Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sevgili canan — 1943-cü ildə Üzeyir Hacıbəyov tərəfindən Nizami Gəncəvinin Sənsiz qəzəlinin sözlərinə bəstələnmiş qəzəl-romans.

Sevgili canan

  • Ana Səhifə
  • Vikipediya
  • Sevgili canan

Sevgili canan — 1943-cü ildə Üzeyir Hacıbəyov tərəfindən Nizami Gəncəvinin Sənsiz qəzəlinin sözlərinə bəstələnmiş qəzəl-romans.

"Sevgili canan"
Mahnı
Yayımlanıb 1943
Janr qəzəl-romans, romans, miniatür vokal
Dil Azərbaycan dili
Bəstəkar Üzeyir Hacıbəyov
Sözlərin müəllifi Nizami Gəncəvi

Mündəricat

Yazılma tarixi

Bəstəkar bu əsəri yazmağı İkinci Dünya müharibəsindən əvvəl düşünmüşdü. Əsər Nizami Gəncəvinin 800 illik yubileyinin keçirilməsinə hazırlıqla bağlı yazılıb. 40-cı illərin əvvəllərində bəstəkar Nizami Gəncəvinin Yeddi Gözəl əsərindəki gözəllərin obrazlarına uyğun olaraq yeddi şeirinə musiqi bəstələməyi düşünürdü. Bəstəkar bəstələyəcəyi vokal miniatürlərdə obrazların musiqi portretini, psixoloji vəziyyətlərini, xarakterlərini, hisslərini, daxili aləmlərini və ruhani gözəlliklərini təsvir etməyi planlayırdı. Lakin bəstəkar yalnız iki romans bəstələyir "Sənsiz" və "Sevgili canan". Farsca yazılmış “Sevgili canan” qəzəlini dilimizə Mirvarid Dilbazi çevirib uyğunlaşdırmışdır. Bu qəzəl romansı öz dövründə Bülbül və Müslüm Maqomayev kimi ifaçılar ifa ediblər.

Sözləri

" Hüsnün gözəl ayətləri,

Ey sevgili canan!

Olmuş bütün aləmdə

Sənin şəninə şayan.

Gəl eylə nəvaziş,

Mənə ver busə ləbindən

Çünki gözəlin busəsidir

Aşiqə ehsan.

Sordum ki könül

Hardadı, aldım bu cavabı

Gəl sorma, tapılmaz,

Onu axtarsa da insan...

Rəhm eylə deyib, sel kimi

Göz yaşımı tökdüm

Gəl qanım ilə oynama

Ey afəti - dövran.

İnsafın əgər var isə,

Söylə bu Nizami

Sənlə necə rəftar eləsin,

Ey mahi-taban?!

"

Həmçinin bax

  • Sənsiz
  • Ölkəm

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, sevgili canan sözünün mənası, sevgili canan haqqında məlumat. sevgili canan nədir? sevgili canan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qaradağlı (Xocavənd)

  • Mart 02, 2026

    Mədəni soyqırım

  • Fevral 27, 2026

    Emitent

  • Fevral 27, 2026

    Omsk

  • Fevral 27, 2026

    Zəngənə eli

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst