Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İsgəndər Cavadov (tam adı: İsgəndər Cavad oğlu Cavadov, 2 avqust 1956, Bakı) — Azərbaycan əsilli sovet fulbolçusu. 1993-cü ildə SSRİ İdman Ustası medalına layiq

İsgəndər Cavadov

  • Ana Səhifə
  • Vikipediya
  • İsgəndər Cavadov

İsgəndər Cavadov (tam adı: İsgəndər Cavad oğlu Cavadov, 2 avqust 1956, Bakı) — Azərbaycan əsilli sovet fulbolçusu. 1993-cü ildə SSRİ İdman Ustası medalına layiq olmuşdur.

İsgəndər Cavadov
İsgəndər Cavadov 2014-cü ildə.
İsgəndər Cavadov 2014-cü ildə.
Ümumi məlumatlar
Doğum tarixi 2 avqust 1956(1956-08-02) (69 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı
  •  SSRİ
  •  Azərbaycan
Boyu 171 sm
Mövqeyi hücumçu
Karyerası
Klub karyerası
1977–1982 Neftçi 109 (18)
1982–1983 Dinamo Moskva 4 (0)
1989 Kəpəz 5 (2)
1989 Zimbru 19 (6)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İdman karyerası

İsgəndər Cavadov futbolla 14 yaşında məşğul olmağa başlayır. Ondan əvvəl, Cavadov gimnastika və güləş ilə məşğul olurdu.

Əvvəllər Cavadovu Azərbaycan SSR-ın ən əhəmiyyətli futbol komandası olan Neftçi PFK-a qəbul etmirdilər. Bunun əsas səbəbi isə, gənc hücumçunun boyunun qısa olması idi. Cavadovun qardaşı Füzuli əmin idi ki, iki qardaşı dərhal sahəyə buraxmayacaqlar. Buna görə İsgəndər Cavadov, bir neçə il Sumqayıtın Xəzər FK və Bakının Avtomobilçi FK-da oynadı.

Cavadov SSRİ-nin Futbol üzrə çempionatında Bakının Neftçi PFK-da, 1977-ci ildə debüt edib. Bu vaxt futbol klubunun baş məşqçısı Gennadi Bondarenko idi. Bondarenko kluba Cavadovdan başqa, İqor Ponomaryovu, Səmədağa Şıxlarovu və Asim Xudiyevi kluba götürmüşdür. Cavadov 1979-cu ildən 1986-cı ilə klubun kapitanı olmuşdur.

1982-ci ilin 2-ci yarısından 1983-cü ilin 1-ci yarısına qədər Dinamo Moskva FK-da oynamışdır. Cavadov hesab edirdi ki, Dinamo Moskva FK-da oynamaq onu SSRİ milli futbol komandasına gətirib çıxaracaqdı. 1982/1983-cü illərdə keçirilən UEFA Kubokunda 2 oyun keçirmiş və 1 qol vurmuşdur. Bununla belə, Cavadov bir dayanaq qazana bilməmişdir və 1984-cü ildə baş məşqçisi Kazbek Tuayev olan Neftçi PFK-a geri qayıtmışdır.

Cavadov futbol karyerasını 1989-cu ildə, Moldovanın paytaxtı olan Kişinyov şəhərini təmsil edən Nistru FK-da bitirmişdir.

AFFA-dakı fəaliyyəti

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İsgəndər Cavadov haqqında məlumat. İsgəndər Cavadov nədir? İsgəndər Cavadov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Sauthempton

  • Fevral 27, 2026

    Ağ cırtdanlar

  • Fevral 25, 2026

    Heybət Heybətov

  • Fevral 27, 2026

    Atlant (mifologiya)

  • Fevral 27, 2026

    Ağidel çayı

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst