Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Katolikos Viro və ya Viroy (erm. Վիրոյ, pəhl. 𐭥𐭩𐭥𐭥𐭩, v. 630) — VII əsrdə Alban Həvari Kilsəsinə rəhbərlik etmiş katolikos.

Viro

  • Ana Səhifə
  • Vikipediya
  • Viro

Katolikos Viro və ya Viroy (erm. Վիրոյ, pəhl. 𐭥𐭩𐭥𐭥𐭩, v. 630) — VII əsrdə Alban Həvari Kilsəsinə rəhbərlik etmiş katolikos.

Katolikos Viro

Albania, Lpina və Çolanın katolikosu
KilsəAlban Həvari Kilsəsi
Oturulub596
Səlahiyyət müddəti sona çatıb630
SələfKatolikos Abas
XələfKatolikos II Zəkəriyyə
Vəfat630(0630)

Mündəricat

Sasani sarayında fəaliyyəti

Həyatının ilkin dövrləri haqqında məlumat yoxdur. O, 596-cı ildə Abasdan sonra Alban Həvari Kilsəsinin başçısı olub. Stepanos Asoqikin dediyinə görə, o, II Xosrovun erkən dövründə Paytakaranda yaşayırdı. “Albaniya ölkəsinin tarixi”nə görə 603-cü ildə alban əhalisi Sasani hakimiyyətinə qarşı üsyan qaldıranda Sasani sarayına qaçmışdı. Mari Brosset bunu 602-628-ci illər Bizans-Sasani müharibəsi zamanı Xosrovun Bizans İmperiyasına hücumu ilə əlaqələndirsə də, Çarlz Dousett bunu inandırıcı hesab etmir. O, mənbələrdə pəhləvi dilini öyrənməyə müvəffəq olan və şahənşahın arvadı Şirinin himayəsindən istifadə edən alim ilahiyyatçı və bacarıqlı diplomat kimi təsvir edilmişdir. Şirinin onu qoruması müqabilində II Xosrov belə bir şərt qoymuşdudu ki, Viro ömrünün sonunadək "öz ölkəsinə qayıtmasın və sarayda nəzarət altında qalsın. O,(Xosrov) Vironun patriarx gəlirini əlindən almadı və onu katolikos titulundan məhrum etmədi". Katalikos Viro ev dustağı ikən II Xosrovdan Mehranilər sülaləsindən olan alban knyazlarına "Girdiman hakimləri və Albaniya knyazları" titulu verilməsi barədə fərman ala bilmişdir.

Albaniyada fəaliyyəti

“Albaniya ölkəsinin tarixi”nə görə 628-ci ildə II Qubad hakimiyyətə gələndən sonra üsyanda günahlandırılan yerli alban hakimləri birlikdə 25 illik həbsdə qalan alban katalikosu Viro da Ktesifondan azad oldu. O, Albaniyaya Üçüncü Fars-Türk müharibəsinin qızğın vaxtında gəlib çatmışdı. Sasani mərzbanı Göytürklərin qabağından qaçarkən, Viroy onların irəliləməsini dayandırmağa, Sasanilərdən dəstək gözləməyə çalışsa da, gözləməkdən yorulan Göytürk ordusu Albaniyaya soxuldu. Viro və Qad Vşnasp adlı bir zadəgan (Konstantin Zukerman onu Varaz Qriqorla bərabərləşdirir) Albaniyanın dağlıq əyaləti olan Arsaka qaçdılar. Lakin türk ordusu onlara çataraq Albaniyanın katolikos və zadəganlarını tabe olmağa məcbur etdi. Viroy və onun heyəti Partav yaxınlığındakı Börü Şadın düşərgəsini hədiyyələrlə ziyarət etdi. Viroy təslim oldu və sülh əldə etdi, sülh sayəsində əsarət altında qalan albanları geri qaytardı.

628-ci ildə Göytürklərin müttəfiqi I Heraklius Albaniyaya girdikdən sonra onun dəstəyi ilə Varaz Qriqoru xaç suyuna saldı və hökmdar kimi təqdis etdi. O, Mxitar Qoş tərəfindən "Xeyirxahlığı ilə parlayan pak insan" kimi səciyyələndirilirdi. Viro Albaniyada tüğyan edən Şiruyə vəbasının şahidi olmuş və onun haqqında təfərrüatlı yazmışdı, özü də yəqin ki, 630-cu ildə elə həmin epidemiyadan öldü.

Teoloji mövqeyi

Gürcü alimi Zaza Aleksidze Vironu Xalkedonçu kimi təsvir edir, onun məcburiyyət altında Xalkedonu lənətlədiyini önə sürür. Bununla belə, Kiril Tumanov hesab edir ki, Viro monofizit idi və Heraklius onu pravoslavlığa gətirə bilməmişdi. Erməni alimi Akopyan da bu versiyanı dəstəkləyir. Ceyms Hovard-Conston isə belə nəticəyə gəlib ki, Vironun hekayəsi onun həyatından çox sonralar yazılın və müəlliflər onun həmyerliləri üçün etdiyi əməllər fonunda onun pravoslav olmağını etiraf etmək istəmirdilər.

Şəxsi keyfiyyəti

“Albaniya ölkəsinin tarixi”ndə Viro dahi və müdrik bir insan, fəlsəfənin mahir bilicisi kimi təsvir edilir. Onun teoloji və diplomatik bacarıqları təriflənir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Viro haqqında məlumat. Viro nədir? Viro nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Terpsixora

  • Mart 01, 2026

    Müqəddəs Pavel

  • Fevral 27, 2026

    Laqaş

  • Fevral 27, 2026

    Cəbrayıl Yamadayev

  • Fevral 27, 2026

    Kayak

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst