Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mithun Çakraborti 16 iyun 1950-ci ildə Hindistanın Kəlküttə şəhərində anadan olub. 60-cı illərin sonunda o, sol radikal kəndli hərəkatı olan naksalitlər hərəkat

Mithun Çakraborti

  • Ana Səhifə
  • Vikipediya
  • Mithun Çakraborti

Mithun Çakraborti (16 iyun 1950, Kəlkətə) — tanınmış hind aktyoru.

Mithun Çakraborti
benq. মিঠুন চক্রবর্তী
ing. Mithun Chakraborty
Doğum tarixi 16 iyun 1950(1950-06-16) (75 yaş)
Doğum yeri
  • Kəlkətə, Qərbi Benqaliya, Hindistan
Həyat yoldaşı Yogita Bali
Fəaliyyəti kino aktyoru, siyasətçi
Fəaliyyət illəri 1976-cı ildən
Təhsili
  • Kəlkətə Universiteti
Mükafatları Padma Bhuşan — 2024
IMDb ID0149822
mithun.forum24.ru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Mithun Çakraborti 16 iyun 1950-ci ildə Hindistanın Kəlküttə şəhərində anadan olub. 60-cı illərin sonunda o, sol radikal kəndli hərəkatı olan naksalitlər hərəkatına qoşulur. Naksalitlər hakim dairələrdə olan korrupsiya və sosial ədalətsizliklərə qarşı etiraz edirdilər. Naksalitlərin qiyamı hakimiyyət tərəfindən amansızcasına yatırılır. Mithunun bir çox dostları edam edilir və həbsxanaya göndərilir. Atası oğlunu məhkəmə təqibindən qurtarmaq üçün Bobmeyə, dayısının yanına göndərir.

Bombeydə ətriyyat malları satan Mithun bir dəfə aktyorluq fakültəsinə qəbulla bağlı elana rast gəlir. Çoxdan arzusunda olduğu bu niyyətini gerçəkləşdirmək üçün o, sənədlərini ali məktəbə gətirir. Onu aşağı sosial təbəqən olduğu üçün əvvəl qəbul etmək istəmirlər. Amma boy-buxununa baxıb razı olurlar. Mithun Çakraborti Kino İnstitutunu qızıl medalla başa vurur.

İlk dəfə olaraq 1976-cı ildə "Kral ovu" filmi ilə böyük ekrana gələn Mithun burada sadə bir ovçunun faciəvi həyat dramını yaradır. Film böyük uğur qazanır. Milli kinofestivalda Çakraborti ölkənin ən yaxşı kino aktyoru adına layiq görülür.

Hindistanda "alternativ kino" sahəsində bir neçə filmə çəkilən Mithun gözlənilməz çevriliş edərək kommersiya filmlərinə gəlir. 1982-ci ildə onun baş rolu oynadığı "Disko rəqqası" filmi ağlagəlməz uğur qazanır. Onun çəkildiyi "Disko rəqqası" filmi keçmiş SSRİ-də fantastik şöhrət qazanmışdı, xüsusilə də Azərbaycanda. Film sovet prokatına 60 milyon manat gəlir gətirmişdi. Mithun o zamanın gənclərinin əsl məhəbbət kumiri idi. Onun yaratdığı "Cimi" obrazı həddindən çox sevilir. Mithun ölkənin beş ən tələb olunan aktyoruna çevrilir.

80-ci illərin sonuna qədər Mithun Çakraborti 300-dən artıq filmə çəkilmişdi. 90-cı illərdə Mithun Çakrabortinin populyarlığı zəifləyir. Bu illərdə o daha çox mənfi rolları oynamağa başlayır. 2005-ci ildə çəkilmiş "Elan" filmində oynadığı beynəlxalq terrorçu rolunu oynayan Mithun bir dəfə belə rollara görə tamaşaçılrdan üzr də istəyib.

Mithun Çakraborti hind aktrisası Yogita Bali ilə evlidir. Onların 3 oğlu, 1 qızları var. Bir oğlu, Mimoh ailənin kino karyerasını davam etdirir.

Son illər Mithun Çakraborti daha çox biznes sahəsinə diqqət yetirir. Uta şəhərində onun mehmanxana şəbəkəsi var.

Filmoqrafiya

  • Disko rəqqas (film, 1982)
  • Üç muşketyor kimi (film, 1984)
  • Şivanın üçüncü gözü (film, 1991)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, mithun çakraborti sözünün mənası, mithun çakraborti haqqında məlumat. mithun çakraborti nədir? mithun çakraborti nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İçiz

  • Fevral 27, 2026

    Zebr

  • Fevral 27, 2026

    Mişel Leqran

  • Fevral 27, 2026

    Deyr əz-Zövr

  • Mart 01, 2026

    Orlean adası

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst