Diz qapağı (patella kimi də tanınan) — bud sümüyü ilə birləşən və diz oynağının ön oynaq səthini əhatə edən və qoruyan düz, yuvarlaqlaşdırılmış üçbucaqlı sümük. Diz qapağı siçan, pişik, quş və it kimi bir çox dördayaqlılarda olur, lakin balinalarda və ya əksər sürünənlərdə olmur.
| Diz qapağı | |
|---|---|
![]() Sağ diz | |
| Başlanır | Bud sümüyü və tibia birləşməsində mövcuddur |
| Bitişir | |
Anatomiyası
İnsanlarda diz qapağı bədəndəki ən böyük sesamoid sümüyüdür (yəni, vətər və ya əzələdə yerləşmiş). Körpələr təxminən 4 yaşına qədər sümükləşməyə başlayan yumşaq qığırdaqdan ibarət diz papağı ilə doğulur.
Tərkibi
Diz qapağı üçbucaq formasında olan sesamoid sümükdür, uc hissəsi aşağı baxır. Başı diz qapağının ən aşağı hissəsidir. İti uclu formaya malikdir və diz qapağı vətərələrinə birləşir.
Ön və arxa səthlər nazik kənarla, mərkəzə isə daha qalın bir kənarla birləşdirilir. Budun dördbaşlı əzələsi sümüyünün vətərəsi diz qapağının əsasına, orta geniş əzələnin özünə, geniş və medial lateral əzələ isə müvafiq olaraq diz qapağının xarici yan və medial kənarlarına birləşir.
Diz qapağının ön hissəsinin yuxarı 3/1 hissəsi qaba, yastı və kobuddur, budun dördbaşlı əzələsi vətərinin bağlanmasına xidmət edir və çox vaxt ekzostozlara malikdir. Orta üçdə bir hissəsində çoxlu sümük borucuqları var. Aşağı hissəsi diz qapağının vətərəsinin mənbəyi kimi xidmət edən bir zirvə ilə bitir.
Arxa səth iki hissəyə bölünür.
Diz qapağının yuxarı 3/4 hissəsi bud sümüyü ilə birləşir və müxtəlif formalı şaquli çıxıntı ilə medial və yan tərəflərə bölünür.
Yetkinlərdə artikulyar səth təxminən 12 sm2 təşkil edir. Təxminən 30 yaşında mərkəzdə maksimum qalınlığı 6 mm çata bilən qığırdaqla örtülür. Diz qapağını oynaq qığırdaqları insan bədəninin ən qalınlarından biridir.
Əlavə şəkillər
İnsanın sol diz qapağının qabaqdan görünüşü
İnsanın sol diz qapağının arxadan görünüşü
Dizin yığılması və uzadılması
Növləri

Çentiklər (yəni patella emarginata, "itkin hissə") proksimal kənarda lateral olaraq tez-tez olur. İkitərəfli patellalar, emarginasiya yerində ikinci qığırdaqlı təbəqənin sümükləşməsinin nəticəsidir.
Əvvəllər ikitərəfli diz qapaqları bir neçə ossifikasiya mərkəzinin birləşməməsi kimi izah edilirdi, lakin bu fikir rədd edildi. Bölünmüş diz qapaqları demək olar ki, yalnız kişilərdə olur. Üçtərəfli və hətta çoxtərəfli diz qapaqları da olur.
Diz qapağının yuxarı 3/4 hissəsi bud sümüyü ilə birləşir və müxtəlif formalı şaquli çıxıntı ilə orta və yan tərəflərə bölünür.
Artikulyar səthin dörd əsas növü var:
- Çox vaxt orta artikulyar səth yanaldan daha kiçikdir.
- Bəzən hər iki artikulyar səth ölçüdə demək olar ki, bərabər olur.
- Bəzən orta səth hipoplastik
- və ya yalnız mərkəzi çıxıntını göstərilir.
İnkişafı
3-6 yaşlarında diz qapağında sümükləşmə mərkəzi inkişaf edir. Diz qapağı tam formalaşdıqda birləşən 2 ossifikasiya mərkəzindən əmələ gəlir.
Funksiyası
Diz qapağının əsas funksional rolu dizi yığıb uzatmaqdır. Diz qapağı quadriseps vətərəsinin hərəkət etdiyi bucağı artıraraq bud sümüyünə tətbiq edə biləcəyi təsir gücünü artırır.
Diz qapağı dizi uzadıb açmaq üçün quadriseps əzələsinin vətərəsinə yapışdırılır. Diz qapağı budun vastus medialis əzələsinin üfüqi liflərinin və çıxıntılı yanal bud sümüyü kondilinin birləşməsi ilə sabitləşir ki, bu da əyilmə zamanı yanal sürüşmənin qarşısını alır. Diz qapağının retinakulyar lifləri məşq zamanı onu sabitləşdirir.
Klinik əhəmiyyəti
Çıxığı
Diz qapağının yerindən çıxması xüsusilə gənc idmançılar arasında əhəmiyyətli dərəcədə müntəzəm olaraq baş verir. Bu, diz qapağının yerindən ən çox yan tərəfə sürüşməsinə səbəb olur və həddindən artıq ağrı və şişlə müşayiət oluna bilər. Diz uzadıldıqda diz qapağı bəzən öz-özünə düzgün vəziyyətinə qayıdır.
Şaquli düzülməsi

Patella alta — yuxarıda yerləşən (üstü düzlənmiş) diz qapağıdır. Zəifləmiş patella alta oynaqdan kənarda və yuxarıda inkişaf edən qeyri-adi kiçik diz qapağıdır.
Patella baja aşağıya uyğun diz qapağıdır. Uzun müddət davam edən patella baja uzatma/yığma disfunksiyası ilə nəticələnə bilər.

Insolla-Salvati nisbəti yanal rentgenoqrafiyada diz qapağının aşağı hissəsini müəyyən etməyə kömək edir və diz qapağı vətərinin uzunluğunun patella sümüyünün uzunluğuna bölünməsi kimi hesablanır. Salvati nisbətinin < 0,8 olması patella bajanı göstərir.
Sınığı
Ekzostozu
Heyvanlarda
Diz qapağı plasental məməlilərdə və quşlarda olur. Əksər kisəlilərdə yalnız kövrək, sümükləşməmiş bəzi növlərdə isə sümüklü diz qapaqları olur.
Müasir birdəliklilərdə, ördəkburunlarda və yexidnalarda da diz qapağı mövcuddur.
Daha primitiv dördayaqlılarda, o cümlədən müasir amfibiyalarda və əksər sürünənlərdə (bəzi lepidozavrlar istisna olmaqla) yuxarı ayağın əzələ vətərləri bilavasitə baldır sümüyünə yapışır və diz qapağı yoxdur. 2017-ci ildə məlum oldu ki, qurbağaların düşünülənin əksinə diz qapaqları var. Bu, diz qapağının 350 milyon il əvvəl dördayaqlıların ilk əmələ gəldiyi zaman yarandığı, lakin bəzi heyvanlarda sonra yox olması ehtimalını artırır.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Diz qapağı haqqında məlumat. Diz qapağı nədir? Diz qapağı nə deməkdir?
