Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Strukturlu proqramlaşdırma (ing. structured programming,rus. структурное программирование, türk. yapısal programlama) — proqramların "ayır və buyur" ideyasına u

Strukturlu proqramlaşdırma

  • Ana Səhifə
  • Vikipediya
  • Strukturlu proqramlaşdırma

Strukturlu proqramlaşdırma (ing. structured programming,rus. структурное программирование, türk. yapısal programlama) — proqramların "ayır və buyur" ideyasına uyğun gələn layihələndirilməsi metodologiyası. E. Deykstra (Edsger Dijkstra) tərəfindən işlənib hazırlanıb. Proqram məsələlər toplusu kimi layihələndirilir. Sadə təsvir üçün çox çətin olan məsələlər bir neçə daha kiçik altməsələlərə bölünür və proses bütün məsələlər yetərincə anlaşıqlı olanadək davam etdirilir.

Belə layihələndirmə nəticəsində proqram iyerarxik təşkil olunmuş və hər birinin yalnız bir giriş və bir çıxış nöqtəsi olan yığcam modullardan ibarət olacaq. Bundan başqa, strukturlu proqramlaşdırma GOTO deyimlərindən istifadəyə məhdudiyyət qoyur, çünki hesab edilir ki, proqramda xətaların sayı keçidlərin sayının kvadratına mütənasib artır. İri layihələrdə strukturlaşmış proqramları işləyib hazırlamaq və müşayiət etmək asandır. Ancaq bu metodun bir sıra çatışmazlıqları var, məsələn, verilənlərin strukturları, onları idarə edən funksiyalardan ayrıldığından, verilənlər və onlar üzərində əməllər vahid tam kimi qavranılmır.

Ədəbiyyat

  • İsmayıl Calallı, (Sadıqov). “İnformatika terminlərinin izahlı lüğəti”. Bakı: “Bakı” nəşriyyatı. 2017. 820.
  • Пышкин Е. В. Структурное проектирование: основание и развитие методов. С примерами на языке C++: Учеб. пособие (PDF). СПб.: Политехнический университет. 2005. 324. — ISBN 5-7422-1000-0

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Strukturlu proqramlaşdırma haqqında məlumat. Strukturlu proqramlaşdırma nədir? Strukturlu proqramlaşdırma nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    İridium

  • Fevral 24, 2026

    Qərbi Flandriya

  • Fevral 23, 2026

    Peçeneqlər

  • Fevral 11, 2026

    Saat

  • Fevral 25, 2026

    Kvestor

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst