Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Zəminə Dünyamalı qızı Dünyamalıyeva (1957, Şelli, Ağdam rayonu) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış dep

Zəminə Dünyamalıyeva

  • Ana Səhifə
  • Vikipediya
  • Zəminə Dünyamalıyeva

Zəminə Dünyamalı qızı Dünyamalıyeva (1957, Şelli, Ağdam rayonu) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı.

Zəminə Dünyamalıyeva
Haqq Ədalət Partiyasının sədr müavini
25 yanvar 2020 – 30 oktyabr 2021
SədrƏli İnsanov
Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı
24 noyabr 1995 – 12 noyabr 2000
Seçki dairəsi1995 — Proporsional siyahı
ƏvvəlkiVəzifə təsis edildi.
SonrakıAğabəy Əsgərov
Şəxsi məlumatlar
Doğum tarixi 1957(1957) (68–69 yaş)
Doğum yeri
  • Şelli, Ağdam rayonu, Azərbaycan SSR, SSRİ
Partiya
  • Yeni Azərbaycan Partiyası (–1998),
  • Azərbaycan Demokrat Partiyası (1998–2007),
  • Haqq Ədalət Partiyası (2020–2021)
Təhsili
  • Azərbaycan Dövlət Aqrar Universiteti
Fəaliyyəti siyasətçi

Mündəricat

Həyatı

Zəminə Dünyamalıyeva 1957-ci il mayın 1-də Ağdam rayonunun Şelli qəsəbəsində anadan olub. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda aqronomluq üzrə ali təhsil alıb.

Zəminə Dünyamalıyeva ailəlidir, üç övladı var.

Siyasi fəaliyyəti

1995-ci il noyabrın 12-də baş tutan parlament seçkilərində Yeni Azərbaycan Partiyasının siyahısı üzrə 10-cu sırada olan Zəminə Dünyamalıyeva I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Zəminə Dünyamalıyeva Milli Məclisin İnsan hüquqları Daimi Komissiyasının və Azərbaycan—Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.

Partiya fəaliyyəti

1995–1998-ci illərdə Yeni Azərbaycan Partiyasının üzvü və YAP Ağdam Rayon Şöbəsinin sədri olub.

1993–1996-cı illərdə Azərbaycan parlamentlərinə rəhbərlik etmiş, hakim Yeni Azərbaycan Partiyası üzvü Rəsul Quliyev 11 sentyabr 1996-cı ildə Milli Məclisin sədri postundan istefa verərək Amerika Birləşmiş Ştatlarına köçmüşdü. 29 noyabr 1998-ci ildə keçirilən Azərbaycan Demokrat Partiyasının VI (Birləşdirici) Qurultay Səlahiyyətli Konfransında onun rəhbərlik etdiyi Beynəlxalq Demokratiya və Ekologiya Fondu və Aydın Quliyevin rəhbərlik etdiyi Demokratik Azərbaycan Partiyası Azərbaycan Demokrat Partiyasına birləşmişdir. Birləşmədən sonra partiyada həmsədrlik postu təsis edilmiş, İlyas İsmayılov və Rəsul Quliyev partiyanın həmsədrləri seçilmişdir.

Birləşmələrin ardınca partiya güclənmiş və partiyaya siyasi axın başlamışdır. Belə ki, partiyanın rəsmi dövlət qeydiyyatı olmamasına baxmayaraq Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatlarından 31 saylı Birinci Kəpəz (Gəncə şəhəri) seçki dairəsindən seçilmiş Şamil Yusifov, 58 saylı Biləsuvar seçki dairəsindən deputat seçilmiş Akif Şahbazov, 85 saylı Samux-Goranboy seçki dairəsindən deputat seçilmiş Solmaz Ələsgərova, 100 saylı Şəmkir kənd seçki dairəsindən deputat seçilmiş Mahir Əsədov və Yeni Azərbaycan Partiyasının proposional sistem üzrə siyahısı üzrə deputat seçilmiş Zəminə Dünyamalıyeva mənsub olduqları hakim Yeni Azərbaycan Partiyasından istefa verərək Azərbaycan Demokrat Partiyasına üzv olmuşdur. Onlarla bərabər 33 saylı Birinci Nizami seçki dairəsi üzrə seçilmiş bitərəf deputat Yusif Bağırzadə və iyul 1996-cı ildə keçirilən təkrar seçkilərlə seçilmiş bitərəf deputat Umar Əfəndiyev də Azərbaycan Demokrat Partiyasına üzv olmuşdur.

2007-ci ildə Azərbaycan Demokrat Partiyası daxilində qruplaşma yaranmış və partiya Sərdar Cəlaloğlu və Rəsul Quliyev liderliyində 2 qola bölünmüşdür. 14 aprel 2007-ci ildə Rəsul Quliyev və tərəfdarları qurultay keçirdi. Qurultayda Azərbaycan Demokrat Partiyası adından imtina edilərək Açıq Cəmiyyət Partiyasının yaradıldığı elan olundu. Solmaz Ələsgərova, Zəminə Dünyamalıyeva, Akif Şahbazov və Mahir Əsədov da bu partiyaya qatıldı. Yeni yaranan partiyanın sədri Akif Şahbazov seçildi. Bu partiya dövlət qeydiyyatına alınmadı. 23 iyun 2009-cu ildə Akif Şahbazov partiya sədrliyindən istefa verdi. Partiya sədrinin səlahiyyətlərini Vaqif Mahmudov icra etməyə başladı. 21 sentyabr 2009-cu il tarixli Ali Məclis iclasında Vaqif Mahmudov sədr seçildi. Hər iki sədrin fəaliyyətini şiddətlə tənqid edən Zəminə Dünyamalıyeva isə Ali Məclisin qərarı ilə partiyadan uzaqlaşdırıldı. 12 may 2012-ci ildə partiya Ali Məclisinin iclasında Vaqif Mahmudovun istefası qəbul olunmuş, Sülhəddin Əkbər isə partiya sədri seçilmişdir. 14 iyunda isə Sülhəddin Əkbərin qərarı ilə Zəminə Dünyamalıyeva partiyaya bərpa olunaraq sədrin təşkilati işlər üzrə müavini vəzifəsinə təyin olunmuşdur. O, partiyada sədr müavini və Ali Məclis sədri vəzifələrini tutmuşdur. Zəminə Dünyamalıyeva həmçinin bir müddət Demokratik Qüvvələrin Milli Şurasında da təmsil olunmuşdur, lakin o, Solmaz Ələsgərova ilə birgə 2013-cü ildə keçirilmiş prezident seçkilərində Demokratik Qüvvələrin Milli Şurasının məğlub olması səbəbi ilə hər iki qurumdan 16 oktyabr 2013 tarixində istefa vermişdir.

Zəminə Dünyamalıyeva 2019-cu ildə Haqq Ədalət Partiyasının quruluşunda iştirak etmiş, 25 yanvar 2020 tarixində keçirilən Haqq Ədalət Partiyası Təsis Konfransında partiya sədrinin müavini və İdarə Heyətinin üzvü seçilmişdir. Haqq Ədalət Partiyası İdarə Heyətinin 30 oktyabr 2021-ci ildə keçirilən iclasında 5 aydan artıqdır partiya fəaliyyəti göstərməyən və xaricdə olan Zəminə Dünyamalıyeva səs çoxluğu ilə İdarə Heyətinin üzvlüyündən, sədr müavinliyindən və partiya sıralarından ixrac olunmuşdur.

Sərdar Cəlaloğlu Zəminə Dünyamalıyevanın bir müddət Abutalıb Səmədovun sədri olduğu Azərbaycan Naminə Alyans Partiyasının üzvü olduğunu iddia etmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Zəminə Dünyamalıyeva haqqında məlumat. Zəminə Dünyamalıyeva nədir? Zəminə Dünyamalıyeva nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Baburlu sülaləsi

  • Mart 01, 2026

    Pürsüfiyan dehistanı

  • Fevral 27, 2026

    Limfa

  • Fevral 27, 2026

    Marksizm–leninizm

  • Fevral 27, 2026

    Yuliya Mameya

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst