Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Partav, Firuzabad və ya Qədim Bərdə — Qafqaz Albaniyasının və Ərməniyyənin paytaxtı. Rusların hücumları nəticəsində zəifləyib və monqol işğalı dövründə şəhər da

Partav

  • Ana Səhifə
  • Vikipediya
  • Partav

Partav, Firuzabad və ya Qədim Bərdə — Qafqaz Albaniyasının və Ərməniyyənin paytaxtı. Rusların hücumları nəticəsində zəifləyib və monqol işğalı dövründə şəhər dağıdılıb.

Tərtər çayı üzərində qədim körpü
Ərəb Xilafətinə aid pul
Bərdədən aşkarlanmış şirli qab

Mündəricat

Tarixi

460-cı illərdə Qafqaz Albaniyası hökmdarı II Vaçe tərəfindən əsası qoyulub və Albaniyanın paytaxtı olaraq Kabalakanı əvəz edib. VII əsr atlası Aşxaratsuyts onu Utik vilayətinin tərkibində göstərir. 552-ci ildə Partav Alban Həvari Kilsəsinin mərkəzinə çevrilir. Bərdə X əsrdə Nestorian kilsəsinin Arran yepiskopluğunun mərkəzi olmuşdur.

Musa Kalankatlı Cavanşir tərəfindən Bərdə yaxınlığında inşa etdirilmiş monastırlar haqqında da məlumat verir: “Katolikos və bütün əyalətlərin yepiskoplarını yanına alaraq o, Firuzabaddan yola çıxdı, iki əyalət arasında öz rahatlığı üçün inşa etdirdiyi monastırda dua etdi....” Bu məlumatda Cavanşirin Bərdə-Girdman yolunda, paytaxtdan bir günlük məsafədə, qışlaq ərazisində inşa etdirdiyi başqa bir monastır da xatırlanır.

944-cü il basqını

943-944-cü illərdə Bərdə şəhərinin alınması, N.M Koçerqin, 1947-ci il.

İlkin salnaməyə görə 944-cü ildə ali liderləri I İqor olan ruslar Salarilər dövlətinin hökmdarı Mərzban ibn Məhəmmədi məğlub etdikdən sonra və Aranın paytaxtı Bərdəni ələ keçirdilər. Ruslar hakimiyyətlərinin tanınması qarşılığında yerli camaata öz dinlərində qalmağa imkan verdilər; mümkündür ki, ruslar burda daimi qalmaq istəyirdilər. İbn Miskəveyhə görə yerli insanlar ruslara daş ataraq və onlarla pis davranaraq sülhü pozdular. Ruslar sakinlərdən şəhəri tərk etmələrini tələb etdi. Bu ultimatum rədd edildi və ruslar insanları öldürməyə və fidyə üçün çoxunu əllərində saxlamağa başladılar. Bu qırğın danışıqlar üçün qısa da olsa dayandırıldı. Ancaq danışıqlar da pozuldu. Ruslar Bərdə də bir neçə ay qaldılar və şəhəri qonşu əraziləri talan etmək və əhəmiyyətli dərəcədə qənimət toplamaq üçün mərkəz olaraq istifadə etdilər. Ruslar arasında xəstəliyin yayılmasına görə Bərdə şəhəri xilas oldu. İbn Miskəveyh yazır ki, ruslar "həddindən artıq burada bir çox növü olan meyvəyə mübtəla olmuşdular. Bu onlar arasında epidemiyaya səbəb oldu . . . və beləcə onların sayı azalmağa başladı." Ruslar arasında yayılan epidemiyadan ürəklənən müsəlmanlar şəhərə yaxınlaşdılar. Başçıları uzunqulaq sürən ruslar uğursuz həmlə etdilər. 700 döyüşçülərini itirdikdən sonra ruslar mühasirəyə düşməkdən qorxdular və Bərdə qalasına sığındılar. Burada onlar müsəlmanlar tərəfindən mühasirəyə alındılar. Xəstəlikdən və mühasirədən yorulan ruslar "öz məhəllərini qurduqları qalanı gecə vaxtı tərk etdilər, götürə biləcəkləri qədər xəzinə, daş-qaş və gözəl paltarları öz arxalarında daşıdılar, istədikləri oğlanları və qızları götürdülər və Kür çayına doğru hərəkət etdilər. Burada öz ekipajları ilə hazır şəkildə onları evlərindən bura qədər gətirən gəmilər və onların qənimətin bir hissəsini verdikləri 300 rus gözləyirdi." Bundan sonra müsəlmanlar rusların qəbirlərindən basdırılarkən yanlarında olan silahları çıxaltdılar.

Ədəbiyyatda

Nizaminin İsgəndərnamə əsərində Nüşabə Bərdə hökmdarıdır. V. Ömərov qeyd edir ki, “Kursi Rufun məlumatına görə, İsgəndər amazonkaların hökmdarəsi Falestrislə görüşmüşdü. Falestris Qafqaz dağından tutmuş Fazis (Rioni) çayına qədərki ərazidə hökmranlıq edirmiş. Ola bilsin ki, Nizami Gəncəvinin "İsgəndərnamə" poemasındakı Bərdə hökmdarəsi Nüşabə surəti bu tarixi məlumatın təsiri altında yaradılmışdır.” Qulak rusların Bərdəyə hücumu epizodu üzərində dayanaraq qeyd edir ki, XII əsrdə yaşamış Nizami özündən əvvəl olan bu rəvayəti çox asanlıqla eşidə bilərdi.

  • Həbibullah ibn Əli ibn Hüsam - İsgəndərin Nüşabənin Bərdədəki sarayında, 1563, Uolters Sənət Muzeyi, Baltimor.
    Həbibullah ibn Əli ibn Hüsam - İsgəndərin Nüşabənin Bərdədəki sarayında, 1563, Uolters Sənət Muzeyi, Baltimor.
  • İsgəndərin Nüşabə ilə onun sarayında görüşməsi, XVI əsr, Uolters Sənət Muzeyi
    İsgəndərin Nüşabə ilə onun sarayında görüşməsi, XVI əsr, Uolters Sənət Muzeyi
  • İsgəndərin rus döyüşçüsünü məğlub etməsi
    İsgəndərin rus döyüşçüsünü məğlub etməsi

Həmçinin bax

  • Bərdə
  • Bərdə qalası

Ədəbiyyat

  • Moisey Kalankatlı. История агван Моисея Каганкатваци, писателя X века (trans. and ed. by Patkanov). St. Petersburg, 1861.
  • Logan, Donald F. (1992). The Vikings in History 2nd ed. Routledge. ISBN 0-415-08396-6
  • Vernadsky, George (1959). The Origins of Russia. Oxford, Clarendon Press.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Partav haqqında məlumat. Partav nədir? Partav nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Fevzi Çaxmaq

  • Fevral 27, 2026

    Tərtərin bombalanması

  • Fevral 27, 2026

    Malik İbrahim

  • Fevral 27, 2026

    Fovizm

  • Fevral 27, 2026

    Aqil Məlikov

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst