Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sara Bəbiş qızı Qədimova (31 may 1922, Bakı – 12 may 2005, Bakı) — Azərbaycan xanəndəsi, Azərbaycan SSR xalq artisti (1963). 1978-ci ildən Azərbaycan Dövlət Qas

Sara Qədimova

  • Ana Səhifə
  • Vikipediya
  • Sara Qədimova

Sara Bəbiş qızı Qədimova (31 may 1922, Bakı – 12 may 2005, Bakı) — Azərbaycan xanəndəsi, Azərbaycan SSR xalq artisti (1963). 1978-ci ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin solisti olmuşdur.

Sara Qədimova
Ümumi məlumatlar
Doğum tarixi 31 may 1922(1922-05-31)
Doğum yeri
  • Bakı, Bakı qəzası, Azərbaycan SSR, ZSSRFİ
Vəfat tarixi 12 may 2005(2005-05-12) (82 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Dəfn yeri I Fəxri Xiyaban
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Uşağı
  • Akif İslamzadə
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, xanəndə
Fəaliyyət illəri 1941–2005
Janrlar muğam, xalq musiqisi
Səs tembri lirik-koloratur soprano
Mükafatları
  • "Azərbaycan SSR xalq artisti" fəxri adı — 19631963 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1954
  • "Şöhrət" ordeni — 19971997 "Şərəf nişanı" ordeni — 19591959
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyat və yaradıcılığı

Sara Qədimova – Haralısan

Sara Qədimova 1922-ci il mayın 31-də Bakıda anadan olub. Əslən Ağdamın Abdal-Gülablı kəndindəndir. Əmək fəaliyyətinə 1941-ci ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi başlayan Sara Qədimova istedadı sayəsində qısa müddət ərzində müğənni kimi tanınıb, dinləyicilərin böyük məhəbbətini qazanıb. İkinci Dünya müharibəsi illərində dahi Üzeyir Hacıbəyovun və Səməd Vurğunun yaratdığı və müğənninin cəbhədə azərbaycanlı əsgərlər qarşısında oxuduğu "Şəfqət bacısı" mahnısı qəhrəman Azərbaycan qadınının təcəssümünə çevrilib.

Sara Qədimovanın sənətkar kimi yetişməsində Hüseynqulu Sarabski, Xan Şuşinski, Seyid Şuşinski kimi qüdrətli ustadların böyük təsiri olub. O, öz sələflərinin layiqli davamçısı olaraq ömrünün sonuna kimi klassik ifaçılıq ənənələrinə sadiq qalıb.

Azərbaycan Dövlət Opera və Balet Teatrında aparıcı partiyalarda çıxış edən Sara Qədimovanın adı opera səhnəsində yaratdığı Leyli və Əsli obrazları ilə yadda qalıb. Onun oxuduğu "Bayatı-Şiraz", "Şur", "Şahnaz", "Qatar", "Mahur-hindi", "Xaric segah" muğamları, müxtəlif Azərbaycan xalq mahnıları ifaçılıq sənəti tariximizə qızıl hərflərlə yazılıb. Müğənninin ifasında "Qarabağ şikəstəsi" isə Azərbaycan musiqisi tarixində özünəməxsus yer tutur. Xalq musiqisinin incəliklərinə dərindən yiyələnmiş Sara Qədimova ifa üslubu ilə milli musiqi xəzinəmizi zənginləşdirən böyük sənətkarlardan olub, dərin tarixi köklərə və ənənələrə malik Azərbaycan xanəndəlik məktəbində layiqli yer tutaraq onun inkişafına öz töhfəsini verib. Dinləyicinin daxili aləminə nüfuz etmək, onda güclü emosional təsir yaratmaq bacarığı Sara Qədimova yaradıcılığının xarakterik xüsusiyyəti idi. Müğənninin altmış ildən artıq bir dövrü əhatə edən yaradıcılığının başlıca qayəsi Azərbaycan mədəniyyətinə xidmət göstərmək olub.

Azərbaycan mədəniyyətini dəfələrlə xarici ölkələrdə böyük uğurla təmsil etmiş Sara Qədimova Azərbaycan xalq musiqisini müxtəlif xalqların nümayəndələrinə sevdirə bilib və çıxış etdiyi ən mötəbər səhnələrdə dərin rəğbətlə qarşılanıb.

Səsi lirik-koloratur sopranodur. ADF-nin solisti (1941-ci ildən) olmaqla yanaşı, 1957–1962-ci illərdə ADOBT-nin da aparıcı səhnə ustası olub. Oxuduğu bəzi təsniflərin musiqisi özünə məxsusdur.

Ailəsi

Sara Qədimova müğənni Akif İslamzadənin anası, xanəndə Hacıbaba Hüseynovun baldızıdır.

Mükafatları

  • "Azərbaycan SSR xalq artisti" fəxri adı — 18 may 1963
  • "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 25 sentyabr 1954
  • "Şöhrət" ordeni — 31 may 1997
  • "Şərəf nişanı" ordeni — 9 iyun 1959
  • Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002

Əsas rolları

  • "Leyli və Məcnun (opera)" operasında Leyli
  • "Əsli və Kərəm" operasında Əsli
  • "Aşıq Qərib" operasında Şahsənəm

Filmoqrafiya

  • Qayğı (film, 1943)
  • Sara Qədimova (film, 2003)

Video

  • Sara Qədimova — xalq mahnısı "Girdim yarın bağçasına"
  • Sara Qədimova — xalq mahnısı "Haralısan?"
  • Sara Qədimova — xalq mahnısı "Ay dilbər"
  • Sara Qədimova, Xan Şuşinski, Şövkət Ələkbərova — Qarabağ şikəstəsi
  • Sara Qədimova — xalq mahnısı "Ay qız, ay qız, amandır"
  • Sara Qədimova — Ay işığında — musiqi: Qəmbər Hüseynli, sözlər: Zeynal Xəlil

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sara Qədimova haqqında məlumat. Sara Qədimova nədir? Sara Qədimova nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Abort

  • Fevral 27, 2026

    Livan himni

  • Fevral 27, 2026

    Aygün Kazımova

  • Fevral 27, 2026

    Yukka

  • Fevral 23, 2026

    Səməd Behrəngi

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst