Makatea (fr. Makatea) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Taitidən 230 km şimal-şərqdə, Rangiroa 82 km aralıda yerləşir.
| Makatea adası | |
|---|---|
| fr. Makatea | |
| |
| Ümumi məlumatlar | |
| Sahəsi | 24 km² |
| Uzunluğu |
|
| Eni | 7 km |
| Hündür nöqtəsi | 80 m |
| Əhalisi | 61 nəfər (2007-ci il) |
| Yerləşməsi | |
| 15°50′15″ c. e. 148°16′00″ q. u.HGYO | |
| Ölkə | |
| Akvatoriya | |
![]() Makatea adası | |

Coğrafiya
Tuamotu arxipelaqında az saylı atol olmayan adalardan biridir. Ada bir qalxma atoldur. Hündürlüyü 80 metrdir. Atollun sahəsi 24 km²-dir. Uzunluğu 7,5 km, eni 7 km-dir.
Tarixi
Əvvəlki adı Papa Tea olmuşdur. Bu isə Polineziya dilindən tərcümədə «Ağ daş» mənasını verir. Makatea ilk dəfə 1722-ci ildə holland səyyahı Yakob Roqeveen tərəfindən kəşf edilir. O, adanı Verkwikking adlandırır.
İnzibati bölgüsü
İnzibati baxımından Ranqiroa kommunasına daxildir.
Əhali
2007-ci il məlumatına görə adada 61 nəfər yaşayır. Moumu əsas yaşayış məntəqəsidir.
İqtisadiyyat
Makatea Sakit okeanın fosfat ehtiyatına sahib 3 adadan (Nauru və Banaba) biridir. 1917 - 1966-cı illərdə burada fosfat emalı gerçəkləşdirilirdi.
Yerli əhalinin əsas məşquliyyəti kənd təsərrüfatıdır (kopra yığımı və kokos yengəci ticarəti).
Ada böyük quano ehtiyatına sahibdir.
Arxipelaqda yeganə şirin su ehtiyatına sahib adadır.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Makatea haqqında məlumat. Makatea nədir? Makatea nə deməkdir?

