Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Məmmədağa Əhməd oğlu Məmmədov (30 may 1926, Bakı – 23 yanvar 1971, Bakı) — Azərbaycan-sovet kimyaçısı, texnoloq və dövlət xadimi, Azərbaycan SSR neftayırma və n

Məmmədağa Məmmədov

  • Ana Səhifə
  • Vikipediya
  • Məmmədağa Məmmədov

Məmmədağa Əhməd oğlu Məmmədov (30 may 1926, Bakı – 23 yanvar 1971, Bakı) — Azərbaycan-sovet kimyaçısı, texnoloq və dövlət xadimi, Azərbaycan SSR neftayırma və neft kimyası sənayesi naziri (1967–1971).

Məmmədağa Məmmədov
Azərbaycan SSR neftayırma və neft kimyası sənayesi naziri
17 aprel 1967 – 23 yanvar 1971
ƏvvəlkiRüstəm İsmayılov
SonrakıKamil Həkimov
Azərbaycan SSR neftayırma və neft kimyası sənayesi nazirinin birinci müavini
1965 – 1967
NazirRüstəm İsmayılov
Şəxsi məlumatlar
Doğum tarixi 30 may 1926(1926-05-30)
Doğum yeri
  • Bakı, Bakı qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 23 yanvar 1971(1971-01-23) (44 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri
  • Birinci Fəxri Xiyaban
Partiya ÜİK(b)P (1946)
Fəaliyyəti kimyaçı, dövlət xadimi
Elmi fəaliyyəti
Elmi dərəcəsi texnika elmləri namizədi (1967)

Təltifləri "Lenin" ordeni "Şərəf nişanı" ordeni
"Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adı — 19641964 "Azərbaycan SSR əməkdar ixtiraçısı" fəxri adı — 19601960 3-cü dərəcəli "Stalin" mükafatı — 19511951

Mündəricat

Həyatı

Məmmədağa Məmmədov 1926-cı ildə yoxsul kəndli ailəsində anadan olmuşdur. 1943-cü ildə məktəbi bitirdikdən sonra M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun texnoloji fakültəsinə daxil olmuşdur, burada oxumaqla paralel olaraq istehsalat sahəsində də işləmişdir. 1949-cu ildə ali təhsilini bitirdikdən sonra Sov.İKP XXII qurultayı adına Bakı neftayırma zavoduna operator göndərilmiş, burada qurğu rəisi vəzifəsinə yüksəlmiş, sonralar isə ÜİK(b)P Mərkəzi Komitəsinin partiya təşkilatçısı — Azərbaycanın iri neftayırma müəssisəsinin partiya komitəsi katibi vəzifəsinə irəli çəkilmişdir.

1955–1959-cu illərdə Məmmədağa Məmmədov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin neft sənayesi şöbəsi müdirinin müavini, 1959–1961-ci illərdə Azərbaycan SSR Xalq Təsərrüfatı Şurası Neft Zavodları Birliyinin baş mühəndisi və rəis müavini, 1961–1965-ci illərdə isə Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının Neft Emalı və Kimya Sənayesi İdarəsinin rəisi, 1965–1967-ci illərdə Azərbaycan SSR neftayırma və neft kimyası sənayesi nazirinin birinci müavini, 1967–1971-ci illərdə isə Azərbaycan SSR neftayırma və neft kimyası sənayesi naziri olmuşdur.

Məmmədağa Məmmədov sürtkü yağları üçün aşqarlar texnologiyasının hazırlanmasında və istehsalatın təşkili işində fəaliyyət göstərmiş, bu sahəyə dair bir sıra elmi əsərlərin müəllifi olmuşdur. M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu kafedrasının dosenti olmuş, 1967-ci ildə isə texnika elmləri namizədi alimlik dərəcəsini almışdır.

1946-cı ildən Sov.İKP üzvü olan Məmmədağa Məmmədov dəfələrlə Bakı şəhər və Şaumyan rayon partiya komitələrinin üzvü və Bakı Sovetinin deputatı seçilmişdir. O, 1961–1963-cü illərdə Azərbaycan KP MK üzvlüyünə namizəd olmuşdur.

Məmmədağa Məmmədov 23 yanvar 1971-ci ildə Bakıda vəfat etmişdir.

Təltif və mükafatları

  • "Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adı — 1964[⇨]
  • "Azərbaycan SSR əməkdar ixtiraçısı" fəxri adı — 24 may 1960[⇨]
  • "Stalin" mükafatı (3-cü dərəcə) — 1951[⇨]
  • "Lenin" ordeni
  • "Şərəf nişanı" ordeni

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Məmmədağa Məmmədov haqqında məlumat. Məmmədağa Məmmədov nədir? Məmmədağa Məmmədov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Xələclər

  • Mart 01, 2026

    Zəminə Dünyamalıyeva

  • Mart 01, 2026

    Cəsarət

  • Fevral 27, 2026

    Zənzibar (şəhər)

  • Fevral 25, 2026

    Stratiqrafiya

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst