Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Borş (İngiliscə tələffüz: /ˈbɔːrʃ, ˈbɔːrʃt/) — daha çox Şərqi Avropa və Şimali Asiyada yayılmış şorba. Ukrayna mənşəli bir yeməkdir. Rusiya imperiyası dövründə

Borş

  • Ana Səhifə
  • Vikipediya
  • Borş

Borş (İngiliscə tələffüz: /ˈbɔːrʃ, ˈbɔːrʃt/) — daha çox Şərqi Avropa və Şimali Asiyada yayılmış şorba. Ukrayna mənşəli bir yeməkdir. Rusiya imperiyası dövründə Rusiyadan Azərbaycan mətbəxinə daxil olan xörək. Rusiyadan başqa borşun müxtəlif növləri Ukrayna, Polşa, Litva, Moldova, və Şərqi Avropanın başqa ölkələrində də bişirilir.

Borş
Aid olduğu milli mətbəxlər
Belarus mətbəxi
Rusiya mətbəxi, Polşa mətbəxi
Mənşəyi
  • Kiyev knyazlığı
Tərkibi
Əsas Gül kələm, yerkökü[d], Adi çuğundur, Kartof, Adi soğan
Digər mətbəxlərdə
Oxşar Şi, Soyuq borş
Vikikitabın loqosu Resepti Vikikitabda
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Borş

Borşun tərkibində olan tərəvəzlər sümüklü mal ətinin suyunda bişirilir.

Borşa rəng verən tərəvəz çuğundurdur. Bəziləri borşa az çuğundur qatır ki, bu da borşun rəngini qırmızı deyil, sarı edir. Borşu bişirdikdən sonra bir neçə saatlıq kənara qoyduqda dadlar bir-birinə qarışır və daha da ləziz olur.

Mündəricat

Ərzaqlar

6 porsiya üçün nəzərdə tutulub

  • 1 kq iri tikələrə bölünmüş sümüklü mal əti
  • 5 xörək qaşığı kərə yağı və ya duru yağ
  • 1 baş soğan
  • 1 ədəd orta boy çuğundur (300 qr)
  • 2 ədəd yerkökü (300 qr)
  • 2 xörək qaşığı tomat
  • 3–4 dəfnə yarpağı (rusca: lavroviy list)
  • 1 ədəd orda boy kələm (700 qr)
  • 3 ədər kartof
  • 2 stəkan xırda-xırda doğranmış cəfəri
  • zövgə görə duz
  • zövgə görə istiot

Hazırlanma qaydası

  1. İri qazana mal ətini qoyub, üstünə təxminən 20 stəkan su töküb qaynadın. Tez-tez kəfini alın. Ət yumuşalanadək orta odda bişirin (ətin sərtliyindən asılı olaraq, ət 40 dəqiqəyə qədər bişə bilər). Ətin suyunu süzün ki, kəfdən təmizlənsin. Ət suyunu və əti qazana geri qoyun.
  2. Ətin bişdiyi müddət ərzində digər ərzaqları hazırlayın. Soğanı xırda-xırda doğrayın. Çuğundur və yerkökünü sürtkəcin iri dişindən keçirin. Kələmi nazik-nazik doğrayın (təxminən 4 stəkan alınmalıdır). Kartofları soyun və iri-iri dilimləyin.
  3. Tavada yağı qızdırın və soğanı bu yağda yumuşalanadək bişirin. Çuğundur və yerkökünü soğana əlavə edib, bərabər təxminən 10 dəqiqə ərzində, tərəvəzlər bir qədər yumuşalanadək bişirin. Sonra tomat, zövgə görə duz, istiot əlavə edib, təxminən 5 dəqiqə də bişirin.
  4. Bişən tərəvəzləri və dəfnə yarpağını ət suyu olan qazana əlavə edin. QEYD: Ət bişdiyi müddətcə suyun bir qismi buxarlanacaq, odur ki, əldə etdiyiniz ət suyu azdırsa, qazana bir az su əlavə edin. Qazanda təxminən 12 stəkan maye olmalıdır). Qazanı qaynadın, sonra içinə kələm, kartof və cəfərini əlavə edib, orta odda təxminən 25 dəqiqə ərzində, və yaxud kələm və kartof yumuşalanadək bişirin.
  5. Hazır borşu nimçələrə töküb süfrəyə verin. Borşun üstünə zövqə görə qatıq tökülüb yeyilir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Borş haqqında məlumat. Borş nədir? Borş nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Sahibəz-Zaman məscidi

  • Fevral 23, 2026

    Kadıköy

  • Fevral 27, 2026

    Avtobus dayanacağı

  • Fevral 27, 2026

    Porajmos

  • Fevral 25, 2026

    Airbus A380

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst