Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Məmmədtağı Abbas oğlu Bağırov (5 avqust 1890, Bakı – 16 aprel 1961, Bakı) — Azərbaycan-sovet opera müğənnisi (bariton), Azərbaycan Dövlət Opera və Balet Teatrın

Məmmədtağı Bağırov

  • Ana Səhifə
  • Vikipediya
  • Məmmədtağı Bağırov

Məmmədtağı Abbas oğlu Bağırov (5 avqust 1890, Bakı – 16 aprel 1961, Bakı) — Azərbaycan-sovet opera müğənnisi (bariton), Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, Azərbaycan SSR xalq artisti (1938).

Məmmədtağı Bağırov
Ümumi məlumatlar
Digər adı Məmməd Tağı Bağırov
Doğum tarixi 5 avqust 1890
Doğum yeri Bakı, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 16 aprel 1961 (70 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası→
Azərbaycan Azərbaycan Xalq Cümhuriyyəti→
SSRİ SSRİ
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Fəaliyyət illəri 1909-cu ildən
Səs tembri bariton
Mükafatları
  • "Azərbaycan SSR xalq artisti" fəxri adı — 19381938 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1934
  • "Qırmızı əmək bayrağı" ordeni — 19381938 "Qırmızı əmək bayrağı" ordeni — 19591959 "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Məmmədtağı Bağırov 1890-cı ildə Bakıda anadan olmuşdur. İki il mollaxana təhsili almış, mütərəqqi üsullu rus-tatar məktəbində beş il oxumuşdur. İlk dəfə səhnəyə 1909-cu ildə, "Nicat" teatr truppasında göstərilən Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasında xorun tərkibində çıxmış, bundan əlavə, burada dram və komediya tamaşalarında epizodik rollar oynamışdır. Bariton səsə malik olan müğənni 1914-cü ildən solist kimi çıxış etmişdir.

Məmmədtağı Bağırov 1914–1919-cu illərdə "Səfa", Hüseynqulu Sarabskinin yaratdığı "Müsəlman opera artistləri", "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti" teatr truppalarında çıxış edib. Yeniyetmə yaşlarından özünə "Əraqi" ləqəbini götürmüşdür. Bəzi proqram afişalarda təxəllüsü "İraqi" kimi də verilib.

Məmmədtağı Bağırov 1920-ci ildən Azərbaycan Dram Teatrının opera truppasında işləyib. Kollektiv 1925-ci ildə Azərbaycan Dram Teatrından ayrılaraq Rus Operasının nəzdinə keçən vaxt Məmmədtağı Bağırov da yeni teatr truppasının tərkibinə qatılmışdır.

Məmmədtağı Bağırov 1934-cü ildə Qlierin "Şahsənəm" operasında Şahvələdin partiyasını ifa etmiş, sonra Müslüm Maqomayevin "Nərgiz" operasında Ağalarbəyin obrazını yaratmış, 1937-ci ildə isə Üzeyir Hacıbəyovun "Koroğlu" operasında Həsən xan rolunda çıxış etmişdir.

1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənət və ədəbiyyatı ongünlüyündə M. T. Bağırov müvəffəqiyyətlə çıxış etmiş, ongünlükdən sonra o, Rossininin "Sevilya bərbəri" operasında Don Bazilionun, "Arşın mal alan" operettasında Sultan bəyin partiyalarını və başqa partiyaları ifa etmişdir.

Əsas partiyaları: Həsən xan ("Koroğlu", Üzeryir Hacıbəyov), Aslan şah, Ağalar bəy ("Şah İsmayıl", "Nərgiz", Müslüm Maqomayev), Şahvələd ("Aşıq Qərib", Zülfüqar Hacıbəyov), Əbdüləli bəy ("Sevil" Fikrət Əmirov), Bartolo ("Sevilya bərbəri", Coakkino Rossini).

Mükafatları

  • "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 25 may 1934
  • "Azərbaycan SSR xalq artisti" fəxri adı — 4 dekabr 1938
  • "Qırmızı əmək bayrağı" ordeni — 17 aprel 1938; 9 iyun 1959
  • "Qafqazın müdafiəsinə görə" medalı
  • "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı

Ədəbiyyat

  • Театральная энциклопедия: [в 6 т.] / гл. ред.: С. С. Мокульский. Т. 1. А — «Глобус». М.: Советская энциклопедия. 1961. 1214 стб. 43 000 экз.
  • Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. 647 с.
  • Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. 608 səh. ISBN 978-9952-441-02-4.
  • İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 2-ci cild. Bakı: Azərnəşr. 2017. 392 səh. ISBN 978-9952-8021-9-1.
  • Rəhimli, İ. Azərbaycan Teatr Tarixi (dərslik). Bakı: Çaşıoğlu. 2005. 864 səh.
  • Үзејир Һаҹыбәјов енсиклопедијасы. Бакы: «Азәрбајҹан» нәшријјаты. Елми-редаксија шурасынын сәдри: Н. С. Ибраһимов. 1996. 304 сәһ.
  • "М. Т. Бағыров". № 92 (11651). Коммунист. 18 апрел 1961-ҹи ил.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Məmmədtağı Bağırov haqqında məlumat. Məmmədtağı Bağırov nədir? Məmmədtağı Bağırov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Aşağı Kartli

  • Fevral 24, 2026

    Təbriz əncüməni

  • Fevral 27, 2026

    Kenesarı xan

  • Fevral 20, 2026

    Mütləq monarxiya

  • Fevral 27, 2026

    Siseron (casus)

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst