkəlduz (film, 1985)
  7. Ata (film, 1988)
  8. Bir nəfər hamıya görə (film, 1989)
  9. Təxribat (film, 1989)
  10. Yarasa (film, 1995) — kinorejissor.
  11. Anlam (veriliş, 1998) — aparıcı.
  12. Vahimə (film, 1998)
  13. Koma 0,1 saniyədə (film, 2007)
  14. "Ağ-qara" gecələr (film, 2013)
  15. Sübhdən başlanan həyat (film, 2015)
  16. Qarabağın həsrət salnaməsi (film, 2016)
  17. Qarabağın həsrət salnaməsi (film, 2017)
  18. Torpaq (film, 2022)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ayaz salayev sözünün mənası, ayaz salayev haqqında məlumat. ayaz salayev nədir? ayaz salayev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Macromedia

  • Fevral 27, 2026

    Nəsimi dastanı

  • Fevral 27, 2026

    Getto

  • Mart 01, 2026

    Ağ nərə

  • Fevral 28, 2026

    Sahil bağı

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst