Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kolqotqa (çex. kalhoty, hərfi tərcümədə"}]],"parts":[{"template":{"target":{"wt":"lit","href":"./Şablon:Lit"},"params":{"1":{"wt":"şalvar"}},"i":0}}]}'>hərf. "ş

Kolqotqa

  • Ana Səhifə
  • Vikipediya
  • Kolqotqa

Kolqotqa (çex. kalhoty, hərf. "şalvar") — qadınlar tərəfindən istifadə edilən geyim növü. Bu geyim əsasən sintetik materialdan hazırlanır. Beldən ayaq barmaqlarına qədər bədənini örtən, dar ayaq geyimidir.

Kalqotqa və qısa ətəklə görünüşü.

Tumanlı corablar aşağıda qeyd olunan formalarda nəzərdə tutulub:

  • Görünüşü cazibədar etmək,
  • Ləkələr, qançırlar, çapıqlar, hörümçək damarları və ya varikoz damarları kimi fiziki xüsusiyyətləri gizlətmək ,
  • Dəriyə daha az solğun görünüş vermək ,
  • Görünən xətləri azaltmaq,
  • Ayaqlar arasında sürtünməni asanlaşdırmaq .
Tumanlı corabların formaları

İki əsas məhsul qrupu var: şəffaf və ya qeyri-şəffaf. Sintetik corablar kimi, tumanlı corablarda sintetik materialdan və ya sintetiklə qarışdırılmış digər liflərdən hazırlanır.

Moda kimi geyinilməklə yanaşı, bəzən Qərb ölkələrində qadınlar tərəfindən rəsmi geyimin bir hissəsi kimi geyinilir. Bundan əlavə, bəzi şirkətlər və təhsil müəssisələrinin uniformasının bir hissəsi kimi ətəklər və ya şortlar geyinilən zaman corab və ya taytların geyinilməsi tələb edilə bilər. Belə qədər əhatə edən tumanlı corab 1960-cı illərdə ortaya çıxdı və o vaxta qədər istifadə edilən sintetik corablara alternativ yaratdı .

Terminin yaranışı

"Pantyhose" termini ABŞ-da yaranıb və Panty ilə Hosiery ( Amerika ingiliscəsi termini) sözlərinin birləşməsindən ibarətdir. Britaniya ingiliscəsində bu geyimlərə "şəffaf taytlar "- da deyilir. Təkcə tayt termini şəffaf alt paltarı və ya möhkəm üst paltar olmasından asılı olmayaraq bütün bu cür geyimlərə aiddir.

Tarixi

Ümumi görünüşü

Sintetik corablarda olduğu kimi, tumanlı corabın tarixi qadınların ətəklərinin formasında baş verən dəyişikliklərlə bağlıdır. 1920-ci illərdən əvvəl, qadınların ayaq topuqları də daxil olmaqla, ictimai yerlərdə ayaqlarını örtməsi gözlənilirdi. Paltarın və donun ətəklərin uzunluğu ümumiyyətlə yerə kimi idi. Əsas istisna geyimlər idman və əyləncədə olub.

1920-ci illərdə qadınlar üçün dəbli ətəklər qısalmağa başladı, ətəklər dizlərin bir az aşağısına qədər qısaldı. Sintetik corablar ayaqları örtmək, eləcə də müəyyən dərəcədə bədəni isti saxlamaq üçün dəb halına gəldi. Ən məşhur corablar ilk dəfə ipəkdən və ya bitki lifindən (o vaxtlar o "süni ipək" kimi tanınırdı) və 1938-ci ildə DuPont tərəfindən icad edilmiş sintetikdən hazırlanmış şəffaf corablar idi .

1953-cü ildə Allen Gant, bu corabın kommersiya ekvivalentini işləyib hazırladı ki, ona ayaq geyimi ("Panti-Legs") adını verdi, lakin o təxminən 1959-cu ilə qədər açıq bazara çıxarılmadı. Bu müddət ərzində Ernest Rays bu cür corablara bənzər tumanlı corablar icad etdi və 1956-cı ildə on Stockings and Panty" adlı patent təqdim etdi. Bu dizayn digər istehsalçılar tərəfindən qəbul edildi. " Batman" televiziya şousunda "Catwoman" roluna görə 1960-cı illərdə hazırladığı geyimlə məşhurlaşan aktrisa Juli Neymara geyim yeniliyi olan "Pantyhose with shaping band for cheeky derriere relief" patenti uğurla verildi .

Əvvəlki vaxta qədər tumanlı corabdan istifadə üçün çox az səbəb var idi, ona görə ki uzun ətəklər jartiyer kəməri ilə bağlanmış dizdən yuxarı sintetik corablardan istifadə etməyə imkan verirdi. Buna baxmayaraq, 1960-cı illərdə inkişaf edən toxuculuq istehsalı prosesləri tumanlı corabları getdikcə daha münasib etdi. Ayaqları dizdən yuxarı açan dəbli qısa ətəyin ortaya çıxması bir çoxları üçün tumanlı corabları zəruri etdi. 1970-ci ildə ABŞ-da tumanlı corabların satışları ilk dəfə sintetik corabları üstələdi və o vaxtdan bəri elə qaldı.

1970 və 1980-ci illərdə qarderobun əsas elementinə çevrildi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kolqotqa haqqında məlumat. Kolqotqa nədir? Kolqotqa nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Əriş

  • Fevral 27, 2026

    Ukrayna dili

  • Fevral 27, 2026

    Sökmənabad mahalı

  • Fevral 27, 2026

    Poladlı (Qubadlı)

  • Fevral 27, 2026

    Şəxsi mülkiyyət

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst