Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Videooyun konsolu (ing. Video game console) — bir və ya bir neçə insanın oynaya biləcəyi bir videooyunu nümayiş etdirmək üçün video siqnal və ya vizual şəkil çı

Videooyun konsolu

  • Ana Səhifə
  • Vikipediya
  • Videooyun konsolu

Videooyun konsolu (ing. Video game console) — bir və ya bir neçə insanın oynaya biləcəyi bir videooyunu nümayiş etdirmək üçün video siqnal və ya vizual şəkil çıxaran elektron cihaz.

"Videooyun konsolu" termini ilkin olaraq, istehlakçıların videooyun oynamaq üçün istifadə etdikləri konsol maşınlarını arkada maşınları və ya ev kompüterlərindən ayırd etmək üçün yaradılmışdır. Arkada maşını böyük bir şassinin daxilində yerləşən videooyun kompüterindən, displeyindən, kontrollerindən (coystik, düymələr və s.) və spikerlərdən ibarət olur. Ev kompüterləri evdə istifadə edilmək üçün dizayn edilmiş çoxməqsədli bir şəxsi kompüterdir. Ev kompüterlərindən mühasibat, internetə daxiloma və ya videooyun oynamaq üçün istifadə etmək olar.

Ümumsənayə standart formatlarından istifadə edən mediapleyer və audiopleyerlər kimi bənzər istehlakçı elektronikasında fərqli olaraq, videooyun konsolları sahibkar formatlarından istifadə edir. Bu formatlar bazarda bir-birləri ilə rəqabət aparırlar. Videooyun konsollarının da bir neçə növü var. Bunlara ev videooyun konsolları, portativ oyun konsolları, mikrokonsollar, xüsusiləşdirilmiş konsollar və başqaları daxildir. Ralf Bayerin 1966-cı ildə fəaliyyət göstərən ilk oyun konsolunu hazırlamasına baxmayaraq, onların məşhurlaşması 1972-ci ilə – "Pong" arkada oyununun satışa çıxarıldığı tarixə təsadüf edir. Video konsolları 1990-cu illərdə və 2000-ci illərdə keçirdiyi təkamül prosesinin bir nəticəsi olaraq, onlar CD-pleyer, DVD-pleyer, Blu-ray Disc-pleyer, veb-brauzer və rəqəmsal televiziya qəbuledicisi kimi müxtəlif funksiyalar təklif edir.

Mündəricat

Tarix

Vaxt şkalası

Mənbə

Həmçinin bax

  • Konsol müharibələri
  • Virtual reallıq kaskası

Qeydlər

  1. Videooyun konsollarının birinci nəsli ilk kommersial ev videooyun konsolu Magnavox Odyssey konsolunun 1972-ci ilin may ayında satışa çıxarılması ilə başlamışdır. Bu nəsil "Nintendo" şirkəti Nintendo Color TV Game seriyasına 1980-ci ildə xitam verəndə sona çatmışdır.
  2. Videooyun konsollarının ikinci nəsli Fairchild Channel F konsolunun 1976-cı ilin may ayında satışa çıxarılması ilə başlamışdır. Bu nəsil "Atari" şirkəti Atari 2600 konsoluna 1 yanvar 1992-ci ildə xitam verəndə sona çatmışdır.
  3. Videooyun konsollarının üçüncü nəsli "Sega" şirkətinin SG-1000, "Nintendo" şirkətinin isə Nintendo Entertainment System (Yaponiyadakı adı – Family Computer) ev video konsolunu 15 iyul 1983-cü ildə satışa çıxarması ilə başlamışdır. Bu nəsil "Nintendo" şirkəti Nintendo Entertainment System ev videooyun konsoluna 25 sentyabr 2003-cü ildə xitam verəndə sona çatmışdır.
  4. Videooyun konsollarının dördüncü nəsli TurboGrafx-16 konsolu 30 oktyabr 1987-ci ildə satışa çıxarılması ilə başlamışdır. Bu nəsil "SNK" şirkəti Neo-Geo konsoluna 2004-cü ildə xitam verəndə sona çatmışdır.
  5. Videooyun konsollarının beşinci nəsli "Panasonic" şirkətinin 3DO Interactive Multiplayer ev videooyun konsolunu 4 oktyabr 1993-cü ildə satışa çıxarılması ilə başlamışdır. Bu nəsil "Sony" şirkəti PlayStation konsoluna 31 mart 2005-ci ildə xitam verəndə sona çatmışdır.
  6. Videooyun konsollarının altıncı nəsli "Sega" şirkətinin Dreamcast ev videooyun konsolunun 25 noyabr 1998-ci ildə satışa çıxarılması ilə başlamışdır. This generation came to an end when Sony discontinued the PlayStation 2 on January 4, 2013.
  7. Videooyun konsollarının yeddinci nəsli "Microsoft" şirkətinin Xbox 360 ev videooyun konsolunun 22 noyabr 2005-ci ildə satışa çıxarılması ilə başlamışdır.. Bir neçə ay sonra, 16 noyabr 2006-cı ildə Sony Computer Entertainment PlayStation 3 ev videooyun konsolunu satışa çıxarmışdır.. Bu nəsildə xitam verilən ilk konsol Xbox 360 konsolu idi (20 aprel 2016).. Bu nəsildə xitam verilən ikinci konsol PlayStation 3 konsolu idi (29 may 2017).. "Nintendo" şirkətinin Wii ev videooyun konsolunun istehsalı hələ də davam edir.
  8. Videooyun konsollarının səkkizinci nəsli "Nintendo" şirkətinin Wii U ev videooyun konsolunun 18 noyabr 2012-ci ildə satışa çıxarılması ilə başlamışdır. Bu, videooyun konsollarının indiki nəslidir. Bu nəsildə xitam verilən ilk konsol Wii U konsolu idi (31 yanvar 2017). "Nintendo", "Microsoft" və "Sony" şirkətlərinin əsas konsollarının istehsalı hələ də davam edir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Videooyun konsolu haqqında məlumat. Videooyun konsolu nədir? Videooyun konsolu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Donor

  • Fevral 28, 2026

    Adana ili

  • Mart 01, 2026

    Diz qapağı

  • Fevral 27, 2026

    Mariqo

  • Fevral 27, 2026

    Lütsern

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst