Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İçiz şanyü (e. ə. II əsr – e.ə. 114) — eramızdan əvvəl 126 və 114-cü illərdə hökmdarlıq etmiş hun hökmdarı. Onun hakimiyyət dövrü ən çətin dövrlərdən sayılır.

İçiz

  • Ana Səhifə
  • Vikipediya
  • İçiz

İçiz şanyü (e. ə. II əsr – e.ə. 114) — eramızdan əvvəl 126 və 114-cü illərdə hökmdarlıq etmiş hun hökmdarı. Onun hakimiyyət dövrü ən çətin dövrlərdən sayılır.

İçiz
伊稚邪
Hunların beşinci şanyüsü
ƏvvəlkiGünçen
SonrakıUvey
Şəxsi məlumatlar
Doğum tarixi e. ə. II əsr
Vəfat tarixi e.ə. 114(-114)
Atası Laoşan
Uşaqları Uvey
Suylihu
Adsız bir şahzadə, Çudihunun atası

Ailəsi

O Laoşanın ikinci oğlu və Günçenin qardaşı idi. Şərq Luli Şahzadəsi titulu olan İçiz qardaşı oğlu Sol Yükü Müdrik Şahzadə olan Yuybini məğlub edərək hakimiyyəti ələ keçirdi. Yuybi Çinə qaçdı və bir neçə ay sonra öldü. İçiz hakimiyyətə gələn kimi müharibə vəziyyəti ilə üzləşdi. Hun dövlətindəki qarışıqlıqdan istifadə edən İmperator Vudi müharibə elan etdi. Hunlar cavab olaraq Çinin sərhəd bölgələrindən 2000 nəfər əhali qul olaraq götürdü. Hökmdarlığının ikinci ilində üç qrupla hücuma keçən və 30.000 əsgəri hər üç qrupa ayıran İçiz Şofan şəhərini qarət etdi. Cavab olaraq 100.000 əsgərdən ibarət Çin ordusu 15.000 hunu əsir alaraq apardı. Sonrakı il Çin ordusu bütün süvari birliklərini itirdi. Sərkərdə Siu Fan qaçsa da digər sərkərdə Çao Hsin təslim oldu və İçizin bacısı ilə evləndi. Onsuz da əslən hun olan Hsin yenidən tayfasına qayıtmış oldu. Sonrakı illər Hun ordusu daha böyük məğlubiyyətlərlə üzləşdi. Əsəbləşən İçiz məğlub olan iki sərkərdəni, şahzadə Hunye və Syuçunu yanına çağırdı. Cəzalanmaqdan qorxan Hunye Çinə qaçmağı təklif etsə də Syuçu imtina etdi. Buna görə də Hunye Syuçunu öldürdü və qaçdı. 114-cü ildə yeni bir müharibəyə hazırlaşan İçiz öldü. Yerinə oğlu Uvey keçdi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İçiz haqqında məlumat. İçiz nədir? İçiz nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Elxan Usubov

  • Fevral 27, 2026

    Uniya

  • Fevral 25, 2026

    Qazax qəzası

  • Fevral 27, 2026

    Svante Arrenius

  • Fevral 25, 2026

    Tripoli

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst