Kamil Əlisoltan oğlu Akimov (Həkimov) (11 iyul 1927, Petropavlovka, Salyan qəzası – 16 iyun 2019, Bakı) — ictimai xadim, neft sənayesi təşkilatçısı, Azərbaycanın əməkdar mühəndisi.
| Kamil Akimov | |
|---|---|
| |
| 28 iyun 1971 – 21 yanvar 1980 | |
| Əvvəlki | Məmmədağa Məmmədov |
| Sonrakı | Namiqkamal Əliyev |
| 1967 – 1971 | |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 11 iyul 1927 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 16 iyun 2019 (91 yaşında) |
| Vəfat yeri | |
| Partiya |
|
| Təhsili |
|
| | |
| Təltifləri | |
Həyatı
Kamil Akimov 1927-ci il iyulun 11-də Sabirabad şəhərində sənətkar ailəsində anadan olub. 1943-cü ildə Bakı Neft Texnikumuna daxil olmuş, 1947-ci ildə bu texnikumu fərqlənmə diplomu ilə bitirdikdən sonra təhsilini Azərbaycan Sənaye İnstitutunda davam etdirib və eyni zamanda Neftayırma zavodunda operator köməkçisi kimi əmək fəaliyyətinə başlayıb. 1952-ci ildə ali təhsilini neft və qazın emalı üzrə mühəndis-texnoloq ixtisası ilə başa vurduqdan sonra zavodun ən məhsuldar qurğularından birinə rəis təyin edilib.
Əmək fəaliyyəti
- Kamil Akimov, 1962-ci ildə zavodun baş mühəndisini müavini;
- 1963-cü ildə Azərbaycan KP MK, respublika Nazirlər Soveti yanından yeni təşkil olunmuş Partiya Dövlət Nəzarət Komitəsinin neft və kimya sənayesi şöbəsinə rəis müavini;
- 1964–1967-ci illərdə Bakı Neft Emalı Zavodunun direktoru;
- 1967–1970-ci illərdə Azərbaycan SSR Neft Emalı Sənayesi nazirinin birinci müavini;
- 1970–1980-ci illərdə Azərbaycan SSR Neft Emalı Sənayesi naziri vəzifələrində çalışmışdır.
- 1980-ci ildə II çağırışda Ali Sovetin deputatı seçilib.
O, ayrı-ayrı illərdə İraqda və Kubada neft emalı zavodlarının yenidən qurulmasında sovet mühəndislərinin işinə birbaşa rəhbərlik edib, həmin ölkələrin fəxri fərmanları və yüksək mükafatlarına layiq görülüb.
Mükafatları
- "Şərəf nişanı" ordeni
- "Oktyabr inqilabı" ordeni
- "Qırmızı əmək bayrağı" ordeni
- Azərbaycan respublikası Ali Sovetinin Fəxri Fərmanı ilə təltif edilib.
Ölümü
2019-cu il iyunun 16-da Bakı şəhərində vəfat etmişdir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kamil Akimov haqqında məlumat. Kamil Akimov nədir? Kamil Akimov nə deməkdir?
