Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Məmmədağa Məmmədhəsən oğlu Muradov (19 fevral 1921, Bakı – 14 noyabr 1969) — Azərbaycan tarzəni, Azərbaycan SSR əməkdar artisti (1959).

Məmmədağa Muradov

  • Ana Səhifə
  • Vikipediya
  • Məmmədağa Muradov

Məmmədağa Məmmədhəsən oğlu Muradov (19 fevral 1921, Bakı – 14 noyabr 1969) — Azərbaycan tarzəni, Azərbaycan SSR əməkdar artisti (1959).

Məmmədağa Muradov
Ümumi məlumatlar
Doğum tarixi 19 fevral 1921(1921-02-19)
Doğum yeri
  • Bakı, Bakı qəzası, Azərbaycan SSR
Vəfat tarixi 14 noyabr 1969(1969-11-14) (48 yaşında)
Həyat yoldaşı Anaxanım Muradova
Uşaqları Cahid Muradov
Zahid Muradov
Musiqiçi məlumatları
Fəaliyyəti musiqiçi
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1959

Həyatı

M. Muradov 1921-ci ildə Bakı şəhərində anadan olmuşdur. Qədim klassik janr olan muğamın görkəmli ustadları Mansur Mansurov, Qurban Pirimov, Bəhram Mansurov bu şəhərdə yaşayıb yaradır, gənc tarzənin yaradıcılığının inkişafına, onun mahir tarzən kimi yetişməsinə müsbət təsir göstərirdilər.

M. Muradov gənc yaşlarından ifaçılığa başlamış və o, 1937-ci ildə M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının xalq çalğı alətləri orkestrinə qəbul olunmuşdur. O, tez bir zamanda orkestrin solisti olmuş, daha sonra isə konsertmeyster vəzifəsində çalışmışdır.

M. Muradov eyni zamanda Bakının bir sıra musiqi məktəblərində, o cümlədən A. Zeynallı adına musiqi məktəbində uzun müddət müəllim işləmiş, istedadlı gənc tar ifaçılarının yetişməsində böyük rolu olmuşdur.

Məmmədağa Muradov özünün incə ifaçılıq texnikası, muğamları özünəməxsus işləməsi, solist müğənnilərin virtuoz müşayiəti ilə dinləyicilərin qəlblərinə yol tapır, xalq musiqisi sevərlərin hörmətini qazanırdı.

Klassik muğamlarımızın sirlərinə dərindən bələd olan tarzən həm solo çalmaqda, həm də xanəndələri müşayiət etməkdə xüsusi istedada malik idi. O, müğənnilik məktəbinin korifeyləri Seyid Şuşinski, Xan Şuşinski, Zülfü Adıgözəlov, habelə Şövkət Ələkbərova, Rübabə Muradova, Əbülfət Əliyev, Sara Qədimova ilə birgə çıxışlar edir, onları müşayiət edirdi.

Məmmədağa Muradovun ifaçılıq bacarıği xarici ölkə dinləyiciləri tərəfindən də yüksək qiymətləndirilmişdir. Onun sənəti Misirdə, Tunisdə, Almaniyada, Bolqarıstanda, İranda, Çində, Mərakeşdə, Sudanda və digər ölkələrdə özünə pərəstişkarlar qazanmış, alqışlara layiq olmuşdur. Həbəşistanda iki dəfə müvəffəqiyyətli qastrol çıxışlarının yüksək qiyməti olarag o, bu ölkənin imperatoru Hayle Selasiye tərəfidən qızıl imperator ordeni ilə iki dəfə təltif olunmuş və bu mükafatlar ona ölkənin başçısı tərəfindən şəxsən təqdim olunmuşdur.

M. Muradovun milli musiqimizin inkişafı və təbliği sahəsindəki xidmətləri yüksək qiymətləndirilmiş, ona Azərbaycanın əməkdar artisti fəxri adı, bır sıra hökumət mükafatları verilmişdir.

Məmmədağa Muradov yaradıcılığının çiçəkləndiyi bir dövrdə, ömrünün qirx səkkiz yaşında vaxtsız vəfat etmişdir.

Azərbaycanın əməkdar artisti Məmmədağa Muradovun 19 fevral 2011-ci ildə 90 illik yubileyi qeyd edilmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, məmmədağa muradov sözünün mənası, məmmədağa muradov haqqında məlumat. məmmədağa muradov nədir? məmmədağa muradov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kaxeti

  • Mart 01, 2026

    Nebitdağ

  • Fevral 25, 2026

    Təhsil

  • Fevral 27, 2026

    Elzas-Lotaringiya

  • Fevral 27, 2026

    Yaqut əl-Həməvi

Trend Mahnılar
  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst