Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Təhsil — şəxsiyyətin tərbiyə və öyrədilməsi sistemi, həmçinin əldə edilən biliklər, bacarıqlar, vərdişlər, dəyər yönümləri, fəaliyyət təcrübəsi və kompetensiyal

Təhsil

  • Ana Səhifə
  • Vikipediya
  • Təhsil

Təhsil — şəxsiyyətin tərbiyə və öyrədilməsi sistemi, həmçinin əldə edilən biliklər, bacarıqlar, vərdişlər, dəyər yönümləri, fəaliyyət təcrübəsi və kompetensiyaların məcmusu.

Təhsil
Şəkil
Öyrənən pedaqogika, Təhsil sosiologiyası
Piktoqram
Keyfiyyətə sahibdir tədris mərhələsi[d]
Məşğul olur maarifçi[d], müəllim, mühazirəçi
Sosial media izləyicisi 21.400 ± 99
WordLift URL data.thenextweb.com/tnw/…
Mastodon instance URL mastodon.education
Classification of Instructional Programs code 13, 13.01, 13.0101
Qismən üst-üstə düşür tədris[d]
Bunlardan ibarətdir
  • təhsil fəaliyyəti[d],
  • öyrənmə,
  • tədris[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Geniş mənada təhsil insanın zəka, xarakter və fiziki qabiliyyətlərinin formalaşdırılması prosesi və ya nəticəsidir. İnsan təcrübəsi fərdin ölümü ilə itmədiyi, cəmiyyət daxilində toplanaraq qorunduğu və inkişaf etmiş zəka ilə ünsiyyət qabiliyyəti sayəsində ötürüldüyü üçün bu yolla mədəniyyət adlı hadisə meydana gəlmişdir. Mədəniyyət fərdi yox, bütövlükdə cəmiyyətin təcrübəsini ifadə edir. Təhsil məhz bu biliklərin, yəni mədəniyyətdə toplanmış təcrübənin yeni nəsillərə ötürülməsi prosesidir. Təhsil cəmiyyət tərəfindən məqsədyönlü şəkildə məktəbəqədər müəssisələr, məktəblər, kolleclər, universitetlər və digər təhsil ocaqları vasitəsilə həyata keçirilir. Bununla yanaşı, xüsusilə internetin geniş əlçatanlığı şəraitində, özünütəhsil imkanları da istisna olunmur.

Məişət anlamında təhsil əsasən müəllimin şagirdləri öyrətməsi və tərbiyə etməsi ilə eyniləşdirilir. Bu zaman oxuma, yazma, riyaziyyat, tarix və digər elmlərin öyrədilməsi nəzərdə tutulur. Dar ixtisaslaşmış müəllimlər, məsələn astrofizika, hüquq, coğrafiya və ya zoologiya sahələrində yalnız həmin fənləri tədris edirlər. Təhsil prosesi şagirdlərin yaşca böyüməsi ilə paralel olaraq getdikcə ixtisaslaşır. Bundan başqa, peşə bacarıqlarının, məsələn, avtomobil idarəetməsinin öyrədilməsi də təhsilə daxildir. Formal təhsillə yanaşı, internetdən istifadə, mütaliə, muzeylərə gediş və şəxsi təcrübə yolu ilə həyata keçirilən özünütəhsil də mümkündür. Təhsilin ümumi və xüsusi səviyyəsi istehsalatın tələbləri, elm, texnika və mədəniyyətin vəziyyəti, həmçinin ictimai münasibətlərlə şərtlənir.

Müasir dövrdə təhsil hüququ həm milli qanunvericilikdə, həm də beynəlxalq hüquqi aktlarda təsbit olunmuşdur. Bu sıraya Avropa İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi Konvensiyası, habelə BMT tərəfindən 1966-cı ildə qəbul edilmiş İqtisadi, sosial və mədəni hüquqlar haqqında beynəlxalq pakt daxildir.

Məcburi təhsilin insanın şəxsiyyətini zəiflətmə vasitəsi kimi istifadəsi ehtimalı demokratik cəmiyyətlərdə dövlət məktəblərindən kənar, hətta ailə təhsilinə yönəlmiş hərəkatların yaranmasına gətirib çıxarmışdır. Bununla yanaşı, orta məktəb proqramlarına şagirdlərin (valideyn və müəllimlərin iştirakı ilə) daha çox seçmə kurslarının daxil edilməsi, özünütəhsilə, insanın ömür boyu fasiləsiz təhsil almasına, məktəbdənkənar, distant və əlavə təhsil formalarına dəstək də geniş yayılmışdır.

Mündəricat

Etimologiyası

Azərbaycan dilində "təhsil" sözü ərəbmənşəlidir (ərəb. تحصيل‎). Bu söz ərəb dilindəki "ḥṣl" kökündən alınmışdır. Bu, hərfi mənada "məhsul və ya gəlir əldə etmə", məcazi mənada isə "təhsil alma” mənalarını ifadə edir. Bu söz ərəb dilində “meydana gəldi, əldə edildi” mənasını verən "həsələ" (حَصَلَ) feilinin təfil vəznində ikinci məstəridir.

Bəzi ölkələrdə təhsil illərinin başlama tarixi

№ Ölkə Təhsil ilinin başlama tarixi Təhsil ilinin bitmə tarixi
1.Azərbaycan Azərbaycan15 sentyabr15 iyun
2.Yaponiya Yaponiya1 aprel1 mart
3.Hindistan Hindistan1 iyun1 mart
4.Danimarka Danimarka Finlandiya Finlandiya1 avqust1 iyun
5.Türkiyə Türkiyə19 sentyabr17 iyun

Təhsil geniş anlayışdır. Təhsil tərbiyə işinə xidmət etməklə, müxtəlif istiqamətlərdə bilikalma və ixtisasa yiyələnmə prosesini həyata keçirir. Təhsil bilik, bacarıq və vərdişlərə yiyələnməyin məzmununu, həcmini, səviyyəsini, müddətini və tipini müəyyən edir.

Həmçinin bax

  • Təhsil turizmi

Əlavə ədəbiyyat

  • Александрова О. А. Образование: доступность или качество — последствия выбора (PDF) // Знание. Понимание. Умение. № 2. 2005. 83—93.
  • Гавров С. Н., Никандров Н. Д. Образование в процессе социализации личности (PDF) // Вестник УРАО. № 5. 2008. 21—29. 2013-06-16 tarixində (PDF).
  • Семецкая И., Гавров С. Н. Философия образования: ценности, эдусемиотика и межкультурный диалог (PDF) // SocioTime / Социальное время. № 2 (26). 2021. 16—35.
  • Гуревич П. С. Личностный аспект образования // Знание. Понимание. Умение. № 2 — Педагогика. Психология. 2009.
  • Гуревич П. С. Психология элитарного образования (PDF) // Знание. Понимание. Умение. № 4. 2005. 128—138.
  • Гневашева В. А., Луков Вал. А. Тема высшего образования в новейшей российской научной литературе
  • Ильинский И. М. Об элитарном образовании (PDF) // Знание. Понимание. Умение. № 3. 2005. 6—13.
  • Ильинский И. М. Повышение качества образования в негосударственных вузах: опыт Московского гуманитарного университета // Знание. Понимание. Умение (электронный журнал). № 11 — Высшее образование для XXI века. 2008.
  • Кириллин В. М. Русская образованность в X—XVIII веках (PDF) // Древняя Русь. Вопросы медиевистики. № 4. 2009. 5—23.
  • Ворон Виталий. Образование известных и успешных людей // Образование: путь к успеху. № 7. 2009. 5—23.
  • Кузнецова Т. Ф. Философия, философская культура и гуманитаризация высшего образования (PDF) // Знание. Понимание. Умение. № 1. 2005. 22—28.
  • В. В. Кумарин. Педагогика стандартности или почему детям плохо в школе М., 1996.
  • Кумарин В. В. Педагогика природосообразности и реформа школы. М.: Народное образование, 2004, ISBN 5-87953-191-0. 264 с.
  • Медведева И. Я., Шишова Т. Л.
  • Мижуев П. Г.,. Элементарное образование  // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
  • Новиков А. М. Постиндустриальное образование — М.: Эгвес, 2008. — 132 с.
  • Новиков А. М. Российское образование в новой эпохе — М.: Эгвес, 2000. — 288 с.
  • Плаксий С. И. Качественные параметры высшего образования (PDF) // Знание. Понимание. Умение. № 1. 2004. 19—24.
  • Пономарев Р. Е. Сущность образования в культурном измерении // Вестник Московского университета. Серия 20: Педагогическое образование. — 2014. — № 2. — С. 56-66.
  • Сатклифф Бенжамин. Женская грамотность в Древней Руси: гипотезы и факты (PDF) // Древняя Русь. Вопросы медиевистики. № 4. 2006. 42—49.
  • Сапрыкин Д. Л. Значение и смысл понятия «образование» (PDF) // Вестник МГУ. Серия 7. Философия. № 1. 2008.
  • Семецки И., Гавров С.Н. Философия образования: ценности, эдусемиотика и межкультурный диалог (PDF) // SocioTime/Социальное время. № 2. 2021. 16—35.
  • Хайдуков Д. С. Университетские города — обучение будущему // Мировой опыт и отечественные традиции управления человеческими ресурсами: Сб. материалов III Международной научно-практической конференции. МГУ / Под общ. ред. д.ф.н., проф. В. П. Пугачева. — М.: МАКС Пресс, 2012.
  • Рыжов А.Н. ПРОБЛЕМЫ ГЕНЕЗИСА ВЕДУЩИХ ПЕДАГОГИЧЕСКИХ ПОНЯТИЙ В УСЛОВИЯХ СТАНОВЛЕНИЯ И РАЗВИТИЯ НАУЧНО-ПЕДАГОГИЧЕСКОЙ ТЕОРИИ В РОССИИ XIX-XX ВВ // Наука и школа. № 6. 2010.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Təhsil haqqında məlumat. Təhsil nədir? Təhsil nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Ulduz

  • Fevral 24, 2026

    Karbon dövrü

  • Fevral 23, 2026

    3 iyun

  • Fevral 23, 2026

    Arxeologiya

  • Fevral 23, 2026

    Nikel

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 20, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst