Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tofiq Mirhaşım oğlu Cavadov (Mircavadov) (7 fevral 1925, Bakı – 20 avqust 1963, Moskva) — Azərbaycanlı rəssam.

Tofiq Cavadov

  • Ana Səhifə
  • Vikipediya
  • Tofiq Cavadov

Tofiq Mirhaşım oğlu Cavadov (Mircavadov) (7 fevral 1925, Bakı – 20 avqust 1963, Moskva) — Azərbaycanlı rəssam.

Tofiq Cavadov
Doğum tarixi 7 fevral 1925(1925-02-07)
Doğum yeri
  • Bakı, Bakı qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 20 avqust 1963(1963-08-20) (38 yaşında)
Vəfat yeri
  • Moskva, RSFSR, SSRİ
Vəfat səbəbi dəmiryolu hadisəsi[d]
Fəaliyyəti rəssam
Təhsili
  • Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi (1948–1952)
Janrlar peyzaj, natürmort, portret

Mündəricat

Həyatı

Tofiq Cavadov 7 fevral 1925-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1945–1948-ci illərdə Sovet Ordusunda həqiqi hərbi xidmətdə olub. 1948–1952-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin rəngkarlıq fakültəsində təhsil almışdır. Əyyub Məmmədov, Əbdül Xalıq, Əyyub Hüseynov və Baba Əliyev kimi Azərbaycan rəssamlarından dərs alıb.

T. Cavadov 20 avqust 1963-cü ildə Moskva–Serpuxov elektrik qatarının Çepelyova stansiyasında hadisə zamanı vəfat etmişdir. Cavad Mircavadovun qardaşıdır.

Yaradıcılığı

1950-ci illərin ikinci yarısından etibarən Tofiq Cavadov yeni mərhələyə — neorealizm dövrünə başlayır. Neorealizm mərhələsi neft və ağır sənayeyə həsr olunmuş tabloların və fəhlə obrazlarının timsalında özünü büruzə verir. "Neftçilər", "Sənaye mənzərəsi", "Operator qız", "Neftçi", "Poladəridən sexdə", "Poladəridənin portreti" kimi əsərləri bu dövrün məhsuludur.

1955–1956-ci illərdən Tofiq Cavadovun yaradıcılığında "Buzovna" dövrü başlayır. Bu dövrdə rəssam özünün "Buzovnada küçə", "Kənd mənzərəsi", "Buzovna aşırımı" və bu silsilədən olan digər Abşeron mənzərələrini yaradır. 1959–1961-ci illərdə "Avtoportret" əsərini yaradır. 1963-cü ildə Rasim Babayev və Fazil Nəcəfovla birlikdə "Göyərçin" uşaq jurnalının bədii tərtibatını edir. Sonuncu böyük əsəri olan "Külək" tablosunu 1963-cü ildə yaradır.

Filmoqrafiya

  • Üfüqü ötənlər (film, 2011)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, tofiq cavadov sözünün mənası, tofiq cavadov haqqında məlumat. tofiq cavadov nədir? tofiq cavadov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Aydın Mirzəzadə

  • Fevral 27, 2026

    Empirizm

  • Fevral 25, 2026

    Hanibal Qəzzafi

  • Fevral 27, 2026

    Melanotaeniidae

  • Fevral 27, 2026

    E.ə. 63

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst