Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Coakkino Rossini (it. Gioachino Antonio Rossini 29 fevral 1792[…], Pezaro, Papa dövləti – 13 noyabr 1868[…], Pasi[d], İkinci Fransa İmperiyası) — İtaliya bəstək

Coakkino Rossini

  • Ana Səhifə
  • Vikipediya
  • Coakkino Rossini

Coakkino Rossini (it. Gioachino Antonio Rossini 29 fevral 1792[…], Pezaro, Papa dövləti – 13 noyabr 1868[…], Pasi[d], İkinci Fransa İmperiyası) — İtaliya bəstəkarı.

Coakkino Rossini
it. Gioachino Antonio Rossini
Ümumi məlumatlar
Doğum adı Gioachino Antonio Rossini
Doğum tarixi 29 fevral 1792(1792-02-29)[…]
Doğum yeri
  • Pezaro, Papa dövləti
Vəfat tarixi 13 noyabr 1868(1868-11-13)[…] (76 yaşında)
Vəfat yeri
  • Pasi[d], İkinci Fransa İmperiyası
Vəfat səbəbi kolorektal xərçəng
Dəfn yeri
  • Santa Korçe Bazilikası
Həyat yoldaşları
  • İzabella Kolbran (1822–1837)
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar
Fəaliyyət illəri 1810-cu ildən
Janrlar opera, kantata, klassik musiqi
Musiqi aləti violonçel
Təhsili
  • Covanni Batista Martini Konservatoriyası[d]
Üzvlüyü
  • Təsviri Sənət Akademiyası
Mükafatları "Fəxri legion" ordeninin böyük zabit dərəcəsi — 1864 "Müqəddəs Stanislav" ordeni elm və incəsənət sahəsində "Pour le Mérite" ordeni
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Coakkino Rossini (Gioachino Rossini) 1792-ci ildə İtaliyanın şərq sahilində Pesaro adlı kiçik bir qəsəbədə anadan olub. Anası opera müğənnisi, atası isə korno ifaçısı idi. Uşaqkən mahnı oxumağa, violonçel və korno çalmağa başladı. 15 yaşına çatanda bir musiqi məktəbinə yazıldı və bəstəkarlığı öyrəndi.

Coakkino Rossini uğuru komik operalarıyla qazanmışdı. Ən əhəmiyyətli əsərləri olaraq Guillaume Tell, Tancredi, və Semiramide qəbul edilir. "Otello" C. Verdinin əsas əsəri olmasına baxmayaraq, Rossinnin "Otello"su da dinləməyə dəyərdir. Gəncliyində bəstələdiyi simli alətlər sonatları onun Haydn və Mosart kimi klassik dövr bəstəkarlarının əsərlərini dərindən araşdırdığını göstərir.

Onun ilk operası "Evlilik müqaviləsi" (La Cambiale di Matrimonio) 18 yaşında Venesiyada səhnəyə qoyuldu, dördüncü əsəri ciddi opera Tancredi və beşinci əsəri komik opera "Əlcəzairdə İtalyan Qız (L"Italiana in Alger) operalarını ilə şöhrət qazandı. Əsas əsəri "Sevilya bərbəri" (Il Barbiere di Siviglia) operasını isə 24 yaşında ikən Romada səhnərə qoydu. Sindrella nağılından ilhamlanan Külkedisi (La Cenerentola) operasını da eyni il (1816-cı ildə) yazdı. 18–37 yaşları arasıda 39 opera bəstələdi. Son operası uvertüra, fırtına səhnəsi və balet musiqisi ilə səslənilən "Guillaume Tell" idi. 37 yaşinda opera bəstəkarlığını buraxdı. Yaşadığı dövrdə çox məşhur bir bəstəkar idi. Əsərlərinin bir qismi bu gün də tez-tez səhnəyə qoyulur.

Napolidəki Saniyə Carlo Teatrı, Parisdəki İtalyan Operası kimi bir neçə yerin musiqi direktorluğunu icra etdi. 1830 Fransız İnqilabından əvvəl Kral X. Charlesin bəstəkarı olaraq çalışdı.

Rossini iki dəfə evləndi. 1822-ci ildə evləndiyi yoldaşı Isabella Colbran, əsərlərinin bir çoxunda baş rol oynayan bir opera sənətçisi idi. İlk yoldaşının ölümü üzərinə 1846-cı ildə opera müğənnisi Olympe Pelissier ilə evləndi. Rossini 1824–1836-cı illəri arasında yaşadığı Fransaya 1855-ci ildə geri döndü və yerləşdi, evi sənətçilərin görüşmə nöqtəsi halına gəldi, bu dövrdə "Yaşlılıq günahları" deyə adlandırdığı bəstələr yazıb öz salonunda səsləndirdi.

Coakkino Rossini 13 noyabr 1868-ci ildə vəfat etdi.

Əsərləri

  • Demetrio e Polibio (1806)
  • İpək Nərdivan (La Scala di SETƏ) (1812)
  • qumarbaz Oğul (II signor Bruschino) (1813)
  • İtalyan qadın Əlcəzairdə (L"ltaliana in Alger) (1813);
  • Türk İtaliyada (II Turco in Italia) (1814); Elisabetta, Regina d"lnghilterra (1815);
  • Sevilya bərbəri (II barbiere di Siviglia) (1816);
  • Otello (1816);
  • Sinderalla (La Cenerentola) (1817);
  • Oğru sağsağan (La gazza ladra) (1817);
  • Musa Misirdə (Mose in Egitto) (1818);
  • II. Mehmet (Maometto II) (1820);
  • Zelmira (1822); Semiramide (1823);
  • Qraf Ori Le Comte Ory (1828);
  • Korent Kuşatması (Le Siege də Corinthe) (1826);
  • Guillaume Teli (1829).

Azərbaycanda xatirəsi

2018-ci ilin may ayında Bakıda Rossininin ölümünün 150 illiyinə həsr olunmuş İtaliya Opera Günləri təşkil olunmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Coakkino Rossini haqqında məlumat. Coakkino Rossini nədir? Coakkino Rossini nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Abid Şərifov

  • Fevral 27, 2026

    Pirəköcə

  • Fevral 27, 2026

    Zaysan saksaulu

  • Fevral 27, 2026

    I Yahhotep

  • Fevral 27, 2026

    Ellinizm

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst