Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Lankasterli Elizabet (ing. Elizabeth of Lancaster) (təq. 21 fevral 1363 – 24 noyabr 1425) — İngiltərə kralı III Eduardın oğlu Gentli Con və Lankasterli Blanşın

Lankasterli Elizabet

  • Ana Səhifə
  • Vikipediya
  • Lankasterli Elizabet

Lankasterli Elizabet (ing. Elizabeth of Lancaster) (təq. 21 fevral 1363 – 24 noyabr 1425) — İngiltərə kralı III Eduardın oğlu Gentli Con və Lankasterli Blanşın qızı. O, 1378-ci ildə Bant ordeni ilə mükafatlandırıldı.

Lankasterli Yelizaveta
Şəxsi məlumatlar
Doğum tarixi təq. 21 fevral 1363(1363-02-21)
Vəfat tarixi 24 noyabr 1425(1425-11-24) (62 yaşında)
Atası Gentli Con[…]
Anası Lankasterli Blanş
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Uşaqlıq illəri

Elizabet 21 fevral 1363-cü ildə Lankaster hersoqu Gentli Con və Lankasterli Blanşın ikinci qızı olaraq Burford qalasında dünyaya gəldi. Uşaqlıq illəri bacısı Filipa və qardaşı Henriylə birlikdə ailəsinə aid müxtəlif mülklərdə keçən Elizabetin anası 1368-ci ildə vəfat etdi. Atası Gentli Con 1371-ci ildə Kastilya kralı Pyotrun qızı Konstansa ilə evləndi ancaq o da, 1394-cü ildə vəfat etdi. İkinci xanımının ardından Gentli Con keçmiş məşuqəsi və qızlarının dayəsi olan Ketrin Svinfordla rəsmi nikah bağladı. Elizabet, digər bacı və qardaşları ilə birlikdə ögey analarının himayəsinə girdi və Ketrin Svinfordun səyləriylə mükəmməl təhsil aldı.

Evlilikləri

Elizabet 24 iyun 1380-ci ildə Kenilvort qalasında Pembrok qrafı Con Hastinqlə evləndi. Nikah əsnasında gəlinin 17 yaşı, bəyin isə hələ 8 yaşı vardı. Ancaq siyasi məqsədlərlə baş tutan bu nikah 6 il sonra sona çatdı və cütlük bəy yetkinlik yaşına çatmadan öncə boşandı. Belə ki, təxminən 20 yaşlarında Elizabet hələ yetkinlik yaşına çatmamış ərindən bezməyə başlamışdı. Gəzən şayələrə görə, Elizabetin İngiltərə kralı II Riçardın ögey qardaşı Con Hollandla gizli münasibəti vardı və hətta ondan hamilə qalmışdı.

Bu səbəblə atası Gentli Con dərhal onun bu evliliyini sonlandırdı və Elizabetlə Con Holland 24 iyun 1386-cı ildə tələsik şəkildə evləndirildi. Cütlüyün bu nikahdan 6 övladı dünyaya gəldi.

Ancaq Con Holland Elizabetin qardaşı IV Henriyə qarşı tərtib olunan saray çevrilişinə qatılmışdı və bu səbəblə həbs edilərək 1400-cü ildə edam edildi. Həmin il Elizabet Ser Con Kornvolla evləndi. Ancaq onun bu evliliyi də skandala səbəb oldu. Çünki bu evlilik üçün kralın razılığı alınmamışdı. Bu səbəblə Con Kornvol bir müddət həbs edildi. Ancaq daha sonra bağışlandı və cütlük xoşbəxt ailə həyatı yaşadılar. Lankasterli Elizabetin bu evlilikdən 2 övladı daha dünyaya gəldi. 1426-cı ildə vəfat etdi.

Övladları

Con Hollandla olan nikahından 6 övladı dünyaya gəldi:

  • Riçard Holland (d. 1386 — ö. 3 sentyabr 1400)
  • Konstansa Holland (d. 1387 — ö. 1437)
  • Elizabet Holland (d. 1389 — ö. 18 noyabr 1449)
  • Alis Holland (d. 1392 — ö. 1406)
  • Con Holland (d. 1395 — ö. 1447)
  • Eduard Holland (d. 1399 — ö. 1413)

Con Kornvolla olan nikahından 2 övladı dünyaya gəldi:

  • Konstansa Kornvol (d. 1401 — ö. 1427)
  • Con Kornvol (d. 1404 — ö. 2 may 1422)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, lankasterli elizabet sözünün mənası, lankasterli elizabet haqqında məlumat. lankasterli elizabet nədir? lankasterli elizabet nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Ərkliğ xan

  • Fevral 27, 2026

    Bladee

  • Fevral 27, 2026

    Handan Sultan

  • Mart 02, 2026

    Toau

  • Fevral 28, 2026

    İnduktivlik çarxı

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst