Körpəli — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Üçkilsə (Eçmiədzin) rayonunda kənd. Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 3. I. 1935-ci il fərmanı ilə adı dəyişdirilib Arşaluys (erm. Արշալույս; mənası – şəfəq) qoyulmuşdur.
| Kənd | |
| Körpəli | |
|---|---|
| erm. Արշալույս | |
| |
| 40°10′08″ şm. e. 44°12′51″ ş. u.HGYO | |
| Ölkə | |
| Region | [[Gərnibasar mahalı]] |
| Rayon | [[Üçkilsə rayonu]] |
| Tarixi və coğrafiyası | |
| Sahəsi | 17.56 km² |
| Mərkəzin hündürlüyü | 865 m |
| Saat qurşağı | UTC+4 |
| Əhalisi | |
| Əhalisi | ▼ 4,136 nəfər (2008) |
| Sıxlığı | 236 nəf./km² |
| Milli tərkibi | ermənilər |
| Rəsmi dili | erməni dili |
![]() Körpəli | |
Tarixi
Rayon mərkəzindən 7-7,5 km qərbdə yerləşir. 1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.
Toponim körpəli tayfa adı əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Əhalisi
Kənd əhalisi 1828-ci ilə qədər azərbaycanlılardan ibarət idi. Türkmənçay müqaviləsindən sonra, 1828–1829-cu illərdə İranın Xoy şəhristanından buraya ermənilər köçürülüb yerləşdirilmişdir. Kənd əhalisi hal-hazırda ermənilərdən ibarətdir.։
| İl | 1831 | 1897 | 1926 | 1939 | 1959 | 1970 | 1979 | 2001 | 2004 | 2008 |
|---|---|---|---|---|---|---|---|---|---|---|
| Əhali sayı | 419 | 1275 | 1216 | 1206 | 2102 | 2945 | 3032 | 4162 | 4200 | 4136 |
Tanınmışları
- Manvel Qriqoryan — keçmiş Ermənistan generalı, Qarabağ müharibəsi iştirakçısı, müharibə cinayətkarı, Ermənistan Milli Məclisinin deputatı.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Körpəli (Armavir) haqqında məlumat. Körpəli (Armavir) nədir? Körpəli (Armavir) nə deməkdir?

