Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sovet mətbəxi (rus. Советская кухня) — Sovet İttifaqının ümumi mətbəxi, ölkədə yaşayan xalqların milli mətbəxlərinin yeməklərindən ibarətdir. Müxtəlif xalqların

Sovet mətbəxi

  • Ana Səhifə
  • Vikipediya
  • Sovet mətbəxi

Sovet mətbəxi (rus. Советская кухня) — Sovet İttifaqının ümumi mətbəxi, ölkədə yaşayan xalqların milli mətbəxlərinin yeməklərindən ibarətdir. Müxtəlif xalqların SSRİ-yə ənənəvi yaşayış məntəqəsindən kənarda daxili miqrasiyası nəticəsində yaranıb. Bu, Ümumittifaq tikinti layihələri, Sibirin çətin gedilə bilən torpaqlarının inkişafı, Mərkəzi Asiyanın, Uzaq Şərqin xam torpaqları və onların resursları, xalqların deportasiyası ilə bağlı idi. Mətbəx məhdud miqdarda inqrediyentlər və sadələşdirilmiş yemək reseptləri ilə xarakterizə olunur. Bu mətbəxin yeməkləri yalnız evdar qadınlar deyil, həm də bütün ölkə daxilindəki yeməkxanalarda yayılmışdır. Ev yeməklərinin ayrılmaz tərkib hissəsi xüsusilə böyük şəhərlərdə milli yeməklərlə paralel olaraq istifadə edilirdi. Ümumiyyətlə, Sovet mətbəxi Sovet İttifaqının yemək vərdişləri və SSRİ-nin əksər rayonlarında məhsulların çox məhdud olması ilə seçilir. Əskər yeməklər fransız, rus, avstriya-macar və qafqaz mətbəxinin sadələşdirilmiş yeməkləri olub.

Siyənəkli şuba salatı — sovet vətəndaşlarının bayram masasının ənənəvi yeməyi

Mündəricat

Tarixi

"Dadlı və sağlam qidalar haqqında kitab"

Yeni mətbəxin yaranması prosesində, Qida Sənayesi Xalq Komissarı Anastas Mikoyan böyük rol oynamışdır. 1936-cı ildə ABŞ-yə səfər edib, orada iki ay Amerikan qida sənayesində və kütləvi ərzaq sənayesi ilə tanış olmaq üçün təcrübə keçdi. 1930-cu illərdə SSRİ-də süd məhsulları, ət məhsulları, konservləşdirilmiş balıq, ət, tərəvəz və meyvələr, qatılaşdırılmış süd istehsalı ilə yanaşı, qida sənayesinin müasir müəssisələrində quruculuq işləri başlamışdır. 1939-cu ildə "Dadlı və sağlam qidalar haqqında kitab" başlığı ilə təsvir edilmiş yemək kitabının ilk nəşri dərc edilmişdir. Kitabda sağlam qidalanmanın vacibliyi qeyd olunmuş, yeməklər haqqında əsas məlumatlar, mətbəxdə işlərin təşkili və masaya xidmət üçün praktiki məsləhətlər, bütün mövsümlər üçün nümunəvi menyu və çoxsaylı reseptlər qeyd vardır.

Tipik yeməklər

Sırniki
Pirojok
Kvas

Qəlyanaltı və salatlar

  • Oliviye salatı
  • Kələm turşusu
  • Vineqret salatı

Birinci yeməklər

  • Borş
  • Noxud supu
  • Xarço
  • Uxa

İkinci yeməklər

  • Kələm dolması
  • Plov
  • Kabab
  • Kolbasa

Şirniyyatlar

  • Halva
  • Pirojok
  • Pryanik

İçkilər

  • Qəhvə
  • Kvas
  • Qazlı su
  • Kompot
  • Kefir
  • Süd

Həmçinin bax

  • Rusiya mətbəxi
  • Ukrayna mətbəxi
  • Belarus mətbəxi
  • Özbəkistan mətbəxi
  • Qazaxıstan mətbəxi
  • Azərbaycan mətbəxi
  • Gürcü mətbəxi
  • Tacikistan mətbəxi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sovet mətbəxi haqqında məlumat. Sovet mətbəxi nədir? Sovet mətbəxi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Əliş Ləmbəranski

  • Fevral 27, 2026

    Protaqor

  • Fevral 28, 2026

    1378-ci il

  • Fevral 28, 2026

    Mərkəzəfəndi qəbiristanlığı

  • Fevral 28, 2026

    Ephedrales

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst