Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Perdikka (q.yun. Περδικκας; e.ə. 365 – e.ə. 321, Misir) – Makedoniyalı İsgəndərin dostu və silahdaşı, İsgəndərin ölümündən sonra (e.ə.323-cü il) regent, diadoxl

Perdikka

  • Ana Səhifə
  • Vikipediya
  • Perdikka

Perdikka (q.yun. Περδικκας; e.ə. 365 – e.ə. 321, Misir) – Makedoniyalı İsgəndərin dostu və silahdaşı, İsgəndərin ölümündən sonra (e.ə.323-cü il) regent, diadoxlardan (sələflərdən) biri, Atropatena dövlətinin banisi Atropatın kürəkəni.

Perdikka
Şəxsi məlumatlar
Doğum tarixi e.ə. 365(-365)
Doğum yeri Orestida
Vəfat tarixi e.ə. 321(-321) (43–44 yaşında)
Vəfat yeri Misir
Vətəndaşlığı
  • Makedoniya İmperiyası
Həyat yoldaşı Atropatena dövlətinin banisi Atropatın qızı
Hərbi fəaliyyəti
Rütbəsi sərkərdə

Mündəricat

Bioqrafiya

Perdikka təx.e.ə. 360-cı ildə Yuxarı Makedoniya dağlıq bölgəsində Orestidada zadəgan ailəsində anadan olub. Onun Alketa adlı qardaşı və Atalanta adlı bacısı var idi Perdikkanın adı ilk dəfə hökmdar II Filippin cangüdəni - somatofilak - kimi çəkilir. Sicilialı Diodorun məlumatına görə, Perdikka e.ə. 336-cı ildə baş verən II Filippin Pavsani tərəfindən öldürüməsinin şahidi olub, digər somatofilaklar Leonnat və Attal ilə Pavsanini təqib edib və nizə ilə onu öldürüb. E.ə.335-ci ildə artıq Makedoniyalı İsgəndərin hakimiyyəti dövründə İlliriyada Klitə və Qlavkiyə qarşı kampaniyada Perdikka orestidalılara və linkestidalılara başçılıq edirdi. Həmin ildə Fiv şəhərinin mühasirəsində iştirak edirdi. Bu mühasirə haqda Arrian və Siciliyalı Diodor bir qədər fərqli məlumat verirlər. İsgəndər hakimiyyətə gəldikdə Perdikkaya əvvəl falanqanın bir hissəsinə, sonra isə süvarilərə komandanlıq tapşırmışdı. Perdikka Makedoniyalı İsgəndərin bütün yürüşlərində və döyüşlərində iştirak edib. İsgəndər onun ağlını, şücaətini və sədaqətini yüksək qiymətləndirirdi. Perdikkaya olan münasibət İsgəndərin ona ölüm ayağında olarkən öz möhürlü üzüyünü verməyində bilindi. E.ə. 324-cü ildə Suzada keçirilən kütləvi toy mərasimində Perdikka Midiya satrapı Atropatın qızı ilə izdivac qurub. Beləliklə, e.ə.323-cü ildə İsgəndərin ölümündən sonra Perdikka əvvəl onun dünyaya gələcək övladının regenti, sonra isə Meleaqrla birgə İsgəndərin qardaşı Filipp Arrideyin regenti təyin olundu. Lakin digər makedoniyalı sərkərdələr Perdikkaya nifrətlə yanaşırdılar. E.ə.322-ci ildə Perdikka Kappadokiyaya hücum etdi, ölkəni zəbt etdi. Eyni zamanda bütün makedoniyalı sərkərdələr Perdikkanın tabeliyindən çıxmağa başladılar. E.ə. 321-ci ildə Perdikka Misirə I Ptolemeyə qarşı hərbi yürüşə başladı. Bu yürüş zamanı orduda narazılıq başladı. Pifon, Selevk və Antiqon birləşib Perdikkanı qətlə yetirdilər.

Həmçinin bax

  • Makedoniyalı İsgəndər
  • Diadoxlar
  • Atropat
  • Suzada toy mərasimi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, perdikka sözünün mənası, perdikka haqqında məlumat. perdikka nədir? perdikka nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Yoldaşlıq oyunu

  • Mart 01, 2026

    Fəqam Kəsəmənli

  • Fevral 27, 2026

    Dil-udlaq siniri

  • Fevral 27, 2026

    Teos

  • Fevral 26, 2026

    Anlayış

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst