Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Gentli Con (ing. John of Gaunt; 24 iyun 1340, Gent – 3 fevral 1399) — İngiltərə kralı III Eduardın və xanımı Enolu Filipanın həyatda qalan üçüncü oğlu. Orta əsr

Con Qont

  • Ana Səhifə
  • Vikipediya
  • Con Qont

Gentli Con (ing. John of Gaunt; 24 iyun 1340, Gent – 3 fevral 1399) — İngiltərə kralı III Eduardın və xanımı Enolu Filipanın həyatda qalan üçüncü oğlu. Orta əsrlər dövrünə xas ənənəyə görə, o da doğulduğu Gent şəhərinin adını ləqəb olaraq aldı. Monarx ailəsinə mənsub olması, strateji evlilikləri və atasının ona bəxş etdiyi mülklərlə Gentli Con dönəminin ən varlı adamlarından biri idi və həm atası III Eduardın, həm də qardaşı oğlu II Riçardın səltənətində nüfuz sahibi oldu. İlk Lankaster hersoqu olaraq, üzvləri onun ölümündən sonra İngiltərə taxtına çıxacaq Lankaster sülaləsinin banisidir.

Con Qont
ing. John of Gaunt
Şəxsi məlumatlar
Doğum tarixi 24 iyun 1340(1340-06-24)
Doğum yeri
  • Gent, Fransa krallığı
Vəfat tarixi 3 fevral 1399(1399-02-03) (58 yaşında)
Dəfn yeri
  • Köhnə Müqəddəs Pavel kafedralı
Atası III Eduard
Həyat yoldaşları
  • Lankasterli Blanş (1359),
  • Kastilyalı Konstansa (1371),
  • Ketrin Svinford (1396)
Uşaqları
  • Lankasterli Filipa,
  • Lankasterli Elizabet,
  • IV Henri,
  • Lankasterli Ketrin,
  • Con Byufort,
  • Henri Byufort
Hərbi xidmət
Döyüşlər
  • Yüzillik müharibə

Təltifləri Knight of the Garter — 1361
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Gentli Conun hərbi fəaliyyəti Yüzillik müharibə çərçivəsində Fransa və İspaniya ilə gedən döyüşlərdə başladı. O, ikinci evliliyi vasitəsilə Kastiliya taxt-tacına haqq iddia etdi və bir müddət özünü Kastiliya kralı olaraq elan etdi. Böyük qardaşı və atasının rəsmi varisi olan Qara şahzadə Eduardın səhhətinin pisləşməsinin ardından Gentli Con dövlət idarəsində mühüm vəzifələri öz üzərinə aldı və İngiltərənin güclü siyasi fiqurlarından biri halına gəldi. Ancaq hərbi çətinliklər və siyasi uyuşmazlıqlar Gentli Conla parlament və saray əyanları arasında siyasi mübarizəyə səbəb oldu.

Gentli Con, II Riçard səltənətinin ilk illərində və sonrakı siyasi çəkişmə dönəmində İngiltərə hakimiyyətindəki ən güclü simalardan biri oldu. Qardaşı oğlu olan kralla, içərisində öz oğlu Henrinin də olduğu üsyançı əsilzadələr arasında vasitəçi kimi xidmət etdi. Gentli Conun 1399-cu ildə ölümündən sonra bütün mülkləri geri alındı və atasının mirasından məhrum edilən oğlu vətən xaini elan edilərək sürgünə göndərildi. Oğlu Henri Bolinbruk mirasını geri almaq üçün çox keçmədən geri döndü və II Riçardı taxtdan endirərək İngiltərə kralı oldu.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Con Qont haqqında məlumat. Con Qont nədir? Con Qont nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Volfsburq

  • Fevral 27, 2026

    Yüngül atletika

  • Fevral 28, 2026

    Barnadesioideae

  • Fevral 27, 2026

    Misra

  • Fevral 27, 2026

    Qaraman (Türkiyə)

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst